USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Yoluxucu xəstəliklərdən qorunmağın 10 yolu

Din

4-01-2021, 19:15

Yoluxucu xəstəliklərdən qorunmağın 10 yolu

Foto.info.az Zikr.az-a istinadən xəbər verir ki, Uca Allah buyurur: “İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: “Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ların çoxu Allaha şərik qoşan­lar idi”. (ər-Rum, 41-42).
Həmçinin buyurur: “Başınıza gələn hər bir mü­sibət öz əllərinizlə qazan­dı­ğı­nız gü­nah­lar üzün­dəndir. Allah günahların çoxunu ba­ğış­layır. Siz yer üzündə Allahdan yaxa qur­tara bilməzsiniz. Allah­dan baş­qa sizin nə bir himayə­çiniz olar, nə də bir kömək­çi­niz”. (əş-Şura, 30-31).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Ey mühacirlər, beş əməl var ki, bunların aranızda baş verməsindən Allaha sığınıram. Əgər bir qövmdə zina açıq-aşkar yayılarsa, Allah onları vəbaya və ata-babalarının bilmədikləri xəstəliklərə düçar edər. Bir qövm tərəzidə aldadarsa, Allah onları quraqlıq, çətin yaşayış və zalım hakimlə imtahan edər”. (İbn Macəh, 4019).
Şəkk yoxdur ki, bütün bəlaların və müsibətlərin səbəbi günahlardır. Əgər biz bəşəriyyətin tarixinə nəzər salsaq görərik ki, Adəm yaranandan bəri baş verən bütün bəlalar məhz günahlar səbəbindən olmuşdur.
Adəm və Həvvanın Cənnətdən qovulmalarına səbəb nə idi? İblisin Allahın lənətinə düçar olmasına səbəb nə idi? Nuhun dövründə bütün yer üzünü su basmasına səbəb nə idi? Lut, Ad, Səmud qövmlərinin bəlaya düçar olmalarına səbəb nə idi? Bütün bunların bir cavabı var ki, bu cavab da günahlardır.
Bəlaların baş verməsinin səbəbi günahlar və Allahı unutmaq olduğu kimi, bəlalardan qurtulmağın yeganə yolu da tövbə edib Allaha pənah gətirmək və Ondan yardım istəməkdir. Bunun bəzi yolları aşağıdakılardır:

1. Bəla baş verməzdən əvvəl ondan qorunmaq üçün dua:
[Bismilləəhil-ləzii ləə yədurru məa-s'­mihi şeyun fil-ardi va ləə fis-səməəi va hu­vəs-səmiuul-aliim]
"Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Bilən­dir!" (üç dəfə)
Osman ibn Affan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini eşitmişəm: “Kim səhər açılanda üç dəfə: "Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Bilən­dir!" - deyərsə, axşama qədər qəfil bəlalara düçar olmaz. Əgər axşam deyərsə, səhərə qədər qədər qəfil bəlalara düçar olmaz”. (Sunən Əbu Davud, 4/323; Sunən ət-Tirmizi 5/465).

2. Bu duanı çox demək: [Ləə iləəhə illəə Əntə. Subhanəkə, in­niy kuntu minəz-zalimiin]
"Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!"
Uca Allah buyurur: “Zün-Nunu (Yunus) da yada sal! Bir za­man o qəzəbli halda qövmün­dən ay­rı­lıb getmiş və onu sıxıntıya salmayacağımızı güman et­mişdi. Sonra da zülmətlər içində yal­va­rıb demişdi: “Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!” Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik!” (əl-Ənbiya, 87-88).
Məşhur Quran müfəssiri İbn Kəsir (Allah ona rəhmət etsin) “Biz mö­minləri belə xi­las edirik!” ayəsinin təfsirində demişdir: “Yəni möminlər çətinlikdə olduqda, Bizə üz tutsalar, xüsusilə də bəla nazil olan vaxt bu duanı etsələr, Biz möminləri xilas edərik”. Sonra İbn Kəsir Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu hədisini qeyd etmişdir: “Yunus Peyğəmbər balığın qarnında olduğu vaxt bu duanı etmişdi: “Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!” Uca Allah bu duanı edənin duasını qəbul edər”. (Sunən ət-Tirmizi, 3505).
İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) özünün “əl-Fəvəid” əsərində demişdir: “Dünyada baş verən bəlaları Tövhid (Allahı ibadətdə təkləşdirmək) qədər qaldıran ikinci bir vasitə yoxdur. Bu səbəbdən bəla üz verərkən edilən dua tövhid kəliməsidir “Ləə iləəhə illəə Əntə” (Səndən başqa ibadətə layiq haqq məbud yoxdur). Yunusun (Allahın ona salamı olsun) etdiyi duanı deyən elə bir bəlaya düçar olan insan yoxdur ki, Allah Tövhid kəliməsinə görə ondan bu bəlanı uzaqlaşdırmasın. Allaha şərik qoşmaq kimi bəlaya salan başqa bir səbəb yoxdur, Tövhid kimi bəladan qurtaran başqa bir səbəb yoxdur”.

3. Bəla məşəqqətindən və bədbəxtçilikdən Allaha sığınmaq.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dua edərkən bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından Allaha sığınardı”. (Səhih əl-Buxari, 6347). Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmr edərək demişdir: “Bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından Allaha sığının!”

4. Evdən çıxarkən Allahı zikr etmək.
Ənəs (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim evindən çıxarkən "Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir!" [Bismilləəh, təvakkəltu aləllahi va ləə həulə va ləə quvvatə illəə billəəh] deyərsə, ona (mələk tərəfindən) belə deyilər: “Doğru yola hidayət olundun, qane edildin və qorundun”. Şeytanlar ondan uzaqlaşar. Başqa şeytan ona (yəni, digər şeytana) yaxınlaşmaq istədikdə digəri belə deyər: “Hidayət olunmuş, qane edilmiş və qorunmuş adama sənin üçün necədir?” (Sunən Əbu Davud, 4/325 və Sunən ət-Tirmizi, 5/490).

5. Səhər və axşam Allahdan afiyət (salamatlıq) diləmək.
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhər və axşam bu duanı deməyi heç vaxt tərk etməzdi: “Allahım! Dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Alla­hım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Alla­hım! Məni önümdən, arxamdan, sağımdan, solum­dan və başımın üstündən qoru. Ayağımın altı­nın qazılmasından Sənin əzəmətinə sığını­ram!”
[Allahummə, inniy əs'əlukəl-afvə vəl-afi­yətə fid-dunya vəl-Axirah. Allahum­mə, inniy əs'əlukəl-afvə vəl-Afiyətə fii dii­niy və dun­yayə və əhliy və məəliy. Allahummə-s'tur au­ratiy və Əəmin rauatiy. Allahummə-h'fəzniy min bəyni yədeyyə va min xalfiy və an yəmiyniy və an şimaliy və min fəuqiy və əuuzu biazə­mətikə ən uğ­təələ min təhtiy]”. (Əbu Davud və İbn Macəh; Bax: Səhih İbn Macəh, 2/332).

6. Ümumən dua etməyi çoxaltmaq.
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Sizlərdən kimə dua qapısı açılarsa (dua etməyə müvəffəq olunarsa), bilsin ki, artıq ona rəhmət qapıları açılmışdır. Allaha ən sevimli dua Ondan afiyət istəməkdir”. Başqa bir hədisdə: “Dua nazil olan və olmayan bəlaları uzaqlaşdırır. Odur ki, ey Allahın qulları dua etməyi çoxaldın!”. (Sunən ət-Tirmizi, 3548).

7. Xəstəllik olan yerlərə getməmək.
Rəvayət edilir ki, (bir dəfə) Səd ibn Əbu Vəqqas (Allah ondan razı olsun) Usamə ibn Zeyddən (Allah ondan razı olsun): “Sən Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) taun (xəstəliyi) barəsində nə eşitmisən?”- deyə soruş­du”. Usamə dedi: “Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: “Taun murdar bir şey­dir. Vaxtı ilə bu (xəstəlik) İsrail oğullarına və ya sizdən əvvəl yaşamış insan­la­ra göndəril­mişdi. Belə bir xəstəlik harada olursa-olsun, o yerə getməyin. Əgər bu xəs­təlik siz olduğunuz yerdə yayılarsa, ondan qaçıb (canınızı qur­tar­­maq məqsə­dilə) oranı tərk etməyin”. (Səhih əl-Buxari, 3473).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Xəstəni sağlam olanların arasına gətirməyin”. (Səhih əl-Buxari, 5774).

8. Yaxşılıq etməyi çoxaltmaq.
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Yaxşılıq etmək sahibini baş verəcək pisliklərdən, bəlalardan və fəlakətlərdən qoruyur. Həqiqətən, dünyada yaxşılıq edənlər, Axirətdə də yaxşılıqla qarşılaşacaqlar”. (Müstdrək əl-Hakim, 429).
İbn əl-Qeyyim (Allah ona rəhmət eləsin) demişdir: “Xəstəliyi müalicə edən ən böyük səbəblərdən yaxşılıq etmək, Allahı zikr etmək, dua etmək, Allaha dönmək, tövbə etməkdir. Həqiqətən bu əməllərin xəstəliyin müalicəsində və şəfa tapmaqda dərmanlardan daha çox təsiri vardır”. ("Zadul-Məad" əsəri).

9. Gecə namazları qılmaq.
Bilal (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Gecə namazını qılın! Çünki o, sizdən əvvəlki əməlisalehlərin adətidir. Gecə namazı Allaha yaxınlıq, günahlardan çəkinmə, günahlara kəffarə və bədən xəstəliyini aparandır”. (Sunən ət-Tirmizi, 3549).

10. Gecə yatarkən açıq qabların ağzını örtmək.
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Qabları örtün, tuluqları bağlayın! Həqiqətən ildə bir gün var ki, o gün vəba xəstəliyi gəzər. Ona gorə də elə ağzı örtülməmiş qab və ya ağzı bağlan­mamış tuluq yoxdur ki, onun içinə ondan nəsə nazil olmasın!” (Səhih Muslim, 2012).
İbn əl-Qeyyim demişdir: “Bu, tibb elminin qarşısında aciz qaldığı bir şeydir”.
Hər bir müsəlman baş verən müsibətləri səbirlə, təmkinlə qarşılayıb, bütün işlərini Allaha həvalə etməlidir. Darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran yalnız Allahdır. Qəlblər yalnız Onu zikr etmələ rahatlıq tapar. Heç bir şey Onun izni olmadan baş verə bilməz. Onun rəhməti olmasa heç bir bəla aradan qalxa bilməz. Yalnız Ona itaət etməklə xoşbəxtliyə nail olmaq olar. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zövcəsi Aişə (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) mən Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) taun barəsində soruşdum. O mənə dedi: “Bu bir əzabdır, Allah onu istədiyinə göndərir. (Bununla belə) Allah onu möminlər üçün bir mərhəmət et­mişdir. Belə ki, yaşadığı məmləkətdə taun yayılmış bir adam sə­bir edərək və savabını (Allahdan) diləyərək, üstəlik bu xəstəliyin ona yal­nız Allahın qəzavü-qədəri ilə yoluxa biləcəyinə etiqad edərək o yerdə qalarsa, ona şəhidin savabı qədər savab yazılar”. (Səhih əl-Buxari, 3474).

Paylaş:
Digər xəbərlər

Din

4-01-2021, 19:12

Allah barəsində mübahisə edən padşahın əhvalatı

Din

4-01-2021, 19:06

Əhli-beytin fəziləti

Din

4-01-2021, 18:59

Su içmə ədəbi

Din

4-01-2021, 18:55

Hicamə - qan alma üsulu ilə müalicə

Din

4-01-2021, 18:45

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Din

19-12-2020, 20:17

Sonuncu kərpic misalı

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə