
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda İlham Əliyev Azərbaycan xalqı adından və öz adından Vladimir Putini, eləcə də bütün Rusiya xalqını dövlət bayramı münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərin xalqları birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığını qeyd edib.
Məktubda Azərbaycan-Rusiya əlaqələrinin iqtisadi-ticari, regionlararası və mədəni-humanitar sahələrdə inkişaf etdiyi vurğulanıb.
İlham Əliyev bildirib ki, birgə səylər Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək.
Prezident Vladimir Putinə möhkəm cansağlığı və uğurlar, Rusiya vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıb.