USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 10-da ölkə ərazisində 26 yeni cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması isə təmin edilib.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 5, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 3 fakt müəyyən edilib.
Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.