USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri planlaşdırılır.
Bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov beynəlxalq konfrans çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı məlumat verib.
Səfir bildirib ki, səfər zamanı Azərbaycan və Türkmənistan arasında bir sıra sənədlərin imzalanması gözlənilir. Onun sözlərinə görə, həmin sənədlər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq son illərdə fəallaşıb.