
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq səsverməyə qoyulub və üçüncü oxunuşda qəbul edilib.
Qəbul edilmiş büdcə sənədinə əsasən:
Büdcə göstəriciləri
• Gəlirlər: 38 609 000,0 min manat
• Xərclər: 41 703 600,0 min manat
• Mərkəzləşdirilmiş gəlirlər: 37 850 712,0 min manat
• Yerli gəlirlər: 758 288,0 min manat
• Mərkəzləşdirilmiş xərclər: 40 944 465,0 min manat
• Yerli xərclər: 759 135,0 min manat
Borclanma limitləri
• Daxili dövlət borclanması: 2 000 000,0 min manat
• Xarici dövlət borclanması: 6 000 000,0 min manat
• Dövlət zəmanətləri üçün limit: 3 000 000,0 min manat
Büdcə kəsiri
• Dövlət büdcəsi kəsirinin yuxarı həddi: 3 094 600,0 min manat
Deputatların müzakirələrindən sonra layihə səsverməyə çıxarılıb və təsdiq olunaraq qanun statusu alıb.