USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Azərbaycan Ermənistana yaxşı dərs verib"

Siyasət

11-11-2021, 16:22

"Azərbaycan Ermənistana yaxşı dərs verib"Tazin Aktar: “İndi bunu əzbər öyrənin və heç vaxt unutmayın”

Ermənistan Azərbaycanın qələbəsindən çox şeylər öyrənməlidir, nəinki işğalçı ölkə, bütün işğalçı və işğala məruz qalan ölkələr rəsmi Bakının mübarizəsindən, qələbəsindən dərs almalıdır.
Bunu “Xalq Cəbhəsi”nə Pakistanın tanınmış jurnalisti, ekspert deyib Tazin Aktar deyib.
O, qeyd edib ki, 8 noyabr 2021-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri öz qiymətli həyatlarını qurban verərək işğalçı Ermənistanın təcavüzün qarşısını almaqla, Qarabağı azad etməklə Qələbə Gününü qeyd etdi. Azərbaycanın mülki vətəndaşları da öz vətənlərinin müdafiəsi üçün böyük qurbanlar veriblər.

44 gün gecə-gündüz müharibə zamanı 3000-dən çox hərbçi və mülki şəxs şəhid olub. Biz bu müharibə zamanı Azərbaycanı eyni dinə malik olmağımız və ya münasibətlərimizə görə deyil, prinsipial zəmində dəstəklədiyimizi xatırlamaqdan şərəf duyuruq: “Sizinlə dayanmışdıq…Sizin üçün yazırdıq… Mətbuat və rəy qarşısında sizin üçün mübarizə aparırdıq... Tək iki televiziya klipi ilə yox, 44 gün ərzində… Təcavüzə qarşı müharibədə hər gün yazılarımızla... Biz təkcə Ermənistanı tənqid etmədik, həm də işğalçının vəkili rolunda çıxış edənlərə qarşı cəsarət göstərdik…”

T.Aktar onu da bildirib ki, biz bütün bunları heç bir mükafat üçün deyil, yalnız borcumuz kimi etdik... Onuin fikrincə, biz Azərbaycanın qələbəsindən sonra iki əsas məqama diqqət yetirdik: “Birincisi, Azərbaycanın qələbəsi beynəlxalq arbitrajlara müraciət etmədən beynəlxalq hüququn ona verdiyi imkanlar çərçivəsində işğal olunmuş torpaqlarını geri almaq deməkdir. Bu, əraziləri işğal edilmiş bütün ölkələr üçün ibrət dərsidir və BMT və ya hər hansı digər ixtiyari forum müəyyən səbəblərə görə işğalçını məsuliyyətə cəlb etməlidir. Dərs odur ki, işğal edilən torpaqları geri qaytarmaq üçün hüquqi və etik əsaslarınız olduqda belə praktik olmaq lazımdır. Ermənistan təkcə silahlı qüvvələrə deyil, dinc əhaliyə də atəş açanda Azərbaycan praktiki oldu. Qətiyyətlə inanırıq ki, Kəşmir heç vaxt BMT qətnamələri ilə azad edilməyəcək. Biz nəzəri deyil, Azərbaycan kimi praktik olmalıyıq.

İkincisi, Azərbaycan müharibədə qalib gəldikdən və ərazilərini azad etdikdən sonra da ayıq qalmalıdır, çünki hiyləgər düşmən məğlub olanda daha təhlükəlidir. Erməni Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini dağıdıb, orada minalar basdırması bizim müşahidələrimizi doğrultdu. Müharibə bitdikdən sonra da onlarla insan bu minaların qurbanı olub. Ermənistan bu minaların yerləşdiyi yerlərin xəritələrini təhvil verməyə hazır deyil. Keçmiş səfir Əli Əlizadənin mətbuat konfransında müharibə zamanı İranın vəkilliyi ilə bağlı verdiyimiz “İran niyə sərhədə qoşun yeridir”? sualımıza diplomatik şəkildə “ola bilsin ki, İran öz sərhədlərini qorumaq istəyir” cavabı verildi. Lakin sonradan aydın oldu ki, İran Ermənistanın tərəfini tutur. Azərbaycanlı hərbçinin anası (Milli Qəhrəman Polad Həşimovun anası və Qasım Süleymani adına olan medal nəzərdə tutulur) oğluna verilən İran medalından imtina edib. Keçən ay bəzi İran yük maşınları Ermənistana müəmmalı materiallar aparıb. Onlar İran Azərbaycanı və Ermənistanı birləşdirən əsas nöqtədə yerləşən keçid məntəqəsini keçiblər. Yalnız bundan sonra Azərbaycan tərəfdən bu yük maşınlarının şəkillərini və görüntülərini media ilə paylaşaraq aydın cavab gəldi. Biz vurğuladıq ki, Rusiyanın müdaxiləsi Azərbaycan üçün deyil, Ermənistanın yalnız onu daha çox ərazi itirməkdən xilas etməsidir”.

Jurnalistin fikrincə, tövsiyə etdik ki, sülh üçün arbitraj adı ilə irəliləyən qoşunlar dayandırılmadan, Azərbaycan bir anda bütün əraziləri eyni mərhələdə geri alsın. Qələbə və bayram yaxşı şeydir, lakin daha vacibi sülh və sabitlik bəhanəsi ilə ətrafda baş verənlərdən xəbərdar olmaqdır. Qalibiyyət qazanmaq bir şeydir, ancaq qazanılan mövqeyi qorumaq başqa bir şeydir: “Qonşuluqdakı iki böyük ölkə qələbənizə sevinmir. Onların sizinlə və müttəfiqlərinizlə də problemləri var. Bu yaxınlarda müharibə zamanı baş verənlər və müharibənin nəticəsi ilə bağlı ətraflı müzakirələr apardılar. Onlar gücləri və ağıllarını birləşdirirlər. Torpaqlarınızı azad etməyinizə mane ola bilmədilər, lakin başqa tərəfdən istənilən vaxt gələ bilərlər”.

T.Aktar qeyd edib ki, Ermənistan minaların xəritələrini paylaşmayacaq və Azərbaycanın bundan artıq gözlədiyini düşünmürük. Azərbaycan öz torpaqlarını işğalçılardan təkbaşına təmizləyib. Azərbaycan da öz gücü ilə torpaqları minalardan təmizləyə bilər. Ermənistan üçün biz heç bir ziddiyyətdən çəkinmədən deyə bilərik ki, sizin millətiniz və xalqınız üçün ən yaxşısı Azərbaycanla etimad quruculuğu tədbirləri görməkdir: “İrəliləyin, keçmişi keçmişə buraxın və Azərbaycanın siyasəti kimi qonşu ilə münasibətləri normallaşdırın. Bu, sizi nəinki daha da alçaldılmaqdan xilas edəcək, həm də gələcək nəsillərinizin inkişafı və firavanlığı üçün imkanlar yaradacaqdır.

Ermənistan üçün başqa bir dərs odur ki, heç vaxt başqalarından borc götürərək, başqalarına güvənərək qonşusunun üstünə düşməyəcək. Heç kim onun üçün döyüşməyə gəlməyəcək. Fransa kimi böyük dövlətlər və adları çəkilən digər ölkələr onsuz da Ermənistanın düşmənçiliyinizdən istifadə etməklə öz maraqlarını güdürlər. Siz, (Ermənistan nəzərdə tutulur) Azərbaycandan yaxşı dərs almısınız. İndi bunu əzbər öyrənin və heç vaxt unutmayın. Sonda Vətən uğrunda canlarını fəda edənlərin xatirəsini dərin ehtiramla yad edirik. Hisslərimiz, düşüncələrimiz şəhid ailələri ilədir. Əminik ki, Azərbaycan hökuməti onlara yaxşı qayğı göstərməyə qadirdir”.

Paylaş:
Digər xəbərlər

Siyasət

4-10-2021, 06:53

Gəncə terrorundan bir il ötür

Siyasət

30-08-2021, 09:53

Türkiyə Zəfər bayramını qeyd edir

Siyasət

7-02-2021, 01:35

Azərbaycanla Ermənistan arasında yeni savaş başlayır

Siyasət

10-11-2020, 11:56

Türk ordusu gəlir, məsələ bitdi – Ekspert

Siyasət

2-11-2020, 13:08

"Erməni din xadimləri qarşıdurma, terror hadisələrinin müəllifi rolunda çıxışlar ediblər"

Siyasət

30-10-2020, 13:35

"Biz həmsədrlərdən vicdanlı vasitəçilik tələb edirik"

Siyasət

26-10-2020, 11:16

Azərbaycandan mülki erməni əhalisinə müraciət

Siyasət

19-10-2020, 15:23

Yaxın günlərdə Azərbaycan bayrağının Şuşada dalğalanacağına heç kimin şübhəsi olmasın

Siyasət

15-10-2020, 13:40

"Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, onunla fəxr edir, qürur duyuruq”

Siyasət

12-10-2020, 14:24

Diplomatlar Gəncədə erməni vəhşiliyini gözləri ilə gördü

Siyasət

15-07-2020, 15:05

"KTMT-yə üzv dövlətlər Azərbaycanın haqlı olduğunun fərqindədir" - GƏLİŞMƏ

Siyasət

15-07-2020, 10:27

QƏLƏBƏNİN SİMVOLUNA ÇEVRİLƏCƏK GENERALIM – Qisas – andımız olsun!

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
7-11-2026, 15:51
Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
6-11-2026, 13:40
Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
6-11-2026, 14:26
Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
6-11-2026, 18:54
Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə