Bakıdan Gürcüstana yollanan avtobusların gediş-gəlişində heç bir məhdudiyyət yoxdur.
Bu barəd Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, iki ölkə arasında olan sərhəddə yaranmış məhdudiyyət barədə quruma məlumat daxil olmayıb:
"Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə belə bir məluamt daxil olmayıb. Əgər avtobusların gediş-gəlişində hər hansısa məhdudiyyət yaranarsa, bu barədə sərnişinlərə bildiriləcək".
Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən də Trend-ə hər hansı bir məhudiyyətin olmadığı bildirilib:
"Bu günədək sərnişinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Sərnişinlərdən xahiş olunur ki, əgər onlar özlərində narahatlıq hiss edərlərsə, qızdırma, tənəffüs yollarında problem yaranarsa, qatar bələdçilərinə müraciət etsinlər".