USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Sosial şəbəkələrdə qeyri-etik və təhqiramiz paylaşımları ilə tanınan “Əfi” ləqəbli tiktoker – Əflatun Rüstəmov həbs edilib.
Məlumata görə, o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə Əflatun Rüstəmov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib və ona 13 sutka inzibati həbs cəzası verilib.
Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, tiktokerin fəaliyyəti cəmiyyətdə narazılıq doğurub və onun davranışları ictimai asayişə hörmətsizlik kimi qiymətləndirilib.
Qeyd edək ki, “Əfi” ləqəbli Əflatun Rüstəmov sosial şəbəkələrdə yayımladığı videolarla mütəmadi şəkildə tənqid obyektinə çevrilib.