USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Sumqayıt şəhərində oğurluq faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 31 yaşlı, əvvəllər məhkum olunmuş R.Quliyeva müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun bundan əvvəl də başqa bir şəxsə məxsus planşeti oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.