
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistana səfəri çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Görüş Ermənistanın Dilican şəhərində baş tutub.
Tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi, regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri müzakirə ediblər.
Danışıqlar zamanı iki ölkə arasında dialoqun davam etdirilməsinin, eləcə də etimad quruculuğu tədbirlərinin əhəmiyyəti vurğulanıb. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün yekununda Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Növbəti görüşün Azərbaycanda keçirilməsi planlaşdırılır.