Ötən sutka ərzində 21 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 5-i azyaşlı olmaqla 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 metr olan su anbarına düşmüş bir azyaşlının meyiti çıxarılaraq təhvil verilib.