USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik-leytenant İbrahim Zülfüqari ABŞni atəşkəsi pozmaqda ittiham edib.
Onun sözlərinə görə, ABŞ qüvvələri Oman dənizi sularında İran ticarət gəmilərindən birinə atəş açıb, daha sonra gəminin göyərtəsinə silahlı şəxslər endirərək naviqasiya sistemini sıradan çıxarıb. Zülfüqari bu hadisəni “dəniz piratçılığı” kimi qiymətləndirib.
İran rəsmisi xəbərdarlıq edib ki, ölkənin silahlı qüvvələri bu hərəkətlərə qarşı cavab verəcək: “İran İslam Respublikasının silahlı qüvvələri tezliklə bu silahlı piratçılığa qarşılıq verəcək və qisas alacaq”.
Hadisə ilə bağlı digər tərəfin rəsmi mövqeyi hələ açıqlanmayıb.