USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Kimlərsə hisslərimizlə oynayacaq, sosial şəbəkədə özünə “hayp” tutacaq, biz də əsəbdən partlayacağıq?!

Sosial

5-02-2021, 00:39

Kimlərsə hisslərimizlə oynayacaq, sosial şəbəkədə özünə “hayp” tutacaq, biz də əsəbdən partlayacağıq?!
Oxu.az: Kubra Məhərrəmova yazır...

Azərbaycan tarixinin ən şərəfli müharibəsinin üstündən üç ay vaxt keçir.

Yaramız hələ də qanayır. Bizə ən böyük qələbəni yaşadan şəhidlərimiz üçün ağlayır, itkin düşən hərbçilərimizin sağ-salamat geri dönməsi üçün dua edirik.

Bizim əlimizdən dua etmək gəldikcə, itkin düşmüş hərbçilər barədə isə müvafiq orqanlar iş aparır.

Amma kimlərsə yoxlanılmamış bir şaiyəni atır ortalığa və aləm dəyir bir-birinə. Bu isə cəmiyyətdə haqlı olaraq hiddət yaradır.

Və bu gün məlum olur ki, guya iki oğlunu itirən anaya heç kim yiyə durmur. Bunu yazıb tirajlayanlar da iddia edir ki, baxın bu dövlət, bu da Müdafiə Nazirliyi. İki oğlu birdən aparıblar cəbhəyə, ikisi də itkin düşüb, ikisinin də aqibəti ilə maraqlanan yoxdur.

İndi siz övladları müharibə nəticəsində itkin düşmüş valideynləri bir düşünün. Yəni onlara söz çatdırırlar ki, daha övladınızın ölüsünü-dirisini gözləməyin. Başınıza çarə qılın. Vəssalam.

Bu gün səhərdən sosial şəbəkələrdə içimizi ağrıdan xəbəri şəxsən mənim etibar etdiyim, inandığım insanlar paylaşdı. Biri tanınmış jurnalist Ləman Ələşrəfqızı, digəri hüquqşünas Fərhad Mehdiyev oldu.

Sosial şəbəkədə böyük kütləsi olan səhifələr də tirajladı. Məsələn, Azərbaycanın ilk müstəqil qəzeti və azad mətbuat ideyasına və prinsiplərinə sadiq olduğunu yazan “Azadlıq” qazetinin facebook səhifəsi yazdı ki, Rəna xalanın iki oğlu da ikinci Qarabağ müharibəsində itkin düşüb. Rəna xala Hövsan qəsəbəsində kirayədə yaşayır, ağır şəkər xəstəsidir. Uşaqlarını min bir əziyyətlə, dəmir yığaraq, ağır şəraitdə böyüdüb. Əsgər Kazimov Valid Arzu oğlu, əsgər Kazımov Azər Arzu oğlundan 4 aydır xəbər yoxdur. Sonuncu dəfə 27 sentyabrda danışıb.

İnsanlar xəbəri oxuyub Müdafiə Nazirliyinə də, bu işləri aparanlara da haqlı olaraq qarğış-nalə tökməyə başladı.

Tanınmış jurnalist Ləman Ələşrəfqızı isə bu gün Rəna ananı efirə dəvət edir və danışdırır. Ana da ağlayıb-sızlayır ki, bəs iki oğlumu da cəbhəyə göndəriblər, itkin düşüblər, heç kim də bu yetimləri axtarmır.

Hələ Ləman xanım bir dənə də hiddətli “post” yazır “Facedook”da: “İki oğlu itkin düşən ana - Rəna Kazımova bu gün LAF TV-nin qonağı oldu. 1-ci qrup əlildir ana, şəkər xəstəsidir, qəza keçirib, nitqində qüsur var. Buna rəğmən, iki oğlunun ikisini də cəbhəyə aparıblar. Niyə, ay qansızlar? Hansı məmur balasının, hansı pullunun yerinə bu uşaqları qabağa itələdiniz? Heç olmasa birini apara bilməzdinizmi? Yaxşı, bəs indi niyə çağırışçınızın aqibəti ilə maraqlanmırsız? Bu ananın gözünün yaşından utanırsızmı heç? Sizdə utanan üz hanı? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi, harda ölüb qalmısan? Bir hərəkətə keç. Axtarsaq, səfərbərlik vaxtı yüz cür rüşvət əməlləriniz ortaya çıxacaq”.

Biz də baxırıq efirə, əsəbdən, hiddətdən bilmirik nə edək. Söyüb-söylənirik.

Fərhad müəllim də buna oxşar post yazır: “Necə səsimizi eşitdirək Müdafiə Nazirliyinə, ölkə başçısına? Axı bu dərdi heç yad adamın ürəyi də götürə bilmir. Bu qadının övladları niyə axtarılmır, niyə tapılmır? Lap torpaq altında olsalar da, dağlarda qarlar altında gizlənmiş olsalar da...”

İnsanlar da bir-birinə baxıb bu məlumatı tirajlamağa başladı.

Axşam tərəfi də məlum olur ki, "Qafqazinfo" məsələni araşdırıb. Aydın olub ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. O, əslən Lənkəranın Osaküçə kəndindəndir. Bir il yarımdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayır. Suraxanı Rayon Səfərbərlik Xidməti də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb.

Lənkəran rayonu Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cavadova da “Qafqazinfo”ya bildirib ki, Rəna Kazımovanın ruhi problemləri var. Onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur: “Mən elə indi onun qardaşı ilə danışdım. Məlum oldu ki, həmin qadının dediyi Valid onun özünün yox, qardaşının oğludur. Özü də illər əvvəl Rusiyaya gedib və orada yaşayır. Onun ümumiyyətlə, övladının olması ilə bağlı məlumat yoxdur”.

Bunu oxuyandan sonra da adam özünü rəsmən axmaq hiss edir. Deməli, kimlərsə bizim hisslərimizlə oynayacaq, sosial şəbəkədə özünə reytinq, ya da “hayp” tutacaq, biz də əsəbdən partlayacağıq?!

Ləman xanımın jurnalist həmkarları da deyir ki, artıq neçənci dəfədir ki, hər yerdə özünə köhnə ANS-çi deyən Ləman xanım məsələni araşdırmadan, özünə sərf edən tərzdə yanlış xəbərlər yayır. Həmkarları da bildirir ki, artıq onun dediyinə inanmırlar.

Bu dəqiqədən sonra özümə söz verdim ki, sosial şəbəkədə yayılan heç bir qazi və şəhid xəbərinə inanmayacağam. Sizə də onu məsləhət görərdim. Kiminsə əlində alət, oyuncaq olmayın. Küyə düşüb, kimlərinsə məqsədə çatmasına yardım etməyin. Bir də bu şüvənliyə son qoymaq lazımdır. Elə bil meydan tamaşasıdır, kim harada, nə istəyir, deyir.

Bu gün onsuz da bizim hamımız üçün ən həssas məqam olan şəhid və qazi mövzusunda kifayət qədər spekuliyasiya edənlər var. Onlara adlı-sanlı adamlar da qoşulanda vəziyyət lap biabırçı olur.

Mən isə bu gün həqiqətən itkin düşmüş övladlarının yolunu gözləyən valideynlərin yanında utandım. Çünki hamımız onların ən böyük ümidinin zəhərə çevrilməsinə çalışdıq. Bunu bacardıq!

Kül başımıza. Ağı qaradan ayırd etmədiyimiz üçün...

Paylaş:
Digər xəbərlər

Siyasət / İqtisadiyyat / Sosial

4-02-2021, 17:55

“Aeroflot” aviaşirkəti Moskva-Bakı reyslərini yerinə yetirməyə başlayır

Siyasət / İqtisadiyyat / Sosial

3-02-2021, 23:03

Deputatlar nə qədər maaş alır? – RƏSMİ

Siyasət / Sosial / Səhiyyə

3-02-2021, 18:38

Çiplənək ya yox?

Sosial

19-01-2021, 21:09

KOMİTƏ SƏDRİ SİYƏZƏN VƏ ŞABRANDA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB

Sosial

10-01-2021, 00:11

Niyə 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?

Sosial

8-01-2021, 15:00

Məcburi köçkünlər üçün tikilən evlərin aqibəti ilə bağlı VACİB AÇIQLAMA

Sosial

30-07-2020, 13:35

"Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY

Sosial

22-07-2020, 15:51

"Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər?"

Sosial

7-07-2020, 16:11

OPERATİV QƏRARGAHIN YARATDIĞI İCAZƏ XAOSU... - “Niyə Əhmədə olar, Məmmədə yox?”

Sosial

5-05-2020, 15:50

Sahil Babayev Səlim Müslümova çox bənzəyir... - Çünki hər ikisindən razı qalan yoxdur

Sosial

28-04-2020, 15:35

"Bizi kölə gününə qoyub..." - GİLEY

Sosial

16-03-2020, 11:40

İsmət Qayıbovun ailəsinin biznesini çökdürən Allahquluzadə kimdir? – Müraciət/Foto

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə