USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Çiplənək ya yox?

Siyasət / Sosial / Səhiyyə

3-02-2021, 18:38

Çiplənək ya yox?

Oxu.az: Kubra Məhərrəmova yazır...

Koronavirus “ayaq tutub yeriməyə başlayandan” dünyada yayılan ən məşhur şayiə o oldu ki, bəs bu virus yalandı, insanları çipləmək üçün ortaya atılan məsələdir. Yəni peyvənd adı altında dünya əhalisini çipləyəcəklər və bu, insanları nəzarətdə saxlamaq üçün düzüb qoşulan qlobal layihədir. Özü də bu sözü evdə arvadından icazəsiz televizorun kanalını dəyişə bilməyənlər danışır ən çox.
Toy kaseti ilə qız seçib evlənənlər də deyir ki, peyvənd ümumiyyətlə axmaq şeydir. Dədə-babalarımız peyvəndsiz 90 il yaşayıb. 90 yaşına qədər də “maxorka” çəkib.
O da düzdür. Dədə-baba da vərəmdən qırılırdı vaxtı ilə. Ya da başqa yoluxucu xəstəliklərdən... Xalq arasında ən pis xəstəlik “çaxotka” adı ilə tanınırdı. Amma bu fakt heç kimin yadına düşmür.
Etiraf etməliyik ki, tibb hər gün deyil, hər saat inkişaf edir. Uzun illər aparılan peyvəndlənmə nəticəsində dünyada bir sıra yoluxucu xəstəliklərin qarşısı alınıb, bəziləri isə tarixə qovuşub.
Azərbaycanda da bir sıra yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparılır. Rəsmi məlumata görə, peyvəndlərin aparılması nəticəsində Azərbaycanda poliomielit xəstəliyi ləğv edilmiş, difteriya, tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, demək olar ki, yox dərəcəsinə enmişdir.
Vallah sevinirik. Çünki onsuz da bərbad vəziyyətdə olan tibb sahəmizin canını bu peyvəndlər qutarır. Təsəvvür edin ki, bizim tibb sistemi ilə bu xəstəliklər də baş qaldırsa, nələr baş verər. Allah iraq eləsin!
Sevindirici məqam odur ki, koronavirusa qarşı hazırlanan peyvənd artıq dəfələrlə sınaqdan keçirilib və yaxşı nəticələr göstərib.
Dünyada koronavirusa qarşı peyvəndlənmə prosesi tam gücüylə davam edir. Həqiqətən də adam bilmədiyi, tanımadığı bir hadisə ilə qarşı-qarşıya gələndə qorxur. Bu da normal haldır. Hamımız yaşamaq istəyirik.
Amma məlum olan da odur ki, bu gün koronavirusdan qurtulmaq üçün ən doğru yol peyvəndləmə prosesidir. Amma və lakin koronavuris peyvəndinin vurulması o demək deyil ki, daha bu şəxslər xəstəliyə tutulmayacaq. Yenə də maska, sosial məsafə, şəxsi gigiyena gündəmdə qalır. O da məlumdur ki, peyvəndli olanlar bu virusa yaxalansalar, xəstəliyi daha yüngül keçirəcəklər. Peyvəndin də əsas işləmə mexanizmi elə budur.
Azərbaycanda koronavirusa qarşı vaksinasiya 2021-ci il yanvarın 18-dən başlayıb. Və ilk peyvənd Səhiyyə naziri Oqtay Şirəliyevə vurulub. Şükür nazir sağ-salamatdır.
Qeyd etməliyəm ki, birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya edilir.
İkinci mərhələdə isə 50 yaşdan yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək.
Ümid edirəm ki, tezliklə xalq olaraq xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail ola biləcəyik.
Maraqlısı isə odur ki, bir il əvvəl koronavirusa inanmayanlar indi də peyvəndə inanmırlar.
Amma sevindirici məqam odur ki, elə həmin adamlar indi bərk-bərk maska taxır, əllərini hər beş dəqiqədən bir spirtləyirlər. Deməli peyvəndə də inanacaqları uzaqda deyil.
Sonda, sosial şəbəkələrdə “Niquşun” səsinə qulaq asmaqdansa, arada bir yoluxucu xəstəliklər barədə məlumat toplayın. Vallah meqabaytınıza heyfiniz gəlsin. “Niquş” hələ çox “quşlayacaq”, siz maariflənin. Şükür hamınızda da telefon, internet var.

Paylaş:
Digər xəbərlər

Sosial / Müsahibə / Səhiyyə

3-02-2021, 13:15

Pediatr-infeksionist: “İnsanlar peyvəndin xilas yolu olduğunu başa düşməlidirlər” - MÜSAHİBƏ

Sosial / Səhiyyə

1-02-2021, 21:37

Həkim-infeksionist: Vaksinasiya sayəsində COVID-19 statistikası azalmağa başlayıb

Siyasət / Hadisə / Səhiyyə / Dünya

29-01-2021, 01:57

BMT baş katibi peyvənd olundu

Siyasət / Dünya

27-01-2021, 20:20

Dünya Azərbaycanı öyrənir: indi isə bunu etməliyik...

Sosial / Səhiyyə / Dünya

26-01-2021, 01:20

Həkim immunoloq: Çin vaksinlərinin keyfiyyəti ilə bağlı şübhələr əsassızdır

Sosial / Səhiyyə

15-01-2021, 23:45

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

Sosial / Müsahibə / Səhiyyə

15-01-2021, 21:19

Baş infeksionist COVID-19 əleyhinə peyvəndin əks göstərişlərindən və risklərindən danışdı - MÜSAHİBƏ

Sosial

7-01-2021, 17:12

İLHAM ƏLİYEV: KÖÇKÜNLƏR CAVAB VERSİNLƏR - ÖZ DƏDƏ-BABA TORPAQLARINA GETMƏK FİKİRLƏRİ VAR, YOXSA YOX?

Siyasət

29-06-2020, 13:35

Lukaşenko koronavirusla bağlı qorxularından danışdı - VİDEO

Səhiyyə

25-05-2020, 15:36

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Siyasət

8-05-2020, 10:18

Tramp pandemiyanın səbəblərindən danışdı

Səhiyyə

9-04-2020, 12:11

Həkim AÇIQLADI: Koronavirus bu tarixdə yox olacaq, əgər insanlar...

Son xəbərlər
  • Dün, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
Daha çox
Çox oxunanlar
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
16-09-2026, 16:10
Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
16-09-2026, 13:20
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
17-09-2026, 17:06
Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
15-09-2026, 19:40
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
17-09-2026, 16:06
Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə