
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
AAYDA sədri Vüsal Nəsirlinin imzaladığı müvafiq əmrlə Cavid Kərimov Agentliyin Protokol şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Cavid Kərimov bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışıb.