USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Hüquqşünas, müharibə veteranı Salman Məmmədlinin müraciəti

Sosial

6-12-2020, 15:52

Hüquqşünas, müharibə veteranı Salman Məmmədlinin müraciəti


Azərbaycan
Memarlar İttifaqının
sədri cənab Elbay Qasımzadəyə


Açıq məktub
Hörmətli Elbay müəllim! Əziz həmvətənlər!

Bu günlərdə sosial şəbəkələrdə yayılan memar Elçin Əliyevin Ostaqon.media saytına verdiyi müsahibə ilə bağlı bir müharibə veteranı, hüquqşühas kimi vətəndaş mövqeyimi bildirmək istəyirəm.
Özünü peşəkar memar kimi qələmə verən Elçin Əliyevin necə mütəxəsis olması barədə konkret bir fikir söyləyə bilmərəm, amma bu günlərdə hamının ürəyi Qarabagla döyündüyü,ölkə başçısının verdiyi müsahibə və etdiyi hər bir çıxışa diqqətlə qulaq asdıgı bir vaxtda bir Azərbaycan vətəndaşı kimi onun bu müsahibəsi nəinki yamaq kimi görünür əldə olunan möhtəşəm qələbəmizin inkişafına ,dirçəlişinə ləkə salır:Bu cür münasibət heç kimə baş uçalığı getirməz,ən azından baş vermiş tarixi hadisələrə bu cür yanlış yanaşmaşəxsən məndə onun peşəkar memar olmasına şübhə yaradır və təəssüf hissi doğurur.
Belə bir vacib məsələyə münasibət bidirməzdən əvvəl Elçin Əliyev vətəndaşı olduğu dövlətin tarixini öyrənib bilməli idi. Əgər Elçin Əliyev tariximizi bilmirsə mən onun yadına salım: 1828-ci ildə Türkmənçay sülh müqaviləsindən sonra İrandan 40 mindən artıq, 1929-cu il Ədirnə müqaviləsinə əsasən Türkiyədən 90 minə yaxın erməni kütləvi surətdə Şımali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxcıvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürülüblər. Məgər onlar haqsızlıqla, silah gücünə , yerli əhalini qirmaqla məsgunlaşdırıldıqları ərazilərə, daşınması mümkün olmayan qədim tarixi abidələri də özləri ilə gətirmişdilər?! Bu ki, absurtdur! Bu yerlərdə onlardan da min illər əvvəl mövcud olmuş qədim Albaniyanın türk mənşəli məbədlərinin ermənilərə nə aidiyyatı var ay Elçin bəy. Bir memar kimi Alban məbədləri ilə erməni kilsələrinin memarlıqında olan fərqləri, eləcə də Alban xaçı ilə erməni xaçının elementlərini siz ayıra bilmirsizsə içtimaiyyətə necə agıl öyrədə bilərsiz.Bu fikriniz və münasibətinizlə siz ermənilərin Alban abidələrinə yiyələnərək bu yolla da həmin abidələrin yerləşdiyi torpaqlara sahib cıxmalarının qarşısını almaq üçün bir mütəxəssis kimi daha tutarlı faktlar ortaya qoymaq əvəzinə siz əfsuslar olsun ki, içtimaiyyəti çaşdıran ,mütəxəssislərimizin,memarların indi bir yumruq kimi daha sıx birləşmə vaxtıda düşmən dəyirmanına su tökürsüz!
Elçin Əliyevin yaddaşını təmizləmək çirkin ideyalardan yumaq üçün tarixin bəzi faktlarını da onun diqqətinə çatdırmaq istərdim.O,bilməlidir ki, 1918-1920-ci illərdə İrəvan quberniyasında ermənilərin törətdikləri vəhşiliklər nətiçəsində 200-dən artıq yaşayış məntəqəsi məhv edilib, 120 min azərbaycanlı qaçıb canını qurtarsada, minlərlə soydaşımız vəhşicəsinə öldürülüb. Həmçinin Zəngəzur mahalında ermənilərin törətdikləri vəhşiliklər nəticəsində azərbaycanlıların daimi yaşadıqları 500-dən artıq kəndlər məhv edilib, vətəndaşlarımız vəhşicəsiə qətlə qetirilib. Həmin Azərbaycan kəndlərində mövçud olmuş məscidlərin, məbədlərin bərpa olunması ilə baglı Elçin Əliyevin təklif etdiyi rus, gürcü, osetin, erməni arxitektorlarının bir yerə toplanması məsələsini qaldırması milli- mənəvi dəyərlərimizə ən azından hörmətsizlik kimi qəbul edirəm.Onun buna heç cəsarəti çatmaz.Bulanıq suda balıq tutmaq niyyətini bu sahədə mütəxəssis olanlar məndən də yaxşı bilərlər.Görəsən Elçin bəy bu məsələni bu günə kimi niyə qaldırmamışdı?!Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin çıxışından bir hissəni diqqətinizə çatdırmaq istərdim; -“1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Naxcıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir.”
1918-ci ilin novruz bayramı günlərində Bakıda 30 min günahsız, silahsız insanın ermənilər tərəfindən qətlə yetirilməsini; Xoçalı soyqırımını; 28 il əvvəl Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan soydaşlarımızın öz dədə-baba yurdlarından qarlı qış günü ayaqyalın qovulmasını, qətlə yetirilməsini; əsir götürülmüş qız-gəlinlərimizin namusuna təcəvüz edilməsini; Gəncə, Tərtər və Bərdə şəhərlərinin qadağan edilmiş mərmilərlə bombalanmasını, uşaqların qətl edilməsini nə tez unutduq? Şəhidlərimizin qırxı hələ çıxmayıb!
Bunları bu zalım, qəsbikar qonşumuz ermənilər törətmədimi?
Özünü tez gözə soxmaq istəyən “Obrazovannıy” memarın xisləti bax budur Nədir bu unutqanlıq?
Elçin bəy,əsrlər boyu başımıza gətirilən bu müsibətləri tezliklə unutmağımız yeni-yeni qırğınlara məruz qalmağımıza, torpaqlarımızı itirməyimizə səbəb olmadımı?
Başımıza ğətirilmiş bu müsibətlərdən nə vaxt düzgün nəticə çıxaraçağıq? İbrət alaçağıq?
Dostumuzu düşmənimizi nə vaxt tanıyacağıq?
Müqəddəs kitabımızda Rəbbimin insanlara tövsiyəsini unutmayaq gərək!
Allahın , peygemberin düşmənləri ilə dostluq etməyin.( 60-1,9,13;)
Mömünləri qoyub kafirləri dost tutmayın.(3-28; 4-144;)
Zalımlar biri-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur(45-19;)

Elçin Əliyev müsahibəsində ermənilərin işğal etdikləri Kəlbəçər rayonu ərazisində sex açıb, üzərində xaç işarələri çəkdikləri daşları sirkədə saxlayıb sonradan torpağa basdıraraq özlərinə saxta tarix yaratmaları barədə bir kəlmə də demir. Yəqin ki, bizə daim düşmən xisləti ilə yanaşan “həmkarları”nın xətirlərinə dəymək istəməyib!
Həmçinin müsahibəsində Elçin Əliyev Qarabağdakı abidələrin dağıdılmasının səbəbi kimi müharibəni göstərməklə mənfur ermənilərin törətdikləri müharibə cinayətlərini elə bil ki görməməzliyə vurur, pərdələmək istəyir. Suyu bulandırır, günahkarla zərərçəkmişi , zalımla məzlumu bir tutur.O, bilməlidir artıq ölkə başçımızın dediyi kimi biz yeni reallıga uygun düşünməli və hərəkət etməliyik.
Bunu hamı bilməlidir ki, ermənilər son illərdə törətdikləri müharibə cinayətlərinə ğörə;- o cümlədən-Müharibə qanunlarını və adətlərini pozmaya görə Cinayət Məcəlləsinin 115-ci maddəsi, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni; mühüm dağıntılara səbəb ola bilən müharibə üsüllarından istifadə etmə; ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma; hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə; mədəni sərvətləri işğal edilmiş ərazidən qanunsuz çıxartma, işğal olunmuş ərazidə hər hansı arxeoloji qazıntı aparma, mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişmə; işğal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirməyə ğörə CM-nin 116-cı maddəsinin müvafiq bəndləri ilə beynəlxalq konvensiyalara əsasən inşaAllah cinayət məsuliyyətinə çəlb olunacaq, Beynəlxalq Cinayət Məhkəməsində cavab verəcəklər.
Erməni arxitektorları Dağlıq Qarabağda dağıdılmış abidələrin təmiri və bərpası işinə cəlb edilməsi təklifini verərkən Elçin Əliyevin vicdanı heç sızlamadımı? Milli qeyrəti oyanmadımı? Müsahibəsində özü də bilməyərəkdən etiraf edir, sirr açır ki, 2013-çü ildə erməni memarları əməkdaşlığa dəvət edib,lakin rədd cavabı alıb. Bü gün ermənilərin törətdikləri bütün bü vəhşiliklərdən sonra onlara deyək ki, gəlin dağıtdığınz, viran qoyduğunuz, minaladığınız məbədləri, Allahın evlərini birlikdə bərpa edək? Sizin bu təklifə ermənilərin reaksiyasını heç düşünmədiniz? Adam özün bü qədər alçaldar? Qəhrəman ordumuzun, Alı Baş Komandan İlham Əliyevin başçılığı ilə qazandığı qələbəyə belə kölgə salmaq olar? Qalib dövlət bu cür davranar? Hanı sənin milli qürurun?
Eyni zamanda, məlumat üçün bildirim ki, 2005-ci ildə millət vəkili, professor Nizami Cəfərova Fransada müvafiq dairələrdə təklif olunmuşdur ki, Azərbaycanın tarixi məkanlarında arxeoloji qazıntılar aparılması məqsədilə beynəlxalq ekspedisiya yaradılıb, gəlib qazıntılar aparmaq istəyirlər, lakin bir şərtlə ki, həmin ekspedisiyanın tərkibində ermənilər də olmalıdır. Nizami Cəfərov buna qəti etiraz etdikdə təhdid və hədə-qorxu ilə üzləşmişdir. Həmin vaxt Polyokovun rəhbərliyi ilə yaradılmış, tərkibində ermənilərin də olduğu ekspedisiya Naxcıvana gəlmək, Nuh peygəmbərin gəmisinin izlərini axtarıb araşdırmaq, onlara sahib çıxmaq istəyirdilər. Və özləri ilə Nuh peyğəmbərin xristian simalı büstünü, xac və ikona gətirib Nəsirvaza, Gəmiqayaya qoymaq istəyirdilər.Bütün bunları da canlı yayımla dünya televiziya kanalları ilə yayımlamaq istəyirdilər ki,” baxın Nuh ermənilərin babasıdır, ermənilər Nuhdan törəyib, Nuhun olduğu yer də ermənilərin olmalıdır.” Dünyanı bü yanlış fikrə inandirmaqla Naxcıvanı ideoloji müstəvidə işğal etməyi planlaşdırmışdılar. Bu təxribat xarakterli tədbirin qarşısını alanlardan Allah razı olsun!
İndi bir düşünək, nə oldu, nə dəyişdi ki, düşmənimizi bu cür işlərdə iştirak etməyə biz özümüz dəvət edirik?!
Hörmətli Elbəy müəllim! Hörmətli həmvətənlərim!
Xahiş edirəm Elçin Əliyevin bu müsahibəsindəki qeyri məqbul,bizi natahat edən fikirlərə münasibətinizi bildirəsiniz.
İnanıram ki,rəhbərlik etdiyiniz Memarlar ittifaqında bu müsahibə müzakirə ediləcək adı və nüfuzu ilə daim Azərbaycanın memarlıgına töhfə verən mütəxəssislərin fikirləri dinləniləcək və müvafiq tədbrlər görüləcək.
PS. Elçin Əliyevə və hər birimizə məsləhət görərdim ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nazim Mustafanın hazırladığı “ İrəvan Quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” kitabını əldə edib, oxuyub, ermənilərin törətdikləri bütün vəhşilikləri tarixi sənədlərlə öyrənsinlər, öyrətsinlər gənc nəslə, nəticə çıxarsınlar, ibrət alsınlar.
Salman Məmmədli
Müharibə veteranı,
hüquqşünas

01 dekabr 2020-ci il

Paylaş:
Digər xəbərlər

Sosial

27-11-2020, 16:16

Şəhid ailələri və müharibə əlillərinə daha 28 mənzil verildi

Sosial

27-11-2020, 12:16

Evdar xanımdan - Əsgərə məktub

Sosial

24-11-2020, 09:48

Mətbuat Şurası Peqovla bağlı Rusiyaya müraciət etdi

Sosial

11-11-2020, 19:13

Azərbaycan Ağsaqqallar Şurası Prezident İlham Əliyevə təşəkkür edib

Sosial

20-10-2020, 13:30

Azərbaycan vətəndaşları polislə birgə terrora qarşı mübarizə aparmalıdır - Ramiz Alıyev

Gündəm / Sosial / Video

27-08-2020, 18:17

Şəhid, Milli Qəhrəman Çingiz Mustafayevin 60 yaşı tamam olur…

Gündəm / Sosial / Video

26-08-2020, 14:26

AVMVİB tərəfindən Şamaxı Rayon İcra Hakmiyyəti başçısının 1-ci müavini Hikmət Şikarov xatirə medalları ilə təltif olundu

Gündəm / Sosial / Video

26-08-2020, 11:44

Bəşəriyyət qadınla yüksələcək...

Sosial

22-07-2020, 15:51

"Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər?"

Sosial

5-05-2020, 15:50

Sahil Babayev Səlim Müslümova çox bənzəyir... - Çünki hər ikisindən razı qalan yoxdur

Sosial

9-04-2020, 14:11

"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİA

Son xəbərlər
  • Bugün, 01:02
    Tramp İrana Hörmüz Boğazını açmaq üçün 48 saat vaxt verdi
  • Bugün, 00:06
    Azərbaycan nümayəndə heyəti Gürcüstanda II İlyanın dəfn mərasimində iştirak edib
  • Dün, 22:58
    “Milli namus məsələsi” sənədli filmi Azərbaycan Prezidentini hədəf alan şantaj və qarayaxma kampaniyalarına həsr olunub
  • Dün, 22:56
    SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
  • Dün, 22:54
    Ərəb və islam ölkələri İranın hücumlarını pisləyən birgə bəyanat yaydı
  • 21-03-2026, 22:14
    Polis qanunsuz saxlanılan 14 odlu silah aşkarladı
  • 21-03-2026, 22:13
    İranda Xameneinin ölümü xəbərlərinə sevinən iki gəncin güllələndiyi iddia olunur
  • 21-03-2026, 20:21
    SEPAH sözçüsünün öldürülməsi iddiası yayılıb
  • 21-03-2026, 17:33
    Süleymaninin müavini də Tehrandakı hücumda öldürüldü
  • 21-03-2026, 17:32
    Gəncədə 24 yaşlı oğlan dəm qazından zəhərlənib
  • 21-03-2026, 16:51
    Sara Netanyahunun iranlılara müraciəti yenidən gündəmdə
  • 21-03-2026, 16:24
    “AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib
  • 21-03-2026, 15:10
    İsmayıl Qaaninin “edam edilməsi” iddiaları təkzib olunur
  • 20-03-2026, 23:59
    Tehranda hava zərbəsi: İranın yüksək vəzifəli kəşfiyyat rəsmisi öldürüldü
  • 20-03-2026, 15:20
    Bu gün dünya müsəlmanları Ramazan Bayramı (Eid al-Fitr) münasibətilə bayram edir
  • 19-03-2026, 18:08
    19 mart – Miqrasiya orqanları əməkdaşlarının peşə bayramı günüdür
  • 19-03-2026, 16:53
    İran qonşu ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib
  • 19-03-2026, 16:52
    ABŞ vətəndaşlarına çağırış: Səudiyyə Ərəbistanını tərk edin
  • 19-03-2026, 16:49
    Vilayət Eyvazov Cəlilabadda vətəndaşları qəbul edəcək
  • 19-03-2026, 10:39
    Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya olunub
  • 18-03-2026, 16:11
    İranın kəşfiyyat naziri ilə bağlı ziddiyyətli məlumatlar yayılıb
  • 18-03-2026, 16:03
    Televerilişlərin bağlanması: aparıcılar başqa adla efirə qayıda bilərmi?
  • 18-03-2026, 16:01
    18–30 mart üçün geomaqnit xəbərdarlıq: bəzi günlərdə aktivlik artacaq
  • 18-03-2026, 15:59
    Yaxın Şərqdə müharibə ekoloji təhlükə yaradır: Azərbaycan üçün risklər nələrdir?
  • 18-03-2026, 15:57
    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində struktur dəyişiklikləri edildi
  • 17-03-2026, 16:05
    Deputat incəsənət müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı dəyişiklik təklif etdi
  • 17-03-2026, 16:03
    Ayxan İsrafilov: “Barakda diktatura formalaşıb”
  • 17-03-2026, 16:01
    Tramp Çinə səfərini təxirə salmaq istəyir
  • 17-03-2026, 15:59
    “Roşka”nın məhkəməsi təxirə salındı
  • 17-03-2026, 15:58
    Nazir müavini: “Qrant haqqında” qanuna dəyişiklik edilməlidir
  • 17-03-2026, 15:56
    İsrail zərbəsi nəticəsində Bəsic komandiri məhv edildi
  • 17-03-2026, 15:55
    Bakıda qeydiyyatlı avtomobillərə 88-lə başlayan yeni nömrələr verilir
  • 17-03-2026, 15:51
    İsrail Laricaninin öldürüldüyünü açıqladı
  • 16-03-2026, 14:49
    NYT: Səudiyyə Ərəbistanı Trampa İrana zərbələri davam etdirməyi məsləhət görüb
  • 16-03-2026, 14:45
    Peskov: Qlobal neft qiymətlərinin artması Rusiyanın gəlirlərini artıracaq
Daha çox
Çox oxunanlar
19-03-2026, 10:39
Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya olunub
16-03-2026, 14:45
Peskov: Qlobal neft qiymətlərinin artması Rusiyanın gəlirlərini artıracaq
16-03-2026, 14:43
Samir Nuriyev Xocavənddə iclas keçirdi, Böyük Qayıdışla bağlı tapşırıqlar verdi
18-03-2026, 15:59
Yaxın Şərqdə müharibə ekoloji təhlükə yaradır: Azərbaycan üçün risklər nələrdir?
18-03-2026, 16:01
18–30 mart üçün geomaqnit xəbərdarlıq: bəzi günlərdə aktivlik artacaq
17-03-2026, 15:55
Bakıda qeydiyyatlı avtomobillərə 88-lə başlayan yeni nömrələr verilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
Azərbaycan nümayəndə heyəti Gürcüstanda II İlyanın dəfn mərasimində iştirak edib
“Milli namus məsələsi” sənədli filmi Azərbaycan Prezidentini hədəf alan şantaj və qarayaxma kampaniyalarına həsr olunub
Süleymaninin müavini də Tehrandakı hücumda öldürüldü
Gəncədə 24 yaşlı oğlan dəm qazından zəhərlənib
Sara Netanyahunun iranlılara müraciəti yenidən gündəmdə
“AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə