
Sabirabad rayonunda bacısını güllələyərək öldürməkdə təqsirləndirilən Murtuz Məmmədov barəsində qərar qəbul edilib.
Məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 1986-cı il təvəllüdlü M.Məmmədov hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib. O, cinayət məsuliyyətindən azad olunaraq məcburi müalicəyə göndərilib.
İttihama əsasən, hadisə Sabirabad rayonunun Qardaşkənd kəndində baş verib. Murtuz Məmmədov ov silahı ilə yaşadığı evdə bacısı Ülviyyə Məmmədovanın yataq otağına daxil olub və ona atəş açaraq öldürüb.
Hadisədən sonra M.Məmmədov silahla birlikdə ərazidən uzaqlaşıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı məhkəmə araşdırması zamanı şəxsin psixi vəziyyəti ilə bağlı rəy nəzərə alınıb.