
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev-yə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubu Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə göndərilib.
Netanyahu məktubunda Azərbaycan xalqını və dövlət başçısını təbrik edərək, iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı etimad üzərində inkişaf etdiyini bildirib. O, Azərbaycan–İsrail əlaqələrinin müxtəlif sahələrdə genişləndiyini vurğulayıb.
Baş nazir Azərbaycanın regional sabitliyə verdiyi töhfəni, sülh təşəbbüslərindəki rolunu və ekstremizmə qarşı mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib.
Məktubda həmçinin Azərbaycan tərəfindən İsrailə göstərilən dəstək və həmrəyliyin iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirdiyi bildirilib.
Netanyahu süni intellekt, aviasiya, turizm və akademik sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib, Birgə Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda İsrail Baş naziri Prezident İlham Əliyevə və Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıb.