USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Azercell”in müştəri məmnuniyyəti göstəricisi son altı ayda 90%-i keçdi

Sosial

17-08-2020, 18:00

“Azercell”in müştəri məmnuniyyəti göstəricisi son altı ayda 90%-i keçdi“Azercell Telekom” MMC 2020-ci ilin ilk yarısı üçün Əlaqə Mərkəzinə daxil olan müraciətlərin sayı və onların araşdırılması ilə bağlı nəticələri təqdim edib. Belə ki, cari ilin ilk 6 ayında ” Azercell-in Əlaqə Mərkəzinə 2.300.000 müraciət daxil olub ki, onların 2.210.000-i və ya 96% cavablandırılıb və müştərinin müraciəti üzrə məsələlər dərhal həllini tapıb. Aylar üzrə bu göstərici 90-98 faiz arasında dəyişib.

foto.info.az xəbər verir ki, “Azercell”də cari ilin ilk yarısında xidmət səviyyəsinin göstəricisi ortalama 82% təşkil edib ki, bu, müasir dövrdə Avropa standartlarına əsasən çağrı mərkəzlərinin fəaliyyəti üçün yüksək nəticədir. Məlumat üçün bildirək ki, xidmət səviyyəsi - operatorun zəngi nə dərəcədə tez cavablandırması və müvafiq olaraq daxil olan müraciətin araşdırılması müddətinin qısalığını göstərir və mütləq şəkildə müştəri məmnuniyyətinə təsir etməklə yanaşı, təşkilatın imici üçün də əhəmiyyət kəsb edir. Həmçinin, Avropa standartlarına görə müştəri məmnuniyyəti göstəricisi 80%-dən yuxarı olmalıdır ki, son altı ayda “Azercell”də bu göstərici 90%- dən artıq təşkil edib

5 milyonluq abunəçi ailəsinin rahatlığını təmin edən “Azercell” ilk növbədə, müasir iş və yaşayış şəraitini nəzərə alaraq, abunəçilərinin müraciətlərini yeni platformalarda onlayn qaydada cavablandırır. Belə ki, 2019-cu ilin son rübündən etibarən “Azercell”in onlayn müştəri xidmətləri sahəsində cavab platformalarının sayı dəfələrlə artırılıb. “Kabinetim” tətbiqetməsinə çat bölməsi əlavə olunub ki, proqrama daxil olan müştərilər birbaşa bu çatda müraciətlərini çatdıra bilirlər; eyni zamanda Play Market və AppStore üzərindən abunəçilərin tətbiqlə bağlı rəy bildirmək və suallara cavab almaq imkanı da işə salınıb. Ötən ilin noyabrından etibarən online xidmət 24/7 iş rejiminə keçib; Facebook-da müştərilərin müraciətləri fərdi çatda birbaşa qəbul edilməyə başlayıb. Bununla yanaşı, 2020-ci ilin əvvəlində “Azercell” onlayn müştəri xidmətləri sahəsində yenilikləri təqdim edib, belə ki, abunəçilər arasında populyarlaşan yeni Telegram sosial şəbəkədə “Azercell Bot” yaradılıb və uğurla tətbiq olunur.

Rəqəmlərə gəldikdə, 2020-ci ilin ilk 6 ayında ötən ilin müvafiq periodu ilə müqayisədə “Azercell”ə daxil olan online müraciətlərin sayı təxminən 10 dəfə artıq olub. 2019-cu ilin ilk yarısında Online Çat vasitəsilə şirkətə 23 mindən yuxarı müraciət daxil olmuşdusa, bu il üçün bu göstərici 208 mindən çox olub. Keçən ilin dekabrında fəaliyyətə başlayan Facebook üzərindən fərdi çat sayəsində təkcə 6 ay ərzində 23.743 müraciətə baxılıb. Eyni zamanda, email vasitəsilə daxil olan və cavablandırılan müraciətlərin sayı da artıb: bu ilin 6 ayında email-la daxil olan 5538 məktubun hamısı cavablandırılıb. Bundan əlavə, Korporativ müştərilər üçün Telefon Mərkəzi ilk 6 ay ərzində - 49 min zəng və 16 min onlayn müraciət qəbul edib, Premium statuslu müştərilər üçün fəaliyyət göstərən xüsüsi Telefon Mərkəzi isə 55 min zəng qəbul edib. Beləliklə, 2020-ci ilin ilk yarısında “Azercell”in Əlaqə Mərkəzi kanalları vasitəsilə 2 milyondan artıq müraciət cavablandırılıb.

Xüsusi olaraq qeyd edilməlidir ki, son aylar ölkəmizdə pandemiya ilə əlaqədar elan edilmiş karantin rejimi səbəbindən “Azercell” şirkətinin Əlaqə mərkəzi gücləndirilmiş iş rejimində çalışır. İşçilər üçün dərhal evdən işləmə şəraiti yaradılıb. Karantin rejimini nəzərə alaraq, “Azercell Telekom” öz abunəçilərinə evi tərk etməməsi və insan sıxlığı olan yerlərə getməməsi üçün distant xidmət kanallarından istifadəni tövsiyə edib. Qeyd edək ki, Azərbaycanda mobil rabitə bazarının lideri, 5 milyon vətəndaşın seçimi olan “Azercell Telekom” MMC hər zaman müştərilərinin rahatlığını düşünür və daima müştəri xidmətləri sistemlərinin ən qabaqcıl və innovativ modellərinin təkmilləşdirilməsi və tətbiqi üçün çalışır.

Paylaş:
Digər xəbərlər

Təhsil

11-08-2020, 12:39

Buraxılış imtahanlarının nəticələri elan olunub

Video

5-08-2020, 10:56

Beynəlxalq Bank müştəriləri incidir - GİLEY

İqtisadiyyat

28-07-2020, 13:36

Adını dəyişən bankın zərəri 2 dəfə artdı: - Kapitalı azalır

Gündəm

28-07-2020, 12:19

Növbəti BAĞLANACAQ BANK: "Muğan Bank"... özünə gələ bilmir! - 1,8 milyonluq zərər

Təhsil

26-06-2020, 12:38

DİM magistraturaya qəbulun nəticələrini açıqladı

İqtisadiyyat

11-06-2020, 15:09

Bu məhsulların qiyməti ucuzlaşıb - Siyahı

Sosial

19-05-2020, 15:52

Azərbaycana səfər edənlərin sayı 36%-dan çox azalıb

Gündəm

13-04-2020, 14:57

Mexaniki sayğacların göstəricilərinin elektron qaydada təqdim edilməsi xidməti istifadəyə verilib

Dünya

10-03-2020, 12:52

Latviya rəhbər qadınların sayına görə Aİ-də birinci yerdədir

Son xəbərlər
  • Bugün, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • Dün, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • Dün, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • Dün, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • Dün, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • Dün, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • Dün, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • Dün, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • Dün, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • Dün, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • Dün, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • Dün, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • Dün, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • Dün, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • Dün, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • Dün, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • Dün, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • Dün, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • Dün, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • Dün, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • Dün, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • Dün, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • Dün, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • 27-06-2026, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • 27-06-2026, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • 27-06-2026, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • 26-06-2026, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
  • 26-06-2026, 23:53
    Lukaşenkodan Moskvaya gözlənilməz səfər
  • 26-06-2026, 23:51
    Gürcüstan parlamentində gərginlik yumruq davasına çevrildi
  • 26-06-2026, 23:48
    Rusiya miqrantlar üçün dövlət rüsumlarını kəskin artırır
  • 26-06-2026, 19:45
    AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu
  • 26-06-2026, 02:30
    Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
  • 26-06-2026, 01:01
    Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
  • 25-06-2026, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • 25-06-2026, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
Daha çox
Çox oxunanlar
26-06-2026, 01:01
Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
26-06-2026, 02:30
Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
25-06-2026, 20:03
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
27-06-2026, 02:18
“26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
Dün, 00:47
Polşa və Ukrayna arasında yeni gərginlik
Dün, 00:55
Vucic istefa verəcəyini açıqladı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə