USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakının Nərimanov rayonunda talama hadisəsi ilə bağlı polis əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, zərərçəkən şəxs polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 ABŞ dollarının naməlum şəraitdə oğurlandığını bildirib.
Keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs restoranlardan birində zərərçəkənin paltar dolabına asdığı gödəkcənin cibindən pul vəsaitini götürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.