USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Türkiyə hərbçiləri nə vaxt gələcək? – Açıqlama

Siyasət

24-11-2020, 13:32

Türkiyə hərbçiləri nə vaxt gələcək? – AçıqlamaTürkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə ötür. 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək qardaş ölkənin hərbçilərinin gəlişi hələ ki baş tutmayıb.

Doğrudur, ekspertlərin əksəriyyəti bu narahatlığa əsas görmür və yaxın günlərdə bu gəlişin reallaşacağını qeyd edirlər. Rəsmi Ankaranın dekabrın ilk on günlüyündə Azərbaycana Silahlı Qüvvələr göndərəcəyi deyilir. Bununla belə, sosial şəbəkələrdə insanlar suallar ünvanlayırlar.

Məlumat üçün onu da bildirək ki, artıq Rusiya sülhməramlıları Qarabağda tam yerləşiblər. Azərbaycan cəmiyyətində narahatlıq doğuran məsələlərdən biri də budur ki, bəs türk hərbçilərinin gəlişi niyə ləngiyir?

Foto.info.az xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Musavat.com-a açıqlamasında narahatlığa əsas olmadığını bildirib:

“Birincisi, bir məsələni aydınlaşdırmalıyıq: Belə fikir formalaşıb ki, sülhməramlı missiyada Rusiya erməni tərəfdədir, Türkiyə qoşunları isə bizim tərəfimizdədir. Hesab edirəm ki, bu məsələyə başqa bir baxış bucağından baxmaq lazımdır. Onlar oraya hansısa vəzifələri icra etmək üçün cəlb olunublar, tərəf kimi deyil. Bu baxımdan Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir. Rusiya sülhməramlarının əsas vəzifələri ondan ibarətdir ki, bəyanatda nəzərdə tutulmuş şərtləri həyata keçirsinlər. Biz görürük ki, bu şərtlər ardıcıl şəkildə icra olunur. Rayonların azad olunmasından sonra yeni mərhələ başlayacaq. Hesab edirəm ki, orada tərk-silah mərhələsi başlayacaq. Çünki ermənilərin həmişə iddia etdiyi və mövqeyi ondan ibarət idi ki, onlar guya orada yaşayan erməniləri müdafiə edirlər.

İndi bu funksiya sülhməramlılara keçir. Deməli, onların orada hərbi strukturlarının qalması mənasızdır. Biz bunun təsdiqini bəyanatlarda görürük ki, hamı burada olan əraziləri Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Məsələni başqa istiqamətlərdən də şərh etməkdə məqsədim var. Biz başa düşməliyik ki, türk qoşunlarının gəlməsində məqsəd nədir. Digər strukturların cəlb olunmasına gəlincə, xatırladım ki, Azərbaycanda Türkiyənin müdafiə mütəxəssisləri var. Onlar çoxdan buradadırlar. Həm də onların zəhməti nəticəsində birgə təlimlərdə qazanılan təcrübə ilə Azərbaycan Ordusu yüksək səviyyəli hərbi hazırlıq nümayiş etdirib. Təbii ki, bölgədə müşahidə missiyası olacaq. Bunun icrası müxtəlif vasitələrlə, o cümlədən texniki vasitələrlə çox asanlıqla həyata keçiriləcək. “Əsgər gəlib postda dursun” filan kimi düşüncələr keçmişdə qalıb. Texniki vasitələrlə çox işləri görmək mümkündür və müharibə vaxtı biz bunları gördük. Türkiyəli müşahidəçilər gələcək, müşahidəçilər isə o deməkdir ki, hansısa prosesə nəzarət edib, onu kontrol altında saxlayacaqlar. Çünki Türkiyə bu proseslərin tərkib hissəsidir. Yenə deyirəm, bəzi şeyləri dəqiq bilmədiyimiz üçün hesab edirik ki, bura hansısa bir hərbi hissələr gələcək. Məsələlərə mən başqa baxış bucağından yanaşıram".

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu ləngimənin bəzi səbəblərini sadalayıb:

“Türkiyə hərbçilərinin Azərbaycana gəlişinin ləngiməsi hazırda gedən proseslər üçün heç bir təhlükə yaratmır. Xüsusilə Azərbaycan üçün ciddi təhlükə görmürəm. Çünki əvvəlcədən üçtərəfli bəyanatda səsləndirilən müddəalar həyata keçirilməkdədir. Amma təbii ki, bizim üçün türk hərbçilərinin Qarabağda, öz tarixi ərazilərimizdə olması çox yaxşı olardı. Eyni zamanda bu, Azərbaycan dövlətinin və vətəndaşlarının narahatlığını aradan qaldırmış olardı. Düşünürəm ki, türk hərbçilərinin ölkəmizə gəlmələrinin yubanmasına səbəb olan budur ki, Türkiyə-Rusiya arasında danışıqlar gedir, bu iki ölkə arasında müəyyən fikir ayrılıqları var. Azərbaycana gələcək türkiyəli hərbçilərin həm sayı, həm onların harada yerləşdirilməsi, həm də hansı vəzifələri daşıyacaqları barədə məsələlərlə bağlı tam aydın mövqe yoxdur. Türkiyənin mövqeyi ondan ibarətdir ki, rus sülhməramlılarının sayı qədər Qarabağda türk hərbçiləri olmalıdır, eyni zamanda o qədər də hərbi texnika olmalıdır. Birgə Monitorinq Mərkəzində isə eyni sayda rus və türk hərbçiləri işləməlidir. Bu məsələlərdə Rusiyanın fikirləri fərqlidir. Onlar düşünürlər ki, ermənilər türk hərbçiləri Qarabağda qəbul etmək istəməyəcəklər, bu prosesin bir qədər ləngiməsinə gətirib çıxara və nəticədə sonrakı danışıqların effekti azala bilər. Mülahizə edirəm ki, bu cür səsləndirmələr var. Amma bütün bunlara baxmayaraq Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycan türk hərbçilərinin burada olmasında maraqlıdır. Ermənilərin xoşlarına gəlmirsə, o zaman burada yaşamasınlar. Hər halda, Azərbaycan öz maraqlarına cavab verən müddəaların həyata keçirilməsinə çalışır və bu da türk hərbçilərinin ölkəmizin ərazilərində olmasından keçir”.

Paylaş:
Digər xəbərlər

Siyasət

16-11-2020, 13:29

Ərdoğan Türk əsgərini Azərbaycana göndərir - SƏNƏD artıq parlamentdə...

Siyasət

13-11-2020, 08:39

Türkiyə Qarabağla bağlı "səlahiyyət sənədi" hazırlayır

Siyasət

11-11-2020, 15:21

Türkiyə hərbçiləri də Qarabağda olacaq - Ərdoğan

Siyasət

11-11-2020, 15:05

Rusiya Türkiyə ilə birgə Qarabağda olacaq

Siyasət

11-11-2020, 14:30

Sülhməramlılar Qarabağda hansı məntəqələrdə yerləşəcək? - Rəsmi XƏRİTƏ

Siyasət

10-11-2020, 11:56

Türk ordusu gəlir, məsələ bitdi – Ekspert

Siyasət

26-10-2020, 11:57

"Türkiyəni Qarabağda təsir imkanlarından istifadə etməyə çağırırıq" - Sergey Lavrov

Siyasət

20-10-2020, 14:07

Baxçalı: Ermənilərin dialoq təklifi tələdir

Siyasət

22-09-2020, 09:37

NATO Qarabağa girə bilər

Siyasət

20-09-2020, 15:30

Prezident İrəvana mesaj verdi, Türkiyə mediası yazdı

Siyasət

15-07-2020, 12:19

TÜRK PA-nın Baş katibi Azərbaycana dəstək nümayiş etdirdi

Siyasət

4-04-2020, 12:30

Türk ordusu Suriyada 24 terrorçunu məhv etdi

Son xəbərlər
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
Daha çox
Çox oxunanlar
28-09-2026, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
28-09-2026, 18:19
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
28-09-2026, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
28-09-2026, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
30-09-2026, 20:34
Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
27-09-2026, 23:06
Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə