USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Əbülfəs Qarayev istefaya göndərilsə də... - onun kadrları hələ də iş başındadır

Mədəniyyət

9-07-2020, 16:33

Əbülfəs Qarayev istefaya göndərilsə də... - onun kadrları hələ də iş başındadırMədəniyyət Nazirliyində kök salmış “NUMİNİSM” konsepsiyasına dayanıqlı şəkildə əski Misir fironlarının sərgilədiyi ierotpoik sakral sistemi gücləndirmək üçün bütün iriçəkili məmurlar hərəkətə keçiblər. Bu, “şəxsiyyətəpərəslik” xəstəliyinin ideoloji strategiyası şəklində kulta çevrilmənin düsturuna pərçimlənibdir. Ona görə də, 2018-ci ilin aprel ayından ölkəmizdə başlanılan islahatlar faktiki olaraq əyləc dilemması ilə üz-üzə qalıb. Mədəniyət Nazirliyində DTX, Baş Prokurorluq, Vergilər və Maliyyə nazirlikləri, Audit Palatası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər rəsmi dövlət orqanları tərəfindən aparılan istintaq işləri də bir qədər kölgədə qalıbdır. Nazirlikdə həbs olunanların dışında kimsəyə toxunulumayıb. Teatrların direktorları, regional mədəniyyət idarələrinin müdirləri hələ də tutduqları vəzifədə qalıblar. Ən adi musiqi məktəbində dövlət əmlakını dağıtmaq halları təsdiq olunubsa, deməli onları idarə edən yuxarı instansiyaların rəhbələri azından vəzifələrindən uzaqlaşdırılmalıdırlar. Min dəfələrlə təəssüflər olsun, nazirlikdə və onun strukturlarında uzun illərdir yuva salmış “ÇETELƏR”, mədəniyyət feodalları-quldurları müşahidərlərimizə görə, son günlər toparlanaraq öz mövqelərini qorumaq üçün bir araya gəliblər.

Uyumusuz “regional mədəniyyət idarələri” və mafiya sistemi ilə idarəetmə

29 mart 2016-cı ildə yaradılan “Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi sərəncam”ı Azərbaycan mədəniyyətinin tapdaqlar altına alınmasına xidmət edən bir anlayışa çevrildi. Regional mədəniyyət idarələrinin rəhbərləri hər ay mədəniyyət nazirliyinə onminlərlə manat rüşvət ödədiklərini etiraf etsələr də, onlar vəzifələrinin icrasını hələ də davam edirlər. Kino sektorundakı korrupsiya ilə bağlı aşkarlanan yetintilər də istintaqa gün kimi aydındır. Ancaq bu sektorda çalışan sorumlular bir araya gələrək qondarma şəkildə “Kino Şurası” adlı qurum yaradıblar.
Regional mədəniyyət idarələri faktiki olaraq, Azərbaycan Ana Yasasının qanunlarına qarşı formalaşdırılıbdır. Nazirlik tərəfindən yaradılan Bakı, Sumqayıt (Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa), Xaçmaz (Quba, Qusar, Şabran, Siyəzən), İsmayıllı (Ağsu, Şamaxı, Qobustan, Qəbələ), Şəki (Oğuz, Qax, Zaqatala, Balakən), Kürdəmir (İmişli, Füzuli, Beyləqan, Xocavənd), Ağstafa (Qazax, Tovuz), Şəmkir (Göy-Göl, Daşkəsən, Gədəbəy), Gəncə (Naftalan, Samux, Xocalı, Kəlbəcər), Bərdə (Yevlax, Mingəçevir, Tərtər), Ağdaş (Ucar, Zərdab, Göyçay), Ağcabədi (Ağdam, Laçın), Sabirabad (Şirvan, Saatlı, Hacıqabul), Biləsuvar (Salyan, Neftçala, Cəbrayıl), Masallı (Yardımlı, Cəlilabad), Lənkəran (Astara, Lerik) regional mədəniyyət idarələrinin mənzərəsi bunu isbat edən ən mühüm fakt olaraq qalır.
Əslində regional mərkəz statusları belə olmalıdır:
Şuşa (Xankəndi, Xocalı, Laçın, Qubadlı, Ağdam,), Füzuli (Zəngilan, Xocavənd, Cəbrayıl), Beyləqan (Saatlı, Sabirabad, İmişli), Bərdə (Ağcabədi, Goranboy, Ağdaş),
Mingəçevir (Tərtər, Yevlax, Naftalan), Gəncə (Samux, Göy-Göl, Daşkəsən, Şəmkir),
Qazax (Gədəbəy, Ağstafa, Tovuz, Gədəbəy), Şəki (Qax, Zaqatala, Balakən, Oğuz),
Şamaxı (Qəbələ, İsmayıllı, Ağsu, Qobustan), Göyçay (Kürdəmir, Ucar, Hacıqabul),
Salyan (Neftçala, Şirvan, Biləsuvar), Quba (Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən),
Lənkəran (Masallı, Cəlilabad, Yardımlı, Lerik, Astara), ayrıca şəhər statusuna malik Bakı, Sumqayıt və Abşeron regional mədəniyyət idarələri olmalıdır. Bundan əlavə Naxçıvan Muxtar Respublikası nazirliyin regional mədəniyyət qurumu kimi heç qeydə alınmayıb. Köhnə struktur dolayı yolla Qarabağın unutdurulmasına hesablanmış “Beşinci Kalon” siyasətinin dərin hədəflərinin strategiyası olaraq görülür. İndiki halda heç nə olmamış kimi köhnə strukturun başında duranlar mövqelərini qorumaq üçün islahatlara qarşı dirənişlər nümayiş etdirirlər.

Teatr direktorlarının səssizliyinin arxa baxçası

29 dekabr 2006-cı ildə ölkə prezidenti İlham Əiiyevin imzası ilə 92 maddədən və 7 fəsildən ibarət №222 – IIIQ saylı “Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu” təsdiq olunub. Bu qanun müstəqil dövlətçiliyimizin tarixində teatr sənəti ilə bağlı qəbul edilmiş ilk addımdır. Bunun ardınca prezident humanizm göstərərək 18 may 2009-cu il tarixdə Azərbaycan Teatrı 2009-2019-cu illərdə “Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 21 maddədən ibarət №277 saylı sərəncam imzalayıb. Bu qanunlar faktiki olaraq milli teatrımızın inkişafı istiqamətində mühüm addımlardan biri hesab olunur. Ancaq bu qanunların heç bir maddəsində qeyd olunmayıb ki, teatrların birbaşa rəhbəri direktorlar çetesidir. Mədəniyyət Nazirliyi 14 ildir bu qanunsuz əməllərlə məşğuldur. Bu, öncələr yazılarımızda qeyd etdiyimiz kimi əslində keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış bu anlayış durğunluq illərinin mirası olan idarəetmə sisteminin yaşadılmasıdır. İnzibati amirlik metodundan savayı heç nə bilməyən keçmiş nazir Əbülfəs Qarayev ona görə də mədəniyyətimizi çökdürən durğunluq sistemini tətbiq etmişdi. O, özü kimilərini nazirliyin irili-xırdalı bütün vəzifələrə toplamışdı. Nazir istefaya göndərilsə də, onun kadrları hələ də iş başındadırlar. Əndrəbadi “direktor teatrı” siyasəti elə bu fakta görə davam edir. Teatr aləmində nə qədər istedadsız aktyor və rejissor varsa, onlar Əbülfəs Qarayev və onun teatr siyasətinin başında duran “İncəsənət İdarəsi”nin rəisi İsmayıl Hüseynovun sayəsində teatrlarda direktor vəzifələrini məngirləyiblər. Tutduqları mövqelərindən bir addım da olsa geri çəkilmək fikrində deyillər. Ona görə biz dönə-dönə qeyd edirik ki, ölkədə baş verən islahatlara qarşı teatr aləmində məhz “direktorlar çetesi” dirəniş göstərir. Çünki, teatrlarda səhnəyə qoyulan hər tamaşa onların gizli gəlir mənbəyidir. Tamaşaların hazırlanması üçün nazirlik və ya teatrın öz daxili imkanları sayəsində ayrılan onminlərlə manat “direktor teatrı” siyasətinin rüşvət və korrupsiya mənbəyi deməkdir.
Bizi ən çox rahatsız edən başlıca faktor ölkəmizdə ilk dəfə olaraq, “məmur oliqarxiya” idarəetmə sisteminə qarşı prezident səviyyəsində aparılan mübarizə və islahatların yanında duran bir nəfər də olsun mədəniyyət xadiminin olmamasıdır. Halbuki, onların hamısı dövlətin hesabına xalq artisti fəxri adını, çoxsaylı mənzillər, orden və medallar alıblar. Bu azmış kimi, övladları üçün imkanlar əldə ediblər. Onların arasında neçə-neçə rejissor, dramaturq, bəstəkar, rəssam və aktyorlar var. Halbuki, milli teatrımızı bataqlığa yuvarladan və “direktor teatrı” ilə mübarizə aparmaqla mədəniyətimizin bu sahəsində yaranmış problemləri həll etmək çox asandır.

Fırtınadan öncəki səssizliyin bəlirsizliyi

Mədəniyyət nazirliyinin qanunla formalaşmış strukturları qismində “İncəsənət”, “Muzey işi və mədəni sərvətlərə nəzarət”, “Kinematoqrafiya”, “Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı”, “Kitab dövriyyəsi və nəşriyyatlarla iş”, “Regional siyasət”, “Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf”, “Dövlət qulluğu və kadr məsələləri”, “İqtisadiyyat və planlaşdırma”, “Maliyyə və uçot”, “Hüquq və daxili nəzarət”, “Elmi tədqiqatlar” və digər idarə və şöbələri mövcuddur. Fikrimizcə, bu strukturlar tamamilə dəyişməlidir. Kompleks şəkildə Azərbaycan mədəniyyət nazirliyi “Kreml”in, yəni “Beşinci Kalon” düşüncə sistemindən uzaq tutulması üçün inkişaf etmiş dövlətlərin təcrübəsindən faydalanmalıdır. Onu da qeyd etmək gərəkdir ki, bu sahədə Azərbaycanda yetərincə peşəkar kadrlar var. Azacıq onlara şərait və imkan yaratmaqla XX yüzilin ilk çağlarında öz intibahı ilə bütün Türk Dünyasının, eləcə də Şərq aləminin dərin heyrətinə səbəb olan, Azərbaycan mədəniyyətinin coğrafiyasının sərhədlərinin ən üstün səviyyədə qəbul edilməsi prosesini yeniləmək olar.
Bu gün, min dəfələrlə təəssüflər olsun ki, mədəniyyət sahəsindəki səssizliyin dolayı yolla səbəbi neçə illərdir ən mühüm vəzifələri məngirləmiş məmurlar ordusunun, yəni “mədəniyyət feodalları”nın mövqelərini qorumaq üçün ölkədə baş verən islahat və digər proseslərə qarşı birləşməsi ilə müşahidə olunur. Əslində onların bir rəssam kimi tablosunu cızmalı olsaq, görərik ki, bu rəzil feodallar nə qədər qorxaq olsalar da bir o qədər də qorxaqdırlar. Sadəcə kadr islahatları adı altında onları bu sahədən uzaq tutmaq yetər. Onların indiki səssizliyinin başqa bir səbəbi isə, fürsət gözləmələri ilə bağlıdır.
Milli mədəniyyətimizin bu feodallar tərəfindən uzun illərdir deformasiyaya uğradılması sonucu olaraq, bu gün bizlər tariximizin ən ağır dövrünü yaşayırıq. Mədəniyyətimizin rekonstruksiya olunması üçün onun somatik konsepsiyası çox vacibdir. Bunun nəzəri – metodik əsaslarını hazırlamaqla mövcud sorunlarımızı çox asanlıqla çözə bilərik.
Bu sahədə funksional keyfiyyətləri önə çəkməklə yenidən təşkilatlanma sayəsində prosesləri zənginləşdirmək mümkündür. Mədəniyyət sahəsi üzrə ixtisaslı kadrların peşə və menecer-texnoloq düsturunun ən üstün səviyyəyə qaldırılmasının maddi-texniki əsaslarının hüquq və vəzifələrinə dəstək olmaqla istənilən uğuru əldə etmək çox asandır.
Bu gün mədəniyyətimizin bütün sahələrində mövcud olan səssizliyin başqa bir yönü yeni “mədəniyyət feodalları” zümrəsinin yaranması təhlükəsinin gündəmə gəlməsidir. Ona görə də cəmiyyətin sinergetik enerjisnin bütün qatlarını nəzərə alaraq, islahatlar aparılmalıdır. Mədəniyyəti “TOP” və ya “POP” təfəkkürünə yuvarlatmaq onun məhvi deməkdir. Əbülfəs Qarayev və onun komandasını təşkil edən “Beşinci Kalon” bu konseptlə Azərbaycan mədəniyyətini neçə illərdir çökdürmək siyasətini yürüdürdülər.
İndiki məqamda bu səssizliyə son qoyulması üçün, bütün peşəkar sənət xadimlərinin aparılan islahatların yanında yer alması bu günün vacib şərtlərindən biridir.
Ənvər BÖRÜSOY, sənətşünas //hurriyyet.org//

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

25-05-2020, 12:37

Əbülfəs Qarayevin vəzifəsini kim icra edir? - AÇIQLAMA

Bölgə

16-05-2020, 17:05

Əbülfəs Qarayevin Sabirabaddakı kadrı da şübhə doğurur... - Əgər araşdırma aparılarsa...

Mədəniyyət

13-05-2020, 13:57

"Mədəni oğlanlar" çetesində Mehman Şükürov da yer alıbmış... - İTTİHAM

Video

13-05-2020, 12:21

DTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı - Rəqəmlər

Siyasət

12-05-2020, 10:56

26 ilin naziri: O, toxunulmazdır? - həbs edilməsə də...

Müsahibə

11-05-2020, 17:12

Bu, nazirin məsuliyyətidir - MN-də DTX əməliyyatı

Gündəm / Siyasət

8-05-2020, 15:50

DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTO

Araşdırma

6-05-2020, 13:33

Adını dəyişən bankda ŞOK CİNAYƏTLƏR... - RƏSMİ

Bölgə

6-03-2020, 11:00

Rafiq Bayramovun Şəmkirdəki HÖCCƏTİ... - İTTİHAM

Son xəbərlər
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
Daha çox
Çox oxunanlar
27-09-2026, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
28-09-2026, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
28-09-2026, 18:19
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
28-09-2026, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
28-09-2026, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
27-09-2026, 23:06
Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə