USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Donald Tramp bildirib ki, ABŞ nümayəndə heyəti Tehranla növbəti danışıqlar raundu üçün İslamabad şəhərinə yola düşəcək.
Onun sözlərinə görə, bu addım tərəflər arasında yeni razılaşma əldə olunması məqsədi daşıyır. Tramp eyni zamanda İranı Hörmüz boğazı ətrafında gərginliyi artırmaqda ittiham edib və Fransaya, eləcə də Böyük Britaniyaya məxsus gəmilərə atəş açılmasını “çirkin hərəkət” kimi qiymətləndirib.
ABŞ prezidenti qeyd edib ki, Vaşinqton İran tərəfinə “məqbul razılaşma” təklif edir. O, rəsmi Tehranın bu təklifi qəbul etməyəcəyi təqdirdə ciddi hərbi addımların atıla biləcəyini də istisna etməyib.