USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Malayziyanın Kuala-Lumpur Beynəlxalq Hava Limanında təyyarənin şassi bölməsində naməlum şəxsin meyiti aşkarlanıb.
Hadisə avqustun 27-də qeydə alınıb. Məlumata görə, cəsəd Tokiodan Kuala-Lumpura gələn təyyarənin şassi hissəsinə texniki baxış zamanı mühəndislər tərəfindən aşkar edilib.
Meyitin üzərində ağ köynək və cins şalvar olduğu bildirilir. Ölən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.
Hadisə yerinə polis və məhkəmə-tibbi ekspertləri cəlb olunub. Hazırda şəxsin təyyarənin şassi bölməsinə necə daxil olduğu və ölümünün dəqiq səbəbi araşdırılır.
İlkin ehtimala görə, naməlum şəxs təxminən 72 saat əvvəl həyatını itirib.
Araşdırma davam edir.