USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

POLŞADA AZƏRBAYCANLI ƏMƏK MİQRANTLARININ GÜZƏRANI - “Bu, insan yaşayışı deyil...”c

Video

28-05-2020, 13:16

POLŞADA AZƏRBAYCANLI ƏMƏK MİQRANTLARININ GÜZƏRANI - “Bu, insan yaşayışı deyil...”cUzun iş saatları, xoşagəlməz iş yerləri, aşağı əmək haqqı və instusional müdafiə tədbirlərinin faktiki olaraq yoxluğu-bunlar Avropa xəyalları ilə Polşaya üz tutmuş azərbaycanlı əmək miqrantlarının güzəranıdır.

Virtualaz.org xəbər verir ki, Polşadakı azərbaycanlı miqrantların güzəranı haqda oc-media.org portalının reportajında bəhs edilir.

“12 saatlıq iş günündən sonra mən evə qayıdıram, tələsik nəsə yeyirəm və yatmağa gedirəm. Bu, insan yaşayışı deyil. Mənim güzəranım hər gün eyni keçir”,-Polşadakı azərbaycanlı miqrantlardan Kamran (ad dəyişdirilib) deyir.

O, Azərbaycandan Polşaya 2018-ci ildə gedib, hazırda Polşanın cənub-şərqindəki Skoçuv şəhərində, Çexiya ilə sərhədin yaxınlığında avtomobil sənayesi üçün hissələr istehsal edən zavodda qablaşdırıcı işləyir. Həftədə 6 gün, gündə 12 saat olmaqla...

Bu zavodda azərbaycanlılar, ermənilər və ukraynalılar yan-yana işləyir. Onlar yerli işəgötürənlərin nəzərində ucuz və etibarlı işçi qüvvəsidir. Kamran keçmiş jurnalistdir, Skoçuvda qısamüddətli yaşayış icazəsi verən viza ilə yaşayır. Deyir ki, Azərbaycanda aldığı 600 manat maaşla arvadını və iki uşağını saxlaya bilmirdi.

“Mənim Azərbaycanda ümidim kəsilmişdi. İndi isə mən heç olmasa Bakıya, ailəmə pul göndərə bilirəm, ümid edirəm ki, tezliklə onları da bura gətirə biləcəyəm”,-o deyir.

Məqalədə deyilir ki, azərbaycanlı miqrantlar Avropada əsasən Almaniyaya üz tutur, lakin Polşa iqtisadiyyatının sürətli artımı Azərbaycandan bu ölkəyə getdikcə daha çox miqrantı cəlb edir. Polşa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə bu ölkədə yaşayan azərbaycanlı miqrantların sayə dəfələrlə artıb.

Azərbaycan vətəndaşları Avropada işləmək üçün viza almalıdır. Kamran izah edir ki, onun həmvətənləri üçün vizanı vasitəçilər düzəldir. Bu vasitəçilər bir işçini göndərmək üçün təxminən 2 min avro haqq alırlar.

Amma bir çox əmək miqrantları şikayətlənirlər ki, Polşaya gələndə onlara vəd olunan işləri vermirlər. Kamran deyir ki, bir çoxları pis iş şəraitinə malik zavodlarda işləməyə məcbur olurlar. Bir çox zavodlar və fabriklər insan sağlamlığı üçün olduqca zərərlidir, məsələn, gön-dəri fabriki. Orada işləyən bir çox gürcülər kimyəvi maddələrin təsirinə dözməyib fabriki tərk ediblər.

İşçilər normal iş günündən artıq işləməyə məcburdur. İşədüzəltmə agentlikləri işəgötürənlərlə əlbir olur və Polşa qanunvericiliyindən “yan ötürlər”, öz xidmətlərinə görə 8 saatlıq iş günündən artıq işləyən işçilərə görə haqq alırlar. Kamranın müqaviləsinə əsasən o, 8 saatlıq iş günü üçün ayda 660 dollar almalıdır. Lakin deyir ki, gündə 12 saat işləyir və vaxtından əlavə işlədiyi üçün ona əlavə pul ödəyirlər. Bu, təxminən 100 dollar əlavə qazanc deməkdir. Qazandığının 550 dollarını hər ay Bakıya, ailəsinə göndərir.

Avropa Miqrasiya Şəbəkəsindən Aqata Zurav deyir ki, Polşada miqrantlar həmkarlar təşkilatlarına və miqrantların hüquqlarını qoruyan təşkilatlara üzv olmağa maraq göstərmirlər. Onlar ehtiyat edirlər ki, qanuni hüquqlarını tələb etməyə başlasalar hüquqi problemlərlə üzləşərlər, çünki iş icazələri konkret işəgötürənə bağlıdır.

“Polşada miqrantlar öz qanuni hüquqlarının qeydinə qalmırlar. Onlar ancaq pul haqda düşünürlər”,-Polşada azərbaycanlı miqrantlar üçün iş kontraktları təşkil edən Elşən ( ad dəyişdirilib) deyir. Bildirir ki, ötən il Azərbaycandan 100-dən çox miqrant iş axtarmaq məqsədi ilə ona müraciət edib. Müraciət edənlər tikinti şirkətlərində və fabriklərdə işlə təmin olunublar.

“Ukraynalılar, özbəklər, qazaxlar, azərbaycanlılar, hindistanlılar quşçuluqfabriklərində və heyvan kəsimi məntəqələrində iş tapırlar, çünki belə yerlərdə şərtlər yerli sakinlər üçün çox mürəkkəbdir. Polyaklar oralarda işləmək istəmirlər”,-Elşən deyir.

Teymur adlı azərbaycanlı isə Varşavaya 2017-ci ildə ailəsi ilə birlikdə köçüb. Deyir ki, Azərbaycanda aylıq maaşı 700 manat idi. Bu pula isə yaşamaq, ailə saxlamaq mümkün deyil. Əvvəlcə ailəsi ilə birlikdə Kanadaya getməyi planlaşdırıb. Agentlik ona zəruri sənədlərlə və iş tapmaqda kömək etməyi vəd edib. Lakin daha sonra deyiblər ki, imkanları ancaq Polşaya çatır.

“Mən artıq onlara 4500 avro (hər ailə üzvü üçün 1500 avro) vermişdim, demişdilər ki, Polşada aylıq maaşı 1000 avroya iş tapacaqlar. Lakin vəd edildiyi kimi olmadı, mən dönərxanada 560 dollar maaşa işləyirdim. Bu pulun 380 dollarını ev kirəsi verirdim. Bu maaşla ailəmi saxlaya bilmirdim”,-o deyir.

Nəhayət Teymur tikinti şirkətində başqa iş tapır, amma əvvəlki iş yerində onun maaşını kəsiblər, 300 avronu verməyiblər.

Bu ildən Azərbaycan hökumətinin diasporla iş üzrə Komitəsi Polşada azərbaycanlı əmək miqrantlarına pulsuz hüquqi yardım təşkil edib. Lakin komitənin nümayəndəsi Rəsul Məmmədov oc-media.org-a deyir ki, indiyədək iş yerlərində diskriminasiya ilə bağlı cəmi 3 şikayət daxil olub. Hərçənd belə hallar çoxdur və miqrantlar öz hüquqlarını qorumaq üçün şikayət etməkdə maraqlı olmurlar...

Paylaş:
Digər xəbərlər

Video

4-05-2020, 14:08

Türkiyədə məscidə sığınan üç azərbaycanlı fəhlə - “NƏ GETMƏYƏ YERİMİZ, NƏ QALMAĞA PULUMUZ VAR...”

Maqazin

3-04-2020, 13:21

Dövlət məmuru azərbaycanlı aktrisaya maşın hədiyyə etmək istədi

Maqazin

28-03-2020, 11:40

Azərbaycanlı məşhurun xalası da karantinə alındı

Maraqlı

13-03-2020, 11:14

Azərbaycanda qız çatışmazlığı – Azərbaycanlı kişilər evlənmək üçün Rusiyaya üz tutur

Dünya

9-03-2020, 12:06

Boşandığı ərinin azərbaycanlı sevgilisini bıçaqladı

İdman

7-03-2020, 16:33

Azərbaycanlı jurnalist xanımdan eksklüziv FOTOLAR

Dünya

4-03-2020, 13:30

Türkiyədə mağazadan oğurluq edən azərbaycanlılar tutuldu - VİDEO

Hadisə

2-03-2020, 12:36

Türkiyəyə narkotik aparan azərbaycanlı qadın tutuldu - FOTO

Gündəm / Siyasət

26-02-2020, 16:17

Türkiyə XİN: Xocalı soyqırımını qəti şəkildə pisləyirik

Son xəbərlər
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
Daha çox
Çox oxunanlar
27-09-2026, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
28-09-2026, 18:14
Airbus A340-600 təyyarəsi İbiza hava limanında
28-09-2026, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
28-09-2026, 18:19
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
28-09-2026, 14:58
AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
27-09-2026, 23:06
Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə