USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Zakir Quliyevin İmişlidə yaratdığı NARAHATÇILIQ... - GİLEY

Siyasət

7-08-2020, 12:21

Zakir Quliyevin İmişlidə yaratdığı NARAHATÇILIQ... - GİLEY
2018-ci ilin iyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılması o zaman ölkədə ciddi səs-küyə səbəb oldu. Hətta həmin vaxt Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində belə fasilələrlə çətinliklər yarandı. Xatırladaq ki, Göyçay çayı üzərində körpünün uçması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə iki nəfərə ittiham da elan edilmişdi.
Lakin...
Lakin bu məsələ bir müddət sonra unuduldu. Yəni mövsümü xarakter daşıdı. Müvafiq orqanlar müxtəlif rayonlara ezam edilsələr də, nəticədə qısa müddət sonra dəyirman öz bildiyini təkrar etməyə başladı. Əslində bu məsələdə dəyirman deyil, məhz qum-çınqıl karxanaları öz bildiklərini edirlər. Və qəribəsi isə odur ki, sanki bu tip obyektlər dövlət səviyyəli strateji müəssisələrdir. Kimsə, hətta media belə bu sahəyə lazımınca diqqət ayırmır.
Ötən gün İmişlidən Conflict.az-a kifayət qədər maraqlı bir video göndərilib. Videonu sayta təqdim edən şəxs bildirir ki, görüntüdə əks olunan karxana İmişli rayon, Bəciravan kəndinin ərazisində, eyni zamanda meşə zolağında yerləşir. Yerli əhalinin iddiasına görə karxana Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevə məxsusdur.

Və o da iddia edilir karxana quliyevlərin Elçin adlı qardaşı tərəfindən idarə olunur. Karxanaya de-fakto rəhbərlik edən şəxs isə onların Kamran adlı yaxınlarıdır. Məlumatı verən şəxs əlavə olaraq bildirdi ki, əraziyə yük maşınları istisna, kimsə buraxılmır. Çünki karxananın təhlükəsizlik xidmətinə hətta yerli əhalinin belə əraziyə buraxılmaması üçün xüsusi tapşırıq verilib. Bəs bu məlumatda diqqət çəkən məqam nədir? Məlumatı verən mənbənin iddiasına görə problemin ən böyüyü karxananın əsasən yarımsəhra reliefə malik İmişli rayonunun çox az hissəsini əhatə edən meşə zolağında fəaliyyət göstərməsidir. İkinci isə torpaq sahələrinin müəyyən bir hissəsinin şoran olmasıda ciddi problemlərin əsasını qoymaqdadır. Nədir bu problemlər? Mənbənin verdiyi məlumata görə artıq bir müddətdir ki, karxanaya yaxın ərazidə tikilən evlərdə müəyyən ölçüdə çatlar əmələ gəlib. Problemlə bağlı müxtəlif instansiyalara şikayətlər edilsə də, hələ ki, müraciətlərə baxılmayıb. O zaman sual olunur: Yaranmış və yaranma ehtimalı böyük olan problemlərə baxılmamasının səbəbi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir, yoxsa..? Yox əgər səbəb başqadırsa o zaman buyurun cənablar. Cavablarınızı təqdim edin dərc edək.
Redaksiya bu sahədə mütəxəssis olmasada, sadə həqiqətlərlə müəyyən məntiqi nəticələrə gəlmək olur. Əvvəla yuxarıda qeyd edildiyi kimi qum-çınqıl karxanasının fəaliyyəti bir o qədər də yaşıllıq əraziyə malik olmayan bölgədəki bu tip ərazilərin sıradan çıxması qədər vacib deyil. Onsuzda İmişli rayonu bəlkədə ölkədə bu sahə ilə məşğul olmaq istəyənlərin ən çox üz tutduğu bölgədir. Hətta Conflict.az olaraq bir müddət bu məsələnin ciddi problemə çevriləcəyi ilə bağlı SOS xarakterli məlumatda dərc etmişdik. Kolxoz təsərrüfatının dağılmasından sonra müəyyən qədər torpaq sahəsinə sahiblənən yerli əhalinin bir hissəsi həmin ərazini əkib-becərmək imkanını itirdi. Bu məsələdə maliyyə və suvarma zamanı yaranan problemlərdə müəyyən rol oynadı. Belə olan təqdirdə çarəsizlikdən sahib olduqları ərazini yerli olmayan ayrı-ayrı iş adamlarına satmaq məcburiyyətində qalan kənd sakinləri sonradan həmin qərarlarının girovlarına çevrildilər. Çünki yerin təkindən yüksək təzyiqlə qum-çınqıl çıxarılması prosesi zamanı yaranan dəryaçalardakı su kütləsi əsasən istifadəyə yararsız və duzludur. Yəni ətrafda olan münbit əkin sahələrinində şoranlaşması üçün stimul ola bilər. Bundan başqa su kütləsi dəryaçalara toplandıqca yaxınlıqdakı tikililərin altında sabit olan torpaq sahəsinin altı boşalır və həmin tikili deformasiyaya uğrayır. Nəticədə ziyan görən kəndli olur. Məsələni kifayət qədər müxtəlif istiqamətlərdə, yuxarıda qeyd edildiyi kimi hətta sadə məntiqlə belə müzakirə etmək, müxtəlif qənaətlərə gəlmək mümkündür. Lakin bir məsələ unudulmamalıdır, ölkə Prezidenti cənab İlham Əliyevin həmişə xüsusi olaraq vurğuladığı bir məqam var: Biz xalqın xidmətçiləriyik. Hesab edirik ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdə icra etdiyi vəzifədən dolayı xidmətçi kateqoriyasına daxildir. Redaksiyaya göndərilən videoda əks olunan ərazidə fəaliyyət göstərən qum-çınqıl karxanasının məhz ona məxsus olduğu iddia edilir. Elə isə iddianı təsdiq və ya təkzib etmə səlahiyyəti də məhz cənab Quliyevə aiddir.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat

31-07-2020, 18:00

Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 15 milyon manat ayırıb - SƏRƏNCAM

Gündəm

26-07-2020, 17:58

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Video

8-07-2020, 16:05

Vəzifəli qadına cinayət işi açıldı

Video

27-06-2020, 17:30

Bakıdan rayonlara getmək istəyən 750 nəqliyyat vasitəsi geri qaytarılıb - DYP

Araşdırma

11-06-2020, 09:29

Bu nazirliyin külli miqdarda vəsaiti mənimsənildi — Korrupsiya FAKTI

Bölgə

8-06-2020, 09:57

Dolu Göyçayın kəndinə ciddi ziyan vurub

Hadisə

13-05-2020, 15:43

Baş prokuror “EuroHome”da baş verən yanğınla bağlı göstəriş verdi

Araşdırma

6-05-2020, 13:33

Adını dəyişən bankda ŞOK CİNAYƏTLƏR... - RƏSMİ

Hadisə

14-03-2020, 13:32

Vergilər Nazirliyinin külli miqdarda vəsaiti mənimsənildi — Cinayət İŞİ

Son xəbərlər
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
Daha çox
Çox oxunanlar
28-09-2026, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
28-09-2026, 18:19
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
28-09-2026, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
28-09-2026, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
30-09-2026, 20:34
Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
27-09-2026, 23:06
Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə