2020 ci il fevralın 21 də Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti Rübabə xanım Muradovaya həsr olunmuş xatirə gecəsi keçirildi. Rübabə xanım bur daha xatırlandı.
Aparıcı AYB - nin katibi İlqar Fəhmi Rübabə xanımın həyat və yaradıcılığından qısa məlumat verdikdən sonra, söz musiqiylə yanaşı onun haqqında danışmaq üçün şair və yazıçılara verildi. Xalq Artistləri Gülyaz Məmmədova, Zabit Nəbizadə, Əməkdar Artist Sevinc Sarıyeva ilə yanaşı gənc xanəndələr də çıxış etdilər.
AYB - nin şöbə müdiri şair Sayman Aruzun təsirli çıxışı hamıda xoş təəssürat yaratdı.
Sonda Rübabə xanımın kiçik bacısı Tahirə xanım Muradova onun repertuarından olan bir mahnı ilə xatirə gecəsini tamamladı.
Abil İslam
ATA TV - nin xəbər portalının direktoru