USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Addımladığım bu yol kifayət qədər aydın və parlaqdır”

Sosial

10-04-2023, 14:28

"Addımladığım bu yol kifayət qədər aydın və parlaqdır”“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Heydər Əliyev


Tarixən istər əlverişli strateji-coğrafi mövqeyə malik, istərsə də faydalı qazıntılar və mineral, bioloji ehtiyatlarla zəngin torpaqlarımız çoxsaylı düşmən hücumlarına məruz qalmış, müxtəlif dövrlərin keşməkeşli sınağından günümüzə müstəqil, suveren bir dövlət kimi gəlib çıxmışdır. Şübhəsiz ki, dövlət müstəqilliyi Azərbaycanın misilsiz tarixi nailiyyətidir. Bu yolda xalqımızın çoxəsrlik dövlətçilik ənənələri, sarsılmaz iradəsi, daimi birliyi, qəlbindəki azadlıq eşqi və gələcəyə inamla irəliləməsi sayəsində ölkəmiz hazırkı müstəqilliyini əldə edə bilmişdir.

Müxtəlif dövrlərdə öz fəallığı ilə seçilən, cəmiyyətin aparıcı qüvvəsi olan, sosial-iqtisadi cəhətdən fəal əhali qrupunu əhatə edən gənclərə dövlət daim dəstək göstərmiş, onların vətənə, xalqa və dövlətə layiqli bir fərd kimi yetişməsinə təkan vermiş, uğur və nailiyyətlərini hər zaman yüksək qiymətləndirmişdir. Təsadüfi hal deyil ki, ulu öndər H.Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk vaxtlarından etibarən müstəqil Azərbaycanda gənclər siyasətinin əsası qoyulmuşdu. O, yüksək mənəviyyata sahib yeni nəsil formalaşdırmağı cəmiyyətin əsas vəzifəsi hesab edirdi. Məhz bunun nəticəsidir ki, 1994-cü ildə Azərbaycanda gənclər üçün bu və digər istiqamətlərdə fəaliyyət göstərən qurum – Gənclər və İdman Nazirliyi yaradılmışdı. Əldə edilmiş bütün bu naliyyətlərə görə bu gün bizlər ölkənin siyasi-iqtisadi təməlini qoymuş şəxslərə borcluyuq.

Azərbaycanın parlaq günəşi, müstəqilliyimizin qurucusu, xalqın öndəri ümumilli lider H.Əliyevin əvəzolunmaz və uzaqgörən siyasətinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz üzərinə düşən bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələrək istər öz millətinin, istərsə də dünya dövlətlərinin rəğbətini qazanmışdır. Dövlət quruculuğu sahəsində aparılan uğurlu siyasət nəticəsində bu gün bir sıra istiqamətlərdə görülən tədbirlər və onların nəticəsi göz önündədir. Prezident İlham Əliyevin ölkədə gənclər siyasətinin dəstəklənməsi və inkişafı ilə bağlı imzaladığı bir sıra Fərman və sərəncamlar uğurlu gələcəyin memarı olan gənclərin intellektual səviyyəsinin və dünya görüşünün artırılmasına yönəlmiş, onların sosial-iqtisadi maraqlarının təmin olunmasına şərait yaratmışdır.

Xüsusilə də, dövlət tərəfindən gənclərin yüksək səviyyəli təhsil almaları üçün yaradılan şərait diqqətəlayiqdir. O cümlədən, güclü strateq, xalqın müzəffər sərkərdəsi cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun tarix yazdığı 2020-ci ildə cəmi 44 günə qələbə sevinci ilə yekunlşan, xalqın haqq mübarizəsini özündə əks etdirən “ll Qarabağ” döyüşlərindən bəhs etməsək olmaz. Həmin günlər istər savaş meydanındakı gənc oğulların məharəti, istərsə də arxa cəbhədə sosial mediada Qarabağ həqiqətlərinin dünya miqyasında tanınmasına dəstək göstərən gənclərin fəallığı ilə yadda qaldı. Onlar bütün dünyaya əsl vətənpərvərlik nümunəsini nümayiş etdirərək, “güc birlikdədir” deyib bərabər vuruşdular. Bu gün gənclərin sosial aktivliyinin artırılması və ictimai fəallıq nümayiş etdirə bilməsi üçün kifayət qədər təlim, layihə, tədbir, qrant müsabiqə, startup layihələri, yarış, eləcə də elmi konfrans və forumlar keçirilir. Həmçinin, könüllülük proqramları gənclərin həyatında bu nöqteyi-nəzərdən böyük rol oynayır.

Nəzərə almaq lazımdır ki, bir çox ictimai birlik və gənclər təşkilatlarının əsas məqsədi də məhz gələcəyi sağlam və parlaq olan gənclər yetişdirmək, onları inkişaf etdirməkdir. Bundan əlavə, hər il biz gənclərə bir öncəkindən daha təkmil imkanlar vəd edilir. Buna, demək olar ki əksər sahələr üzrə gənclərin təcrübə əldə etməsinə şərait yaradan “təcrübə proqramlarını” misal göstərə bilərik. İş mühitinə adaptasiya prosesi üçün bu və bu kimi digər layihələr ilkin biliklərin aşılanmasına dəstək olur. Aydın məsələdir ki, yaradılmış imkanlardan yararlanmaq istəyən çoxsaylı gənc nəslin nümayəndələri var və onların hər birinə maksimum dərəcədə diqqət göstərilir.

Hal-hazırda biz gənclər karyeramızı istənilən istiqamətdə rahatlıqla qura bilir, texnologiyanın inkişafı nəticəsində tətbiq olunan rəqəmsallaşma sayəsində sadəcə bir toxunuşla bizə lazım olan informasiya və məlumatları əldə edir, asudə vaxtlarımızı inkişafımıza təkan verə biləcək layihə və təlimlərə qoşularaq dəyərləndirir, beynəlxalq miqyaslı müsabiqə və tədbirlərdə ölkəmizi təmsil edə bilir, dövlətimizin bizim üçün yaratdığı bütün imkanlardan səmərəli istifadə edirik. Şəxsən mən çox şadam ki, bir gənc olaraq gələcək hədəflərimə doğru inamla addımladığım bu yol kifayət qədər aydın və parlaqdır.

Aysel Rzazadə
Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsi, 3-cü kurs, 107-ci qrup tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Paylaş:
Digər xəbərlər

Sosial

5-04-2023, 11:54

Gənc nəslin ictimai fəallığının artırılması

Sosial

4-04-2023, 13:07

"Hər hansı bacarığa, biliyə sahib olmaq üçün zəhmət çəkmək lazımdır"

Sosial

3-04-2023, 10:00

Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib

Gündəm / Siyasət / Sosial / Hadisə

31-01-2023, 10:22

Bu gün Azərbaycanın qurucusu Məmməd Əmin Rəsulzadənin doğum günüdür

Gündəm / Siyasət / Sosial

22-12-2022, 19:03

Özbəkistan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Sosial

20-10-2022, 12:57

"Şagirdlərimizin milli vətənpərvər ruhda tərbiyə olunmasını təmin etməliyik"

Sosial

14-10-2022, 11:26

Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu böyükdür

Sosial

10-10-2022, 11:22

Xalqın çox mütərəqqi, əsrlərin sınağından çıxan adət-ənənələrı qorunmalıdır

Sosial

30-09-2022, 12:50

"Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir"

Sosial

16-09-2022, 15:27

Milli-mənəvi dəyərlər xalqın sərvətdir

Sosial

1-08-2022, 15:21

"Ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir"

Sosial

2-02-2022, 17:32

"Bizim gənclərimiz milli ruhun daşıyıcıları olan, sağlam əqidəli, Vətənə, dövlətə bağlı fərdlərdir"

Son xəbərlər
  • Bugün, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • Bugün, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • Bugün, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • Dün, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
Daha çox
Çox oxunanlar
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
Bugün, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə