USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Bir ansamblın tarixçəsi...NƏCƏFZADƏLƏRİN KVARTETİ

Mədəniyyət

18-04-2023, 20:14

Bir ansamblın tarixçəsi...NƏCƏFZADƏLƏRİN KVARTETİMusiqi kollektivinin (qrup, ansambl, xor və s.) doğuluşu sadəcə quru fakt, xronoloji kəmiyyət deyil. Bu, olduqca böyük və maraqlı bir tarixçədir, bir çox insanların həyatından qırmızı xətt kimi keçən “yol xəritəsi”dir. Bu mənada, musiqi kollektivləri də haradasa insanlara bənzəyir.

İnsanlar kimi musiqi kollektivlərinin də öz ömür yolu, öz ömür kitabı olur. Onlar da insanlar kimi nə vaxtsa və haradasa doğulur, həyata vəsiqə qazanır, enişli-yoxuşlu yollardan keçir, irili-xırdalı çətinliklərlə üzləşə-üzləşə, uğur qazanmağın sevincini yaşaya-yaşaya böyüyür, inkişaf edir. Və beləcə, hər bir ansamblın da insanlar kimi öz tərcümeyi-halı, avtobioqrafiyası yazılır, ömür kitabı ərsəyə gəlir.

Bu gün hamımızın “Qardaşlar” kvarteti (dördlüyü) kimi tanıdığımız məşhur musiqi kollektivinin də olduqca maraqlı “yol xəritəsi”, “ömür kitabı” var. Bu kiçik yazını yazmaqda məqsədimiz də həmin “ömür kitabı”nı sizinlə birgə vərəqləmək, o “yol xəritəsi”ni birlikdə izləməkdir.

Rəsmi faktlardan başlayası olsaq, “Qardaşlar” kvarteti düz 35 il bundan öncə, 1988-ci ilin aprelində fəaliyyətə başlayıb. Belə ki, 1988-ci ildə AzTV-nin “Ədəbi-dram verilişləri” redaksiyasının redaktoru Sədrəddin Bədirxanov və telerejissor Akif Salamov belə bir təklif irəli sürüblər ki, 1970/80-ci illərdə “İrs”, “Dastan” folklor ansamblında öz ifaları ilə, istedadları ilə hamının diqqətini cəlb etmiş dörd qardaşı – Abbasqulu, Mehdi, İlham və Məhərrəm Nəcəfzadələri bir araya gətirib, “Dalğa” verilişində onların ifasında ayrıca musiqi nömrəsi səsləndirməklə, maraqlı telesüjet hazırlansın. Bu təklif hamı tərəfindən isti qarşılanıb və beləliklə, çəkiliş üçün vaxt və gün təyin olunub.

17 aprel 1988-ci ildə Nəcəfzadələrin doğma ata-baba mülkündə baş tutan həmin çəkiliş “Qardaşlar” kvartetinin həyata və yaradıcılıq aləminə vəsiqə qazandığı hadisə kimi tarixə düşüb. Qədimi ifadə ilə desək, “Qardaşlar”ın şəcərəsi məhz həmin çəkilişdən başlayır.

Bir maraqlı məqamı da qeyd edək ki, sözügedən telesüjet o dövrün ən populyar verilişi sayılan məşhur “Dalğa” proqramında 3 il sonra (1991-ci il noyabrın 20-də) şəhidlik zirvəsinə ucalacaq telejurnalist Osman Mirzəyevin təqdimatında efirə gedib. “Dalğa” verilişinə qonaq qismində qatılan ustad bəstəkarımız, Azərbaycan Dövlət Konservatoriyasının “Xalq musiqisi” kafedrasının müdiri, Xalq artisti, professor Süleyman Ələsgərov Nəcəfzadə qardaşlarının haqqında xoş sözlərini deyərək, “Qardaşlar” qrupunun yaranmasına öz xeyir-duasını verib, onlara uğur arzulayıb.

“Dalğa” verilişində süjetin yayımlanması “Qardaşlar” kvartetinin fəaliyyəti üçün əla başlanğıc olub. Həmin verilişdən sonra “Qardaşlar” kvartetinin uğurlu fəaliyyəti üçün geniş imkanlar açılıb. Belə ki, radionun “Qızıl fond”u üçün “Qardaşlar”ın ifasında müxtəlif musiqi parçaları lentə alınıb. Qrupu bir sıra dövlət tədbirlərinə dəvət ediblər. Eləcə də “Qardaşlar” qrupu keçmiş SSRİ-nin bir çox respublikalarında və xarici ölkələrdə qastrol tədbirlərində iştirak edib.

“Qardaşlar”ın səsi-sorağı qardaş Türkiyəyə də gedib çatıb. Və 1990-cı ildə Türkiyənin əfsanəvi siyasi liderlərindən biri – Milliyyətçi Hərəkət Partiyasının (MHP) başqanı rəhmətlik Alparslan Türkeşin dəvəti ilə böyük nümayəndə heyətinin tərkibində “Qardaşlar” kvartetinin üzvləri də 21 günlük qastrol səfərində olub.

“Qardaşlar” kvartetini ölkəmizin digər musiqi qruplarından fərqləndirən əsas cəhətlərindən biri bu qrupun üzvlərinin milli musiqimizə dərin bağlılığıdır. Bu dörd qardaşın hər biri saz, tar və kamançadan tutmuş rübab, ney, balaban, ud və sairəyə qədər bir çox telli və nəfəs alətlərində məharətlə ifa etməyi bacarır. Qardaşlar hələ “İrs” və “Dastan” folklor ansamblında başladıqları işi – qədim türk havacatlarımızın, unudulmuş xalq mahnılarımızın axtarılıb üzə çıxarılmasını, onlara “ikinci nəfəs” verilməsini sonralar kvartet formatında da davam etdiriblər. Milli musiqimizin keşiyində dayanmaq, mahnılarımızı gənc nəsillərə sevdirmək “Qardaşlar”ın ən böyük missiyasıdır. Bu mənada, “Qardaşlar”ın heyətini milli musiqimizin xüsusi təyinatlıları da hesab etmək olar.

Bu qrupu müstəqilliyimizin yaşıdı da adlandıra bilərik. Son 30-35 ildə ölkəmizin böyük səhnəsindən bir çox yaradıcılıq birlikləri gəlib keçib. Onların əksəriyyəti səmada bir anlıq parlayıb yoxa çıxan ulduzlar kimi tez populyarlaşdıqları kimi, tez də pərdə arxasına çəkilib və böyük səhnəni həmişəlik tərk ediblər. Ancaq “Qardaşlar” isə 35 il öncə çıxdığı yaradıcılıq yolunda bu gün də yorulmadan irəliləyir. Bu 35 il ərzində “Qardaşlar” çox uzun bir yaradıcılıq məsafəsi qət edib.

Bir ansamblın tarixçəsi...NƏCƏFZADƏLƏRİN KVARTETİ
35 il əvvəl...

“Qardaşlar” qrupunun hər bir üzvü bu gün ölkəmizdə kifayət qədər yaxşı tanınır. Qrupun bədii rəhbəri, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə ölkəmizin görkəmli musiqişünas-pedaqoqlarından biridir və o, hazırda Azərbaycan Milli Konservatoriyasında dərs deyir. Abbasqulu müəllim “Qardaşlar” qrupunun düşünən beyni və yaxud, ağır artilleriyası sayılır.

Əməkdar artist, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, professor İlham Nəcəfzadə də elmi-pedaqoji fəaliyyət yolunu seçib. Belə ki, İ.Nəcəfzadə milli nəfəs alətlərimizin ali təhsil ocaqlarında tədrisinin təməlini qoymaqla bərabər, həm də bir sıra dərs vəsaitlərinin və proqramların tərtibçi-müəllifidir.

Mehdi Nəcəfzadə uzun müddət Azərbaycan Televiziyasında böyük redaktor vəzifəsində işləyib və eyni zamanda AzTV-nin “Xatirə” xalq çalğı alətləri ansamblının üzvü kimi fəaliyyət göstərib, hazırda isə təqaüdçüdür.

“Qardaşlar” kvartetinin və Nəcəfzadələrin yaşca ən kiçiyi, sonbeşiyi sayılan Məhərrəm Nəcəfzadə isə necə deyərlər, yaradıcılıq fəaliyyəti ilə administrativ işi birləşdirib. 1997-ci ildən İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində müxtəlif vəzifələrdə çalışan M.Nəcəfzadə 2015-ci ilin sentyabr ayından isə sözügedən Mərkəzin bədii rəhbəri kimi fəaliyyət göstərir. İ.Əbilov adına Mədəniyyət Mərkəzində keçirilən bədii-kütləvi tədbirlərin, yaradıcılıq gecələrinin, konsertlərin təşkilatçısı kimi M.Nəcəfzadənin xidmətlərini qeyd etməmək insafsızlıq olardı.

Gördüyümüz kimi “Qardaşlar” kvarteti sırf ailə ansamblıdır. Yəni bu ansamblı araya-ərsəyə gətirənlər bir ocağın yetirmələri, eyni ailənin – Nəcəfzadələr soyunun təmsilçiləridir. Bu ailə ansamblının digər musiqi kollektivlərindən bir mühüm fərqi də ondadır ki, “Qardaşlar”ın üzvləri sadəcə peşəkar musiqiçi deyil. Onlar öz ifalarında musiqi nəzəriyyəsi ilə real ifaçılığı birləşdirmələri ilə diqqəti cəlb edirlər. Bu kollektivin hər bir üzvü musiqi nəzəriyyəsini, musiqi tariximizi çox gözəl bilir. Abbasqulu müəllimin, İlham müəllimin tədqiqatları, elmi əsərləri də bu söylədiklərimizi təsdiqləyir.

Bir ansamblın tarixçəsi...NƏCƏFZADƏLƏRİN KVARTETİ
35 il sonra...

Ümumən götürsək, “Qardaşlar” kvartetinin hər bir üzvü sözün əsl mənasında musiqimizin xidmətində, keşiyində dayanıb və biz tam əminliklə onları fədakar mədəniyyət xadimlərimiz adlandıra bilərik. Bu yazıda sadalanan xronoloji faktların, təqvimlərin hər birinin arxasında “Qardaşlar”ın fədakar əməyi, gərgin yaradıcılıq axtarışları, saysız-hesabsız məşqlər, çəkilişlər, tədbirlər, çıxışlar, ifalar dayanır.

35 il öncə qocaman televiziyamızın kiçik bir süjeti ilə böyük yaradıcılıq yoluna qədəm qoyan dörd qardaşın kollektiv yaradıcılığının nəticələri barədə bu gün nəinki süjet, hətta film də çəkmək, kitab da yazmaq olar. Mən isə 35 illik uzun ömrün sadəcə bəzi akkordlarını diqqətinizə çatdırdım. Biz azərbaycanlıların və bütün Türk dünyasının ana kitabı sayılan “Kitabi-Dədə Qorqud” dastanından süzülüb gələn milli musiqi gələnəklərimizi, Dədə Qorqud ovqatını öz ifalarında yaşadan “Qardaşlar”ın bundan sonrakı akkordlarını izləməyi və dinləməyi isə sizin öz ixtiyarınıza buraxıram, əziz musiqsevərlər.

Bəybala Mirzəyev

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

16-03-2023, 09:30

Azərbaycan cazının banisi Vaqif Mustafazadənin bu gün doğum günüdür

Mədəniyyət

14-09-2022, 14:04

Bütün təntənəli tədbirlər təxirə salındı

Mədəniyyət

13-05-2022, 21:07

Şuşada əvvəlki mədəni həyat yenidən bərpa olunmağa, canlanmağa başladı

Mədəniyyət

16-12-2021, 12:29

Gənc musiqiçi vəfat edib

Mədəniyyət

13-10-2021, 19:38

Kolumbiyalı bəstəkar Beynəlxalq Bəstəkarlıq Müsabiqəsində birinci yeri tutub

Mədəniyyət

14-09-2021, 19:04

Yaqub Zurufçu vəfat etdi

Mədəniyyət

12-05-2021, 09:56

Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR

Mədəniyyət / Video / Maqazin

3-02-2021, 13:17

“Avroviziya – 2021” üçün musiqi qəbulu başa çatdı

Hadisə / Mədəniyyət

17-01-2021, 17:13

Azərbaycanlı rejissor vəfat edib

Mədəniyyət

7-01-2021, 17:10

“Qarabağın musiqi xəzinəsi” - Məşədi Məmməd Fərzəliyev

Mədəniyyət

13-05-2020, 13:57

"Mədəni oğlanlar" çetesində Mehman Şükürov da yer alıbmış... - İTTİHAM

Mədəniyyət

5-04-2020, 16:39

Musiqili Teatr "Evdə qal!" çərçivəsində beynəlxalq layihəyə imza atdı

Son xəbərlər
  • Bugün, 15:03
    DYP sürücülərə müraciət etdi
  • Bugün, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • Bugün, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • Bugün, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • Bugün, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • Bugün, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • Bugün, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • Dün, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • Dün, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
  • Dün, 13:01
    Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
  • Dün, 12:52
    Ov mövsümünün müddəti uzadıldı
  • Dün, 12:46
    Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
  • Dün, 12:40
    Ali Məhkəmənin Plenumu şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı yeni qərar qəbul edib
  • Dün, 12:38
    Tarix və mədəniyyət abidələrinə qəsdən ziyan vurulmasına görə cəzalar sərtləşdirilib
  • Dün, 00:27
    Avropda yaşayan jurnalist təqib olunur
  • 29-01-2026, 20:09
    Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
  • 29-01-2026, 17:01
    Ciddi hesabat blankları ilə bağlı qaydalara dəyişiklik edildi
  • 29-01-2026, 16:58
    AŞPA-da Mirzoyanın çıxışı: Ermənistan regionda sülhün Bakı–İrəvan dialoqu ilə mümkün olduğunu etiraf edir
  • 29-01-2026, 15:45
    AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
  • 29-01-2026, 15:16
    PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
  • 29-01-2026, 14:19
    Ənənə, İrs və Qadın Əməyi ilə Gələcəyə Körpü - Fotolarla
  • 29-01-2026, 13:39
    Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
  • 29-01-2026, 13:36
    Qurban Qurbanov: Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək Azərbaycan futbolu üçün böyük uğurdur
  • 29-01-2026, 13:34
    Dövlət Sərhəd Xidmətində yüksək vəzifələrə yeni təyinatlar olub
  • 29-01-2026, 13:32
    Aİ-nin diplomatiya rəhbəri: ABŞ bir ildən çoxdur Ukraynaya dəstək göstərmir
  • 29-01-2026, 10:29
    Almaniya kansleri: Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyü qeyri-mümkündür
  • 29-01-2026, 10:25
    UEFA Çempionlar Liqasında liqa mərhələsinə yekun vurulub
  • 29-01-2026, 10:22
    Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib
  • 29-01-2026, 10:20
    Yekaterinburqda azərbaycanlıların öıümündə iştirak edən polis əməkdaşları təltif edilib
  • 29-01-2026, 02:04
    Qarabağ FK Liverpula 6:0 məğlub olsa da pley-off mərhələsinə yüksəldi
  • 28-01-2026, 18:51
    Keçmiş SSRİ almanları Aİ-yə müraciət etdilər
  • 28-01-2026, 17:57
    Mateus Silva: “Çempionlar Liqasında yeni tarix yaza biləcəyimizə inanırıq”
  • 28-01-2026, 17:55
    Bakıda oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıb
  • 28-01-2026, 17:53
    “AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib
  • 28-01-2026, 17:42
    179 mindən çox uşağa ünvanlı dövlət sosial yardımı ödənilir
Daha çox
Çox oxunanlar
26-01-2026, 16:06
Strasbourg, Fransa — Avropa Parlament Assambleyasında “Türkiyə Dokuma Atlası” Mədəniyyət Sərgisi Açııb
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
26-01-2026, 16:58
Bu gün Avropa Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb.
Dün, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
24-01-2026, 21:15
AXCP iki üzvünün sosial mediada yazdıqlarına görə həbs edildiyini bildirir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
26-01-2026, 20:33
Bloger Murad Quliyev 6 il azadlıqdan məhrum edildi
26-01-2026, 18:50
Rüfət Səfərovun məhkəməsində gərginlik yarandı, proses təxirə salındı
Sosial
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
Ov mövsümünün müddəti uzadıldı
Ənənə, İrs və Qadın Əməyi ilə Gələcəyə Körpü - Fotolarla
Yekaterinburqda azərbaycanlıların öıümündə iştirak edən polis əməkdaşları təltif edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə