USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Sabiq məmurlar hazırda nə edir?

Sosial

3-06-2021, 14:50

Sabiq məmurlar hazırda nə edir?Azərbaycanda uzun müddət vəzifədə olan, hər zaman haqqında çıxan xəbərlərlə, verdiyi açıqlamalarla gündəm yaradan məmurlar uzun müddətdir səssizliyi pozmurlar. Cəmiyyətdə korrupsioner və oliqarx kimi fenomenə çevrilən bu şəxslər hər nə qədər sabiq statusu qazansalar da, insanlara onların hazırkı həyatı da maraqlı gəlir.

Foto.info.az Musavat.com-a istinadən xəbər verir ki, vəzifədən çıxarıldıqdan sonra da adı medianın gündəmindən düşməyən sabiqlərdən biri keçmiş nəqliyyat naziri Ziya Məmmədovdur. O, işdən çıxarılandan sonra müxtəlif obrazlarla, maraqlı açıqlamalarla gündəmə gəldi. Sabiq nazir gah şeir yazdı, gah namaz qılıb ibadət etməsi ilə bağlı açıqlama verdi. Onun bu açıqlamaları hər dəfə böyük səs-küyə, müzakirəyə səbəb oldu.

Qeyd edək ki, ölkənin ən varlı oliqarxlarından biri olmuş Ziya Məmmədov 2017-ci ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib. Son olaraq isə Ucar rayonunda kənd təsərrüfatı ilə məşğul olduğunu, bir fermer həyatı yaşadığını bildirmişdi:

“Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab Prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm”.

Bundan başqa, Ziya Məmmədovun oğlu Anar Məmmədovla birlikdə gah Koronavirusla Mübarizə Fonduna, gah Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi ilə bağlı da xəbərlər mətbuatda gedir.

Ziya Məmmədovun məşhur qudası, keçmiş kənd təsərrüfatı naziri, hazırda Dəniz Akademiyasının rektoru olan Heydər Əsədov da zamanında gündəmi az məşğul etmədi. Onun mülkləri ilə bağlı materiallar zaman-zaman mətbuatda yayılır. Məlumata görə, Heydər Əsədovun Rəsulzadə qəsəbəsindəki villalarından biri 5 mərtəbəlidir. İddiaya görə, tikintisi 6 milyon manata başa gələn bu villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Sabiq nazirin “Milyonerlər məhəlləsi”ndəki 3 mərtəbəli digər villasının isə 2 milyona başa gəldiyi qeyd edilir. Bundan başqa, Heydər Əsədovun Londonda xeyli mülkü və bahalı avtomobilləri olan Asif Əsədzadə adlı oğlu bir müddət əvvəl xarici mətbuatda London küçələrində Azərbaycana məxsus 90 HO 505 dövlət nömrə nişanlı “Porşe” markalı avtomobillə şütüməsi ilə gündəmə gəlmişdi. Heydər Əsədovun hazırda harada olması və “nə işlə məşğul olması” ilə bağlı ətraflı məlumatı isə blogger Mehman Hüseynov üzə çıxartmışdı. Onun araşdırmasına görə, 3 ildir Dəniz Akademiyasını təmir etdirən və tender maxinasiyaları ilə milyonlarla manatı mənimsəyən Heydər Əsədov milyonlarla dolları övladlarının əlləri ilə ölkədən çıxarır. Onun üç övladı var: Vaqif, Asif və Fəridə. Hər üç övladı bizneslə məşğuldu. Hər üç övladı dəbdəbəli həyat yaşayır. Hər üç övladının xarici vətəndaşlığı var. Heydər Əsədov da Bakıda dəbdəbəli həyat yaşayır.

İllər öncə vəzifədən çıxarılan, lakin törətdiyi əməllərlə təkrar-təkrar gündəmə gələnlərdən biri də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovdur. O son olaraq baldızı oğulları ilə öz oğlu Elnar Əsgərov arasındakı qalmaqalla gündəmə gəlmişdi.Məlumata görə, A.Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşları bir neçə ildir həbsdədir.

Ortaya çıxan fakt isə odur ki, Hüseynov qardaşlarından Rahib məhkəməsi davam edən ərəfədə ona vəkillik edən qadınla evlənib. Rəsmi nikah bağladıqdan sonra əmlaklarını onun adına keçirib. Sonra isə həmin qadın tərəfindən dələduzluğa məruz qalıb.

Qeyd edək ki, Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri olanda onun oğlu Elnar Əsgərov xarici ölkələrdən mal gətirərək atasının rəhbərlik etdiyi bu quruma satırmış. Xaricdən alınan mal QSC-yə dəyərindən 5-6 dəfə baha satılaraq dövlət büdcəsindən milyonlarla manat silinib. Elnar Əsgərov bu biznesini böyütmək üçün ayrı-ayrı şəxslərdən pul alaraq onları da bu işə şərik edib. Uzun illər bu sistemlə milyonlar qazanıblar. Amma sonradan işlər elə gətirib ki, alınan pullar geri qaytarılmayıb və pul sahibləri şikayətlər edib.

Bu zaman Elnar Əsgərov pulları özünün yox, xalasının oğulları Emin və Rahib tərəfindən ələ keçirildiyini deyib. Qardaşlar ortaya konkret faktlar qoysalar da, Hüseynov qardaşları dələduzluq və mənimsəmə ittihamları ilə həbs ediliblər. Elnar Əsgərov isə məhkəmədə yalnız şahid kimi ifadə verərək xalasının oğlanlarını günahkar göstərib. Qardaşlara ikinci zərbəni isə vəkil qadın vurub.

Göründüyü kimi, korrupsioner məmurlar və onların övladları istər vəzifə müddətində, istərsə də vəzifəsini itirdikdən sonra heç vaxt müsbət bir informasiya ilə, normal bir əməllə gündəmə gəlmir, həmişə adları müxtəlif qalmaqallarda, qara işlərdə çəkilir.

Barəsində tez-tez müxtəlif xəbərlər yayılan sabiqlərdən biri də uzun illər vergilər naziri vəzifəsində işləmiş Fazil Məmmədovdur. Onun səsi gah bahalı xəstəxanalardan gəlir, gah da adı hansısa imarətdə kef içində yaşaması barədə xəbərlərdə hallanır. Son bilgilərə görə, F.Məmmədov səksəkə içində yaşayır. Belə ki, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin barəsində araşdırma aparılması sabiq nazir üçün böyük başağrısına çevrilib. Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarından qaçan “ATABank”ın rəhbəri Qafar Qurbanovun qaranlıq əməllərindən gedir. Fazil Məmmədovun büdcədən mənimsədiyi milyonların xaricə çıxarılmasında Qafar Qurbanovun xüsusi rolu olduğu bilinməkdədir. Səlim Müslümovun həbsindən sonra Fazil Məmmədovun da qandallanacağı deyilir. Sabiq nazirin əlbirlərindən olan Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun həbsindən sonra bu təhlükənin daha da artdığı deyilir. Düzdür, indiyədək mediada F.Məmmədovla Alimpaşanın münasibətlərinin pisləşdiyi haqda yazılar dərc olunub. Amma deyilənlərə görə, bu, bir teatrdır. F.Məmmədov “vurulduqdan” sonra guya Alimpaşa Məmmədovla arasının dəydi xəbərləri bilərkdən yayılıb. İddialara görə, bu hiyləgərlik hər iki şəxsin özlərini və əmlaklarını qorumağa xidmət edirmiş.

Fazil Məmmədovun uzun illər qurduğu və sahibkarların qəniminə çevrilən korrupsiya şəbəkəsinin əsas idarəedicisi, hətta nazir işdən çıxarılandan sonra da onun mülklərini, biznesini idarə edən “sağ əli” Alimpaşa Məmmədovun həbsi F.Məmmədovun da Şəmkirdən birbaşa həbsxanaya gedən yolunu aça bilər. Çünki həbs olunan icra başçısı nazirin bütün sirlərinə vaqifdir və istintaqda müəyyən xal qazana bilmək üçün Fazil Məmmədovu sata da bilər.

Paylaş:
Digər xəbərlər

Sosial

27-05-2021, 13:51

“Azərsu” ASC-dəki yeyintilərin əsas müəllifi olan Etibar Məmmədov – Maxinasiyaların ilginc sxemi

Sosial

27-05-2021, 10:28

“Elmar Vəliyev anlaqsızdırsa, vəkilə etibarnaməni necə verib?” - DETALLAR AÇILDI

Sosial

18-05-2021, 15:37

Sabiq deputat ağır xəstəliyə tutulub

Gündəm / Siyasət / Sosial / Bölgə

9-03-2021, 20:15

Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər Naziri, general-leytenant Əhməd Əhmədovun həbs olundu.

Gündəm / Siyasət / Sosial

3-02-2021, 11:24

Səlim Müslümov həbs edildi

Siyasət / Sosial / Təhsil

1-02-2021, 18:02

İşdən çıxarılan nazir müavini danışdı

Sosial

27-11-2020, 13:21

Sabiq deputat ermənilərə un göndərirmiş? - Şok detallar

Sosial

26-11-2020, 12:37

Həbs edilən başçının kadrları eyni gündə öldü

Sosial

25-11-2020, 13:19

Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu

Gündəm / Siyasət / Sosial / Video

24-08-2020, 14:16

İqtidar partiyasında olub hakimiyyətin siyasətinə,qanunlara tabe olmaq istemeyen şöhretperestler

Sosial

9-04-2020, 14:11

"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİA

Sosial

12-03-2020, 17:14

Maska alveri edənlərdən biri Riad Məmmədov imiş... - VİDEO

Son xəbərlər
  • Bugün, 01:02
    Tramp İrana Hörmüz Boğazını açmaq üçün 48 saat vaxt verdi
  • Bugün, 00:06
    Azərbaycan nümayəndə heyəti Gürcüstanda II İlyanın dəfn mərasimində iştirak edib
  • Dün, 22:58
    “Milli namus məsələsi” sənədli filmi Azərbaycan Prezidentini hədəf alan şantaj və qarayaxma kampaniyalarına həsr olunub
  • Dün, 22:56
    SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
  • Dün, 22:54
    Ərəb və islam ölkələri İranın hücumlarını pisləyən birgə bəyanat yaydı
  • 21-03-2026, 22:14
    Polis qanunsuz saxlanılan 14 odlu silah aşkarladı
  • 21-03-2026, 22:13
    İranda Xameneinin ölümü xəbərlərinə sevinən iki gəncin güllələndiyi iddia olunur
  • 21-03-2026, 20:21
    SEPAH sözçüsünün öldürülməsi iddiası yayılıb
  • 21-03-2026, 17:33
    Süleymaninin müavini də Tehrandakı hücumda öldürüldü
  • 21-03-2026, 17:32
    Gəncədə 24 yaşlı oğlan dəm qazından zəhərlənib
  • 21-03-2026, 16:51
    Sara Netanyahunun iranlılara müraciəti yenidən gündəmdə
  • 21-03-2026, 16:24
    “AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib
  • 21-03-2026, 15:10
    İsmayıl Qaaninin “edam edilməsi” iddiaları təkzib olunur
  • 20-03-2026, 23:59
    Tehranda hava zərbəsi: İranın yüksək vəzifəli kəşfiyyat rəsmisi öldürüldü
  • 20-03-2026, 15:20
    Bu gün dünya müsəlmanları Ramazan Bayramı (Eid al-Fitr) münasibətilə bayram edir
  • 19-03-2026, 18:08
    19 mart – Miqrasiya orqanları əməkdaşlarının peşə bayramı günüdür
  • 19-03-2026, 16:53
    İran qonşu ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib
  • 19-03-2026, 16:52
    ABŞ vətəndaşlarına çağırış: Səudiyyə Ərəbistanını tərk edin
  • 19-03-2026, 16:49
    Vilayət Eyvazov Cəlilabadda vətəndaşları qəbul edəcək
  • 19-03-2026, 10:39
    Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya olunub
  • 18-03-2026, 16:11
    İranın kəşfiyyat naziri ilə bağlı ziddiyyətli məlumatlar yayılıb
  • 18-03-2026, 16:03
    Televerilişlərin bağlanması: aparıcılar başqa adla efirə qayıda bilərmi?
  • 18-03-2026, 16:01
    18–30 mart üçün geomaqnit xəbərdarlıq: bəzi günlərdə aktivlik artacaq
  • 18-03-2026, 15:59
    Yaxın Şərqdə müharibə ekoloji təhlükə yaradır: Azərbaycan üçün risklər nələrdir?
  • 18-03-2026, 15:57
    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində struktur dəyişiklikləri edildi
  • 17-03-2026, 16:05
    Deputat incəsənət müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı dəyişiklik təklif etdi
  • 17-03-2026, 16:03
    Ayxan İsrafilov: “Barakda diktatura formalaşıb”
  • 17-03-2026, 16:01
    Tramp Çinə səfərini təxirə salmaq istəyir
  • 17-03-2026, 15:59
    “Roşka”nın məhkəməsi təxirə salındı
  • 17-03-2026, 15:58
    Nazir müavini: “Qrant haqqında” qanuna dəyişiklik edilməlidir
  • 17-03-2026, 15:56
    İsrail zərbəsi nəticəsində Bəsic komandiri məhv edildi
  • 17-03-2026, 15:55
    Bakıda qeydiyyatlı avtomobillərə 88-lə başlayan yeni nömrələr verilir
  • 17-03-2026, 15:51
    İsrail Laricaninin öldürüldüyünü açıqladı
  • 16-03-2026, 14:49
    NYT: Səudiyyə Ərəbistanı Trampa İrana zərbələri davam etdirməyi məsləhət görüb
  • 16-03-2026, 14:45
    Peskov: Qlobal neft qiymətlərinin artması Rusiyanın gəlirlərini artıracaq
Daha çox
Çox oxunanlar
19-03-2026, 10:39
Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya olunub
16-03-2026, 14:45
Peskov: Qlobal neft qiymətlərinin artması Rusiyanın gəlirlərini artıracaq
16-03-2026, 14:43
Samir Nuriyev Xocavənddə iclas keçirdi, Böyük Qayıdışla bağlı tapşırıqlar verdi
18-03-2026, 15:59
Yaxın Şərqdə müharibə ekoloji təhlükə yaradır: Azərbaycan üçün risklər nələrdir?
18-03-2026, 16:01
18–30 mart üçün geomaqnit xəbərdarlıq: bəzi günlərdə aktivlik artacaq
17-03-2026, 15:55
Bakıda qeydiyyatlı avtomobillərə 88-lə başlayan yeni nömrələr verilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
Azərbaycan nümayəndə heyəti Gürcüstanda II İlyanın dəfn mərasimində iştirak edib
“Milli namus məsələsi” sənədli filmi Azərbaycan Prezidentini hədəf alan şantaj və qarayaxma kampaniyalarına həsr olunub
Süleymaninin müavini də Tehrandakı hücumda öldürüldü
Gəncədə 24 yaşlı oğlan dəm qazından zəhərlənib
Sara Netanyahunun iranlılara müraciəti yenidən gündəmdə
“AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə