USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Hər dəfə “nənə, get, gəlib evə baxacaqlar”, deyib, yola salırlar..." - GİLEY

Video

16-03-2020, 11:14

"Hər dəfə “nənə, get, gəlib evə baxacaqlar”, deyib, yola salırlar..." - GİLEY“Xəstəyəm, qocayam, imkansızam, bu şəraitdə yaşamağa gücüm qalmayıb. Hökumətdən istədiyim odur ki, qəzalı evimi təmir eləsin, başıma uçur”. Gədəbəyin Miskinli kənd sakini Hava Süleymanovanın 73 yaşı var. Diabetdən əziyyət çəkir. Ailə qurmayan 53 və 47 yaşlı, müxtəlif xəstəliklərdən əziyyət çəkən övladları da onunla eyni evdə yaşayır. Ancaq ora ev demək mümkünsə…

Hava xanım danışır ki, 32 il əvvəl həyat yoldaşı kənddə ev tikmək istəyib. Evin özülünü atıb, bir neçə daş qaldırdıqdan sonra müharibə başladığından tibb qardaşı kimi müharibə zonasına gedib, sonrakı illərdə isə evin tikintisini davam etdirə bilməyiblər.

“Yoldaşım Tofiq Süleymanov müharibə vaxtı Gədəbəy rayon Xəstəxanasının təcili yardım şöbəsində feldşer işləyirdi, cəbhə xəttində əsgərlərin yarasını sarıyırdı, atəşkəsdən sonra da xəstəxanada işlədiyi müddətdə cəbhə xəttindəki əsgərlərin qulluğunda dayanırdı. Müharibə vaxtı aylarla evə gəlmirdi, bu səbəbdən də ailəmizin vəziyyəti çətinləşdi, evi yarımçıq düzəldib köçdük ki, çöldə qalmayaq. İllər keçdikcə baş verən zəlzələ, ara-sıra yeraltı təkanlar, dolu, leysan hər dəfə evə zərər vurdu. Divarlar aralandı, tavan dağıldı”, – qadın danışır.

Hava Süleymanovanın həyat yoldaşı 21 ildir ki, vəfat edib. Övladlarından biri ali təhsilli olsa da, illərdir ki, iş tapa bilmir, digər bir övladı və xəstə olduqlarından hər dəfə özülü və divarları sıradan çıxan evə əl gəzdirə bilməyib. İndi isə durum son həddə çatıb.

“Nəmişlik, rütubət xəstə canımızı daha da əldən salır. Divarlar aralanıb, yarıqlar günbəgün genişlənir, yel əsəndə ev silkələnir, sanki indi başımıza uçacaq. 233 manat pensiya alıram, aldığım heç dərmanlarımıza çatmır. Bilmirik ki, dərdimizi kimə deyək. Dəfələrlə icra hakimiyyətində olmuşam, hər dəfə “nənə, get, gəlib evə baxacaqlar”, deyib, yola salırlar. Mənim həyat yoldaşım vaxtilə Şınıxda, Ermənistanla həmsərhəd olan başqa kəndlərdə güllə yağışının altında ölümünü gözə alıb, yüzlərlə əsgərin həyatını xilas edib, ancaq gəlin, görün xəstə ailəsi hansı durumda yaşayır. Həyat yoldaşım özünü güllə altında atanda, bu gün məni icra hakimiyyətinin binasından geri qaytaranlar orda-burda gizlənmişdilər”.
Hava xanım deyir, əslində hər dəfə zəlzələ, yeraltı təkan, dolu və leysan baş verəndə gəlib evə baxış keçirirlər, ancaq nəticəsi olmur: “Hər dəfə təbii fəlakət olanda gəlirlər, baxış keçirirlər, evi qeydə alırlar, sonra da yardım etmirlər. Bizdə də belə fikir yaranır ki, deməli, bunlara bizim evimiz özlərinə pul qazanmaq üçün lazımdır. Gəlib yazıb, gedib, pul ayırıb, sonra da o pulu mənimsəyirlər. Keçmiş başçının qəbulunda dəfələrlə, indiki başçının qəbulunda iki dəfə olmuşam. Qızım indiki başçının qəbuluna gedəndə deyiblər, bilirik nəyə gəlmisən, get, gəlib evə baxış keçirəcəklər. Hər dəfə aldadıblar”.

Paylaş:
Digər xəbərlər

Siyasət

16-03-2020, 10:53

İşdən atdılar, cəzası olacaqmı? - GƏLİŞMƏ

Bölgə

11-03-2020, 13:48

İcra hakimiyyətində bu ailəyə sahib çıxan yoxdur... - "Sizdən xahiş edirəm ki, bizə kömək edin!"

Bölgə

7-03-2020, 11:50

Lerikdə evin üstünə qayalar aşıb - İcra Hakimiyyəti

Siyasət

5-03-2020, 15:33

Prezident “Polonez” və “Lora”ya baxdı: düşmənə mesaj... - GƏLİŞMƏ

Bölgə

28-02-2020, 16:38

Bərdədə qadının amansız qətli — “Övladları olmayıb, əsas problemləri...”

Bölgə

28-02-2020, 16:00

“İcra Hakimiyyətində dedilər ki, get pambıq ək” - Bir ailə çarəsiz durumdadır

Bölgə

27-02-2020, 16:11

Astarada xəstəxanada acınacaqlı vəziyyət: Natəmizlik, alver - VİDEO

Maqazin

22-02-2020, 16:19

“Yoldaşım üzərlik yandırıb, başıma çevirir” - Naibə Allahverdiyeva

Video

21-02-2020, 10:27

“Ölüf, ölüf, derəm saa” deyən kişi danışdı - VİDEO

Son xəbərlər
  • Dün, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
5-11-2026, 20:34
İrandan Ermənistana sərt reaksiya
6-11-2026, 12:42
İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
6-11-2026, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
6-11-2026, 14:26
Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə