USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı–Tehran–Bakı marşrutu üzrə birbaşa aviareyslərə başlayacaq.
Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial şəbəkə “X”də məlumat verib. Diplomat qeyd edib ki, bir neçə illik fasilədən sonra Azərbaycan Prezidentinin tapşırığına əsasən sentyabrın 4-də Bakı–Təbriz–Bakı istiqamətində ilk birbaşa reys həyata keçirilib.
Səfirin sözlərinə görə, Bakı–Tehran reysi ilkin mərhələdə həftədə iki dəfə yerinə yetiriləcək. Şənbə günündən etibarən AZAL bu marşrut üzrə müntəzəm uçuşları tam bərpa edəcək.