USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Oktyabrın 14-də ölkə ərazisində 35 yeni cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ümumilikdə 65 nəfər axtarışda olan şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onların 31-i borclu şəxs qismində axtarışda olub.
Bundan əlavə, narkotik vasitələrlə bağlı 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt aşkarlanıb.
Ümumilikdə, cinayət törətməkdə şübhəli bilinən 25 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.