
Fransa İsrailin maliyyə naziri Bezalel Smotrich-in ölkəyə girişini qadağan edib.
Bu barədə Fransanın xarici işlər naziri Jean-Noël Barrot məlumat verib.
Onun sözlərinə görə, qərar Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveçlə koordinasiyalı şəkildə qəbul edilib. Sanksiyalar işğal olunmuş Qərb Şəriyəsində məskunlaşma fəaliyyətlərinin artması və zorakılıq hallarına cavab olaraq tətbiq olunub.
Fransa XİN rəhbəri bildirib ki, Smotrichin bəyanatları və siyasəti Qərb Şəriyəsində yeni yaşayış məntəqələrinin genişləndirilməsini və Fələstin əraziləri ilə bağlı gərginliyin artmasını təşviq edir. Bu isə beynəlxalq hüquq və “iki dövlət” prinsipinə dair mövqelərlə ziddiyyət təşkil edir.
Qərar çərçivəsində daha bir neçə şəxsə də sanksiya tətbiq edildiyi və onların Fransa ərazisinə girişinə qadağa qoyulduğu bildirilir.