USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

AMDP Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

Siyasət

24-02-2022, 15:52

AMDP Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb Bu il Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edirik. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədilmişdir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilmişdir.

30 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin növbəti dəhşətli nümunəsidir. Ermənistan tərəfindən yürüdülən bu siyasətin digər təzahürü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində azərbaycanlı əhaliyə qarşı törədilmiş etnik təmizləmə olmuşdur. Bundan başqa, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonunun Ağdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla mülki şəxs girov götürülüb və itkin düşüb.

Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub.

Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmışdır.
Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynamışdır.

Artıq Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri tərəfindən qəbul edilən müvafiq sənədlərdə Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı kimi qəbul edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.

Sülh prosesini pozan və məsələnin danışıqlar yolu ilə həll olunma perspektivlərini tamamilə əngəlləyən, habelə yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq, Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə etməklə atəşə tutmuşdur. Nəticədə 12-si uşaq olmaqla, 94 nəfər mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 414 nəfər yaralanmışdır. Bu hücumlar nəticəsində 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılmışdır.
Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edilmişdir. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, yüz minlərlə insana uzun müddət gözlədikləri öz dədə-baba torpaqlarına qayıtmaq və fundamental hüquqlarını bərpa etmək imkanı yaradılmışdır.
XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırımın törədilməsindən 30 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətə münasibətdə biganəlik və ikili standartlar təcavüzkarda cəzasızlıq sindromunu gücləndirərək onu etnik təmizləmə və işğal siyasətini davam etdirməyə sövq edib. Dünya ictimaiyyətinin Xocalı soyqırımına adekvat reaksiya verməməsi mənəviyyatdan kənar olmaqla yanaşı, həm də qəbuledilməzdir, çünki gələcəkdə bu cür cinayətlərin təkrarlanmasına zəmin yaradır.

Bir daha beynəlxalq təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırıram.

Tufan Kərim
Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Siyasət

24-02-2022, 07:45

Srebrenisa qurbanından Paşinyana Xocalı çağırışı

Siyasət

21-02-2022, 21:25

Misirli tələbə ərəb mətbuatında Xocalı soyqırımı barədə məqalə ilə çıxış edib

Siyasət

17-02-2022, 10:17

Kanada parlamentinə Xocalı soyqırımına dair petisiya təqdim edilib

Siyasət

27-02-2021, 14:58

Bəyanat

Gündəm / Siyasət

26-02-2021, 19:16

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bəyanat yayıb

Siyasət

26-11-2020, 11:43

"Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçməlidir"

Siyasət

20-09-2020, 14:50

Qarabağa PKK-nın xüsusi dəstələri gətirilir - Məqalə

Gündəm / Siyasət

26-02-2020, 16:17

Türkiyə XİN: Xocalı soyqırımını qəti şəkildə pisləyirik

Siyasət

26-02-2020, 14:46

Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinə şahidlik edəcəklər - Hikmət Babaoğlu

Siyasət

26-02-2020, 12:37

Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması üçün kifayət qədər hüquqi faktlar var - Ombudsman Aparatı

Siyasət

26-02-2020, 12:00

İmamoğlu Xocalı qurbanlarını yad etdi

Siyasət

24-02-2020, 13:08

Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

Son xəbərlər
  • Dün, 16:11
    İranın kəşfiyyat naziri ilə bağlı ziddiyyətli məlumatlar yayılıb
  • Dün, 16:03
    Televerilişlərin bağlanması: aparıcılar başqa adla efirə qayıda bilərmi?
  • Dün, 16:01
    18–30 mart üçün geomaqnit xəbərdarlıq: bəzi günlərdə aktivlik artacaq
  • Dün, 15:59
    Yaxın Şərqdə müharibə ekoloji təhlükə yaradır: Azərbaycan üçün risklər nələrdir?
  • Dün, 15:57
    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində struktur dəyişiklikləri edildi
  • 17-03-2026, 16:05
    Deputat incəsənət müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı dəyişiklik təklif etdi
  • 17-03-2026, 16:03
    Ayxan İsrafilov: “Barakda diktatura formalaşıb”
  • 17-03-2026, 16:01
    Tramp Çinə səfərini təxirə salmaq istəyir
  • 17-03-2026, 15:59
    “Roşka”nın məhkəməsi təxirə salındı
  • 17-03-2026, 15:58
    Nazir müavini: “Qrant haqqında” qanuna dəyişiklik edilməlidir
  • 17-03-2026, 15:56
    İsrail zərbəsi nəticəsində Bəsic komandiri məhv edildi
  • 17-03-2026, 15:55
    Bakıda qeydiyyatlı avtomobillərə 88-lə başlayan yeni nömrələr verilir
  • 17-03-2026, 15:51
    İsrail Laricaninin öldürüldüyünü açıqladı
  • 16-03-2026, 14:49
    NYT: Səudiyyə Ərəbistanı Trampa İrana zərbələri davam etdirməyi məsləhət görüb
  • 16-03-2026, 14:45
    Peskov: Qlobal neft qiymətlərinin artması Rusiyanın gəlirlərini artıracaq
  • 16-03-2026, 14:43
    Samir Nuriyev Xocavənddə iclas keçirdi, Böyük Qayıdışla bağlı tapşırıqlar verdi
  • 16-03-2026, 02:57
    Ülvi Həsənli: “Abzas Media”da apardığımız korrupsiya araşdırmalarına görə cəzalandırıldıq
  • 16-03-2026, 02:52
    Müctəba Xamenei Moskvaya qaçdı
  • 16-03-2026, 02:50
    Pezeşkian və Makron regiondakı vəziyyəti müzakirə ediblər
  • 15-03-2026, 21:18
    Əraqçi: Nə atəşkəs, nə də danışıqlar istəmişik
  • 15-03-2026, 21:13
    İran rəsmisi: Ukrayna ərazisi İran üçün qanuni hədəfə çevrilə bilər
  • 15-03-2026, 17:20
    Rza Pəhləvi: İslam Respublikası süqut etsə, ölkəyə rəhbərlik etməyə hazıram
  • 15-03-2026, 17:18
    İran ordusunun daha bir generalı öldürüldü
  • 15-03-2026, 17:16
    Əraqçi: Tehran nüvə proqramında böyük güzəştlərə hazır idi
  • 15-03-2026, 17:12
    Zərdabda 65 yaşlı şəxsdən 8 kiloqram narkotik aşkarlanıb
  • 15-03-2026, 17:10
    İranda İsraillə əməkdaşlıq şübhəsi ilə 20 nəfər saxlanılıb
  • 15-03-2026, 17:08
    İran XİN başçısı: Müctəba Xameneinin səhhəti yaxşıdır
  • 15-03-2026, 16:48
    “Bu fotodan yalnız ağaclar sağ qalıb” – İran rəhbərlərinin görüntüsü müzakirə yaradır
  • 14-03-2026, 07:55
    İran XİN başçısından Türkiyəyə türk dilində təşəkkür
  • 14-03-2026, 07:53
    Tramp: “İstəsək İranı qısa müddətdə tamamilə məhv edə bilərik”
  • 14-03-2026, 07:51
    İsrail Hərbi Hava Qüvvələri Tehrana aviazərbələr endirib
  • 14-03-2026, 07:49
    “Beautytime” rəhbəri Könül Həmzəyeva barədə qərar verildi
  • 13-03-2026, 18:52
    ABŞ-də böyük neft emalı zavodunda partlayış baş verib
  • 13-03-2026, 18:50
    Tanınmış tarixçi alim İlber Ortaylı vəfat edib
  • 13-03-2026, 18:45
    Bakıda bəzi avtobus marşrutlarında gedişhaqqı yeniləndi
Daha çox
Çox oxunanlar
16-03-2026, 02:57
Ülvi Həsənli: “Abzas Media”da apardığımız korrupsiya araşdırmalarına görə cəzalandırıldıq
16-03-2026, 02:52
Müctəba Xamenei Moskvaya qaçdı
16-03-2026, 02:50
Pezeşkian və Makron regiondakı vəziyyəti müzakirə ediblər
12-03-2026, 09:47
Gəncədə 17 yaşlı yeniyetmə atasını qətlə yetirməkdə şübhəli bilinir
14-03-2026, 07:53
Tramp: “İstəsək İranı qısa müddətdə tamamilə məhv edə bilərik”
14-03-2026, 07:55
İran XİN başçısından Türkiyəyə türk dilində təşəkkür
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
Televerilişlərin bağlanması: aparıcılar başqa adla efirə qayıda bilərmi?
18–30 mart üçün geomaqnit xəbərdarlıq: bəzi günlərdə aktivlik artacaq
Yaxın Şərqdə müharibə ekoloji təhlükə yaradır: Azərbaycan üçün risklər nələrdir?
Deputat incəsənət müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı dəyişiklik təklif etdi
Ayxan İsrafilov: “Barakda diktatura formalaşıb”
“Roşka”nın məhkəməsi təxirə salındı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə