USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Ruben Vardanyan vəkilindən imtina edib

Gündəm

21-10-2025, 16:45

Ruben Vardanyan vəkilindən imtina edib

Azərbaycanda həbsdə olan Qarabağdakı separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan məhkəmə prosesində öz vəkilindən imtina edib.

“Qafqazinfo”nun məlumatına görə, oktyabrın 21-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda Ruben Vardanyan məhkəməyə müraciət edərək vəkili Avraam Bermanla konfidensial görüşmək istədiyini bildirib. Fasilədən sonra o, Bermandan imtina etdiyini açıqlayıb.

Vardanyan bu qərarını məhkəmə prosesindən ümumi narazılığı ilə əsaslandırıb. Müdafiəçi Avraam Berman isə vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını qeyd edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vurğulayıb ki, təqsirləndirilən şəxsin müdafiəçidən imtina etmək hüququ var, lakin qanunvericiliyə əsasən, o, ümumiyyətlə müdafiəçisiz qala bilməz.

“Ruben Vardanyan öz vəkilindən imtina edirsə, yeni vəkillə müqavilə bağlamalı, yaxud dövlət tərəfindən ona müdafiəçi təyin edilməlidir”, – dövlət ittihamçısı bildirib.

Vardanyan bildirib ki, başqa vəkillə müqaviləsi yoxdur və dövlət tərəfindən müdafiəçi təyin olunmasına etiraz etmir.

Məhkəmə onun müdafiəçisi Avraam Bermandan imtinasını qəbul edib və dövlət hesabına yeni müdafiəçi təyin edilməsi üçün qərarı Vəkillər Kollegiyasına göndərib.

Qeyd edək ki, bu ilin fevralında keçirilən iclasda Ruben Vardanyan əksinə, dövlət tərəfindən təyin olunmuş vəkildən imtina etmiş və yalnız öz vəkili ilə müdafiə olunmaq istəmişdi.

Hazırda o, Bakı Hərbi Məhkəməsində təqsirləndirilən şəxs qismində təkbaşına mühakimə olunur.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibə başlama), 107 (deportasiya və məcburi köçürmə), 115.2 (müharibə qanunlarını pozma), 116 (beynəlxalq humanitar hüququ pozma), 120 (qəsdən adam öldürmə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Eyni zamanda, keçmiş separatçı liderlər — Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit Babayan, Davit İşxanyan və daha 15 nəfərin də məhkəməsi davam edir.

Bu iş üzrə zərərçəkmiş qismində tanınanların sayı yarım milyondan çoxdur — onlar Qarabağ müharibəsində həyatını itirənlərin hüquqi varisləri, xəsarət alanlar və məcburi köçkünlərdir.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Araşdırma / foto

17-09-2025, 15:40

Fazil Qasımov: “Mənə qarşı sui-qəsd olub, hələ də hədə-qorxu gəlirlər”

Gündəm / Siyasət / Araşdırma / foto

7-08-2025, 01:09

Fazil Qasımovun dövlət hesabına vəkil tələbini məhkəmə rədd edib

Hadisə

16-07-2025, 16:42

Həbsdə olan jurnalist Fərid İsmayılov səhhətinə görə məhkəməyə getməkdən imtina edir

Hadisə

16-05-2024, 12:48

Vardanyanın həbs müddəti daha 5 ay uzadıldı

Gündəm / Siyasət / Sosial

17-01-2023, 22:18

Laçın Xankəndi yolunda başlayan aksiyadan sonra xarici vətəndaşlar Qarabağı tərk ediblər

Gündəm / Siyasət

8-01-2023, 11:28

Qarabağda “Təhlükəsizlik Şurası”nın rəhbəri Vitali Balasanyan vəzifəsindən qovuldu

Gündəm / Siyasət

4-11-2022, 22:53

Ruben Vardanyan "Artsaxın" dövlət naziri təyin edildi

Son xəbərlər
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
Daha çox
Çox oxunanlar
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə