USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Qaz qurğularının xəritə və sxemlərindən istifadəyə görə nəzərdə tutulan 20 manatlıq dövlət rüsumu ləğv olunacaq.
Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin iyulun 14-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, yeni “Qaz təchizatı haqqında” qanunda qaz qurğularının xəritələrinin dövlət rüsumu ödənilməklə sifarişçilərə təqdim olunması ilə bağlı müddəa nəzərdə tutulmadığından mövcud qanunvericilik uyğunlaşdırılır.
Qeyd edək ki, əvvəlki, 30 iyun 1998-ci il tarixli “Qaz təchizatı haqqında” qanunda bu xidmətə görə dövlət rüsumunun ödənilməsi tələb olunurdu.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və bir oxunuşda qəbul edilib.