USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, klubun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar “Sabah”a 5 milyon manat ayrılıb.
Vəsait 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan maliyyələşdiriləcək.
Sərəncamla Maliyyə Nazirliyinə ayrılan 5 milyon manatın maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Nazirlər Kabineti isə sənəddən irəli gələn digər məsələləri həll etməlidir.