USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Astara RPŞ-yə iyunun 1-də Ərçivan qəsəbəsi ərazisindəki mağazaların birindən 800 manat pul və sərinkeş oğurlanması barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, Astara RPŞ və BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər - Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov və Qubadlı rayon sakini Ə.Aydınova saxlanılarkən onlar BDYPİ-nin əməkdaşlarını bıçaqla hədələyiblər.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə onlar zərərsizləşdirilib.