USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Fatimə Mövlamlıdan Əhməd Muxtara dəstək: ”Müəllim, salam. Biz də buradayıq. Tək deyilsiniz".

Gündəm / Araşdırma / foto

7-09-2025, 17:53

Fatimə Mövlamlıdan Əhməd Muxtara dəstək:   ”Müəllim, salam. Biz də buradayıq. Tək deyilsiniz".
Fatimə Mövlamlı həbsxanadan yazır. Kövrək yazıdır. Əhməd xoşbəxt adamdır. Yaxşı foto jurnalist, yaxşı müəllim, yaxşı dost ən əsası yaxşı insandır. Fatiməni oxuyun. Özü də mütləq oxuyun. İlham onları ona görə şərləyib ki, biz oxuya bilməyək.

“Əhməd Muxtarı bir neçə il öncə qoşulduğum vizual kommunikasiyalar təlimində tanımışdım. O, bizə foto-jurnalistikadan dərs keçirdi.
Bu təlimə qədər mən əsasən videoreportajlarla məşğul idim. Onda belə bir imkanım yarandı ki, özümü foto reportajda da sınayım.
Əhməd Muxtar mənim müəllimim idi. Foto çəkməyin bütün qızıl qaydalarını ondan öyrəndim. Danışdığım hekayəni təsirli və vizual cəhətdən daha dolğun göstərəcək fotonu necə çəkməliyəm? Keyfiyyətli foto üçün kameranın parametrləri necə tənzimlənməlidir? Əhməd hamısını böyük həvəslə izah edirdi. Ona qulaq asdıqca elə bilirdim ki, yeni nəsə öyrənmirəm, nə vaxtsa mənə məlum olan bilikləri sadəcə xatırlamağa çalışıram.
Əhməd Muxtar öyrətməyə xəsislik etməyən jurnalist idi. Öyrədirdi, ümidlə öyrədirdi.

Onun sayəsində ilk foto reportajımın ardınca - Şabran rayonunun Qazbabalı kəndinə içimdə bu işi illərdir görən peşəkarlara məxsus inamla getdim.
Paytaxt Bakıdan bir o qədər uzaq məsafədə yerləşməyən bu kənddə təhsil orta məktəbin dördüncü sinifinə qədər mövcud idi. Qazbabalı kəndinin uşaqları bu dörd ilin sonunda təhsillərini davam etdirə bilmirdilər. Kəndin kələ-kötür, enişi-yoxuşu bilinməyən yolları uşaqlara imkan vermirdi ki, uzaq-uzaq məsafələri qət edib, təhsil üçün başqa kənd məktəbinə getsinlər.

Həmin yollarda mənim getdiyim qış ayının qar və palçığında isə nəinki piyada, heç maşınla hərəkət etmək olmurdu. Foto reportaj həm bu uşaqların, həm də onlara könüllü müəlliməlik edən jurnalist Coşqun Eldaroğlunun hekayəsindən bəhs edirdi.

O gün kəndin ətəyindən ucqarınadək təxminən iki km-lik piyada yolu əlimdə kamera, çiynimdə ağır ştativlə qalxarkən müəllimimin də mənimlə yanaşı addımladığını hiss edirdim.

"İşığı azalt, açıq havadasan", "rakursu dəyiş", "gözlə, hə, indi çək", - sanki bütün çəkiliş boyu məsləhət verirdi.
Həmin foto reportaj əntiqə alındı. Çünki, Əhməd Muxtar istedadlı və peşəkar fotojurnalist olmaqla yanaşı, həm də bacarıqlı müəllim idi. İnanıram ki, o qış onun təlimində iştirak edən hamının xatirində Əhməd məhz bu cür qaldı.

Əhməd Muxtarın həbs olunması xəbərini eşidəndə ağlımdan tək bir söz keçdi : "biabırçılıqdır".
Əhməd Muxtarın cinayətkar olmadığına onu həbs edənlər də ən az mənim qədər əmindir.
Əhməd Muxtar sadəcə jurnalistdir. Onun adının yanına qoşulan istənilən cinayət ittihamı absurddur.
Yəqin ki, saxlanıldığı andan bəri ətrafını müşahidə edir və nə qədər yaxşı kadrı çəkə bilmədiyinə heyfslənir.
O, indi məni eşitmir. Amma yazıram, bəlkə oxuyar: "Müəllim, salam. Biz də buradayıq. Tək deyilsiniz".

Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası.

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma / foto

28-08-2025, 19:31

Daha bir jurnalist – Əhməd Muxtar saxlanılıb

Siyasət

24-05-2025, 01:16

Əhməd Məmmədlinin səhhəti pisləşib: Həyat yoldaşı təcili tibbi yardım tələb edir

Gündəm / Sosial

22-05-2023, 11:16

Günaz TV rəhbəri Əhməd obalı ABŞ-da hücuma məruz qalıb

Gündəm / Sosial / Hadisə

28-11-2022, 22:27

Həbsdən azad edilən Naxçıvan MR -nın sabiq daxili işlər naziri Əhməd Əhmədov xəstəxanaya yerləşdirildi

Gündəm / Siyasət / Sosial

2-04-2021, 18:10

Əhməd Əhmədzadə işdən qovuldu

Gündəm / Siyasət / Sosial / Bölgə

9-03-2021, 20:15

Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər Naziri, general-leytenant Əhməd Əhmədovun həbs olundu.

Son xəbərlər
  • Bugün, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • Bugün, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • Bugün, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • Bugün, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • Bugün, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • Bugün, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • Bugün, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
Daha çox
Çox oxunanlar
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
8-09-2026, 23:29
Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
7-09-2026, 15:15
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
9-09-2026, 13:03
Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
Bugün, 13:26
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə