
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb.
60 yaşlı İslam Rzayev 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
O, əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Sonrakı illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində müxtəlif vəzifələrdə — şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini kimi çalışıb.
Daha sonra “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007-ci ildən isə Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini vəzifəsində fəaliyyət göstərib.
2011-ci il mayın 18-də Prezidentin sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, DTX-nın əməliyyatı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları ilə bağlı aparılır.