Prokuror məhkəmədə Rail Abbasovun 8 il azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
19-12-2024, 19:24
Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Rail Abbasovun işi üzrə prosesdə prokuror yekun söz ilə çıxış edib. O, Abbasovun dələduzluqda təqsirli bilinməsini və 8 il azadlıqdan məhrum edilməsini istəyib.