USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İlon Mask: “ABŞ -ın NATO -dan çıcma zamanı gəlib”

Siyasət

4-03-2025, 17:34

İlon Mask: “ABŞ -ın NATO -dan çıcma zamanı gəlib”

NATO-nun rəsmiləri isə hələlik susurlar.

Bir müddət öncə respublikaçı senator Mayk Li “X” hesabında yazıb ki, NATO və BMT-ni tərk etməyin vaxtı çatıb. ABŞ Prezidenti Donald Trampın yaxın müttəfiqi İlon Mask da cavab verib ki, “Razıyam”.

NATO-nun Brüsseldəki baş qərargahında rəsmilər, təəccüblü də olsa, hələlik, sükutu qoruyub saxlayırlar. Onlar alyansın dağılmasının labüd olması fikri ilə razı deyillər. Bunun iki səbəbi var: sözlə iş arasındakı boşluq və NATO müttəfiqləriylə NATO-ya qoşulmaq istəyənlər arasındakı fərq.

Təkcə ötən həftə Tramp Britaniyanın baş naziri Kir Starmerlə birlikdə NATO Sazişinin birgə müdafiə haqda müddəası olan 5-ci maddəyə sadiqliyini dilə gətirib.

NATO müdafiə nazirlərinin ötən ay Brüsseldə keçirilən görüşündə bu mövqeni ABŞ müdafiə naziri Pit Heqset istər açıq çıxışlarda, istərsə şəxsi söhbətlərdə dəfələrlə təkrarlayıb.

“Azadlıq” radiosunun əməkdaşı Rikard Yozvyakın hazırladığı yazıda deyilir ki, Heqset avropalı müttəfiqlərin müdafiə xərclərini ciddi artırmalı olduğunu qətiyyətlə təkrarlasa da, hər kəs görüşdə gedən müzakirələrin konstruktiv olduğunu bildirir.

“O, heç vaxt otağı tərk etmədi, dinlədi, suallar verdi və qeydlər götürdü – [bu isə alyansı] tərk etmək istəyən müttəfiqin davranışı deyildi”, – NATO səfirlərindən biri yazının müəllifinə belə söyləyib.

Bununla yanaşı, NATO diplomatları bu daimi söz-söhbəti izləməyə davam edirlər.

“Biz bütün bunların nə demək olduğunu deşifrə etməliyik. Ancaq [boş] səs-küyə məhəl qoymamağı və gerçək davranışlara baxmağı da öyrənmişik. Bu bizim göstərməli olduğumuz strateji dözümdür”, – yüksəkvəzifəli bir şəxsin dedikləridir.

Ukraynaya gəlincə, bu, fərqli məsələdir. “Ukraynayla bağlı xətt dəyişib, NATO ilə bağlı xətt dəyişməyib. Onlar Ukrayna ilə çox sərt davranırlar, ancaq NATO-ya sadiq olmağa davam edirlər”, – NATO səfirlərindən biri belə deyib. Volodimir Zelenskiyə münasibətdə tonun dəyişməsi buna aydın misal sayıla bilər. Ancaq Ukraynaya silah tədarükünün əlaqələndirilməsində Britaniyanın yeni rolu bir başqa göstəricidir.

Bu da aydın görünür ki, Ukrayna tezliklə NATO-ya qoşulmayacaq. Hərçənd, düzünə qalsa, Kiyevin üzvlüyünü son NATO sammitlərində bloklayan Bayden administrasiyası olub. Qərbi Avropa ölkələri də bundan sakitcə rahatlıq tapıblar. ABŞ-nin yeni administrasiyası, sadəcə, bu məsələdə daha açıq danışır.

NATO-nun şərq qanadındakı ölkələr indi ABŞ qoşunlarının Avropada qalıb-qalmayacağını soruşur. Hələlik, cavab müsbətdir, ancaq çoxları ABŞ-nin Avropadakı qoşunlarının səviyyəsinə yenidən baxılacağı ilə bağlı narahatlığını dilə gətirir.

Bəs bu ölkələr Rusiya hücumuna məruz qalarsa, ABŞ qoşunları onların köməyinə gələcəkmi? Əksəriyyət bu sualın cavabının müsbət olduğuna inanır, amma NATO Sazişinin 5-ci maddəsi həm müttəfiqlərin, həm də düşmənlərin bu maddənin işləyəcəyinə inanmasından asılıdır.

Bir şərqi avropalı dövlət rəsmisi bunu belə ifadə edib: “Bu, “Şrödinqerin pişiyi” kimidir – qutu açılanadək o pişik həm diridir, həm də ölü. …5-ci maddə reallıqda sınaqdan keçənədək bunu bilməyəcəyik”.

Paylaş:
Digər xəbərlər

Siyasət

28-02-2025, 14:00

NATO Ukraynaya maliyyə yardımı göstərməyə hazırlaşır

Siyasət

5-12-2024, 00:12

Böyük Britaniya XIN: Ukrayna NATO-nun hərbi yardımlarından 99 faiz asılıdir

Siyasət

7-10-2024, 12:13

Fitso: "Baş nazir olduğum müddətdə Ukrayna NATO-ya üzv olmayacaq"

Siyasət

16-03-2024, 13:23

NATO baş katibi Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq

Siyasət

9-03-2024, 01:26

Trampdan NATO ölkələrinə mesaj: “Kim pul ödəməsə ABŞ onları müdafiə etməyəcək”

Siyasət

12-10-2023, 16:35

NATO İsrailə dəstək olacaq

Siyasət / Hadisə

2-05-2023, 22:47

Hikmət Hacıyev NATO baş katibinin köməkçisi ilə görüşüb

Siyasət / Sosial

3-04-2023, 20:45

Finlandiyanın NATO -ya üzvlüyü təstiqləndi

Siyasət

7-04-2022, 22:04

NATO-ya üzvlük üçün Finlandiya müraciət etməyə hazırlaşır

Gündəm / Siyasət

14-12-2021, 20:26

Prezident Brüsseldə NATO baş katibi ilə görüşüb.

Siyasət

14-06-2021, 10:08

NATO: Rusiyaya qarşı sanksiyalar davam etməlidir

Siyasət

14-06-2021, 08:53

NATO-nu yeni dövrə hazırlamaq qüdrətimiz daxilindədir!

Son xəbərlər
  • Dün, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • Dün, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • Dün, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • Dün, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • Dün, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
Daha çox
Çox oxunanlar
30-09-2026, 20:34
Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
30-09-2026, 21:39
AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
1-10-2026, 13:20
ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
30-09-2026, 10:45
Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
30-09-2026, 13:09
Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə