USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Səbuhi Məmmədov Serbiyadan Azərbaycana gətirilib.
O, 2023-cü ildə etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxsə 90 milyon 869 min 964 manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunur.
Səbuhi Məmmədovun yeri Serbiyada müəyyən edildikdən sonra o, saxlanılıb. Aparılan hüquqi prosedurlar və danışıqlardan sonra onun Azərbaycana ekstradisiyasına razılıq verilib.
İyulun 19-da Belqraddan Azərbaycana gətirilən Səbuhi Məmmədov məhkəmənin həbs qərarı əsasında istintaq təcridxanasına yerləşdirilib.