
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın F-35 qırıcı təyyarələri ilə bağlı verdiyi vədi yerinə yetirməsini gözlədiklərini bildirib.
Ərdoğan bu barədə “Al Jazeera”yə müsahibəsində danışıb.
“Trampın F-35 qırıcı təyyarələri ilə bağlı verdiyi sözü yerinə yetirməsini gözləyirik”, – Türkiyə Prezidenti bildirib.
Ərdoğanın sözlərinə görə, Trampın Türkiyəyə son səfəri zamanı Livandakı müharibənin dayandırılması məsələsi də müzakirə olunub. O, münaqişənin sona çatdırılmasında ABŞ-nin rolunun mühüm olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Qətərin regiondakı vasitəçilik fəaliyyətinə də toxunaraq Dohanın müharibənin dayandırılması istiqamətində aparılan diplomatik səylərdə mühüm rol oynadığını qeyd edib.