USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Vilayət Eyvazov bildirib ki, bu ilin ilk 3 ayı ərzində Daxili İşlər Nazirliyi və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin 90,1 faizi açılıb.
Nazirin sözlərinə görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin ümumi sayında 4,9 faiz azalma qeydə alınıb.
Eyni zamanda, qeyri-aşkar şəraitdə törədilən cinayətlərin, xüsusilə mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması səviyyəsi yüksəlib. Qəsdən adam öldürmə və ona cəhd, cibgirlik, quldurluq və avtomobil qaçırma halları üzrə açılma göstəricisinin tam təmin olunduğu qeyd edilib.
Bundan əlavə, qanunsuz dövriyyədən 2 ton 310 kiloqram narkotik vasitə çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 648 kiloqram çoxdur.