USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.
Məlumata görə, sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətinə götürülüb.
Həmçinin Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xəstəxanada Flora Kərimovaya baş çəkib. O, həkimlərlə görüşərək xalq artistinin müalicə vəziyyəti və səhhəti barədə məlumat alıb.
Sənətkarın yaxınlarının bildirdiyinə görə, Flora Kərimovanın vəziyyəti hazırda stabildir və onun sağlamlığının bərpası istiqamətində zəruri tibbi tədbirlər davam etdirilir.