USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Sipark” MTK-nın rəhbərliyi ittiham olunur - Müraciət...

Araşdırma

25-07-2020, 16:00

"Sipark” MTK-nın rəhbərliyi ittiham olunur - Müraciət...Tanınmış yazıçı, “Kirpi” jurnalının baş redaktoru Məmməd Əfşan “Sipark” MTK-nın sahiblərinin onun başına gətirdikləri müsibətdən “Təzadlar”a yazıb:

...“Sipark” MTK-nın fırıldaqçı sahiblərinin əməlləri barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 24.12.2019-cu ildə teleqramla etdiyim müraciət Respublika Prokurorluğundan tutmuş bütün instansiyaları dolana-dolana gəlib çıxır Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin təhqiqatçı polis mayoru Kamil Rəhmanovun qovluğuna. K.Rəhmanov da mənim müraciətimi (mənim yox, ölkə Prezidentinin tələbnaməsini) iki həftə qovluğunda saxlayıb sonra üz tutur H.Əliyev küçəsi- 90 A-da yerləşən “Sipark” tikinti şirkətinin dörd mərtəbəli ofisinə.

Orada şirkətin prezidenti və mənimlə şəxsən müqavilə bağlayıb 33300 (otuz üç min üç yüz) manat pulumu alan Seymur İsayevdən yox, ofisin qapısını açıb-örtən Baxşəliyev Ağarəhim Knyaz oğlundan izahat alır ki, guya o, 2016-cı ildən Yeni Yasamal, Əsəd Əliyev küçəsində 3 bloklu, 16 mərtəbəli yaşayış binasını tikən “Yevrostroy” MTK-nın icraçı direktorudur. Mən isə həmin “Yevrostroy” MTK ilə 2012-ci ilin yanvarında müqavilə bağlamışam. Bununla təhqiqatçı Kamil Rəhmanov “araşdırmasını” başa çatdırır və üstəlik də biçarə mənzil gözləyənlərin pulları hesabına tikilən 4 mərtəbəli ofisinin şəklini də çəkərək yapışdırır araşdırmasının bir vərəqinə və yazdığı qərarla birlikdə göndərir aidiyyəti təşkilata - Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsinə. Bölmənin təhqiqatçısı-polis leytenantı Novruz Novruzov da heç bir təhqiqat-araşdırma işi aparmadan həmkarı Kamil Rəhmanovun yazdığını nöqtəbənöqtə köçürüb 4 ay 10 gündən sonra “çıxardığı” qərarın surətini göndərir Prezident Administrasiyasına və şikayətçiyə - yəni mənə.

N.Novruzov həmkarının arayışına bir cümlə əlavə edir ki, şikayətdə cinayət tərkibi olmadığına görə (?) cinayət işi rədd edilir. Çünki mülki işlərdə mübahisəli məsələləri məhkəmə həll edir. Və material saxlanılması üçün 16-cı polis bölməsinin arxivinə verilsin. Vəssalam! Ölkə Prezidentinə edilən müraciətin axırı 4 ay yarımdan sonra bu sonluqla qurtarır. Əhsən belə sonluğa!

Hadisələrin bu cür sonluğunu əvvəlcədən görürdüm. Çünki 50 illik jurnalistlik fəaliyyətimdə mən Azərbaycan milisinə və polisinə dərindən bələd olmuşam. Bilirdim ki, bizim əvvəlki milislərimiz və indiki bəzi polislərimiz pulun nəinki səsini, hətta iyini də bir kilometrlik məsafədən eşidib-duyurlar. Axı necə ola bilər ki, öədədiyim qəbzlərimlə 33 min 300 manatımı əlimdən alanlar sonda mənzilimi başqasına satıb aradan çıxırlar, bunun adı dələduzluq sayılmır???

Bu il mart ayının əvvəllərində Yasamal rayon prokuroru vəzifəsini icra edən Rəşadət Orucov cənablarına xatırlatdım və xahiş etdim ki, müraciətimi prokurorluq icraata götürsün. R.Orucov cənabları xahişimə əhəmiyyət vermədi və Prezidentin adına vurulan müraciəti Yasamal rayon Polis idarəsinə göndərdi. Nəticədə, prokuror yox, mən deyən kimi oldu. Prokuror da MTK dələduzlarını müdafiə etdi. Polis əbədi vərdişinə yenə də əməl elədi. Və beləliklə, ötür-ötür oyununun birinci dövrəsi Azərbaycan dələduzlarının, faqqı-fırıqlarının, cibkəsənlərin, tülüngülərin, alıb-aldadanların və daha nə bilim nələrin Azərbaycan hüquq-mühafizə orqanlarının - prokurorlar və polis sistemi üzərində qələbəsi ilə başa çatdı.

Cənab Prezidentə müraciətimin bu biabırçı sonluğunu görəndən sonra mən yenidən 20.02.2020-ci ildə peşəkar dələduz və fırıldaqçı Seymur Nizam oğlu İsayev və onun “şaykası” barədə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Daxili İşləri naziri Vilayət Eyvazov cənablarına (03.04.2020-ci il), Respublikanın Baş Prokuroru Kamran Əliyev cənablarına (02.05.2020-ci il) və Respublika Baş Prokurorluğu yanında korrupsiya ilə Mübarizə Baş İdarəsinə (15.05.2020-ci il) müraciət ünvanladım. Bundan sonra nəyinsə dəyişəcəyinə inam və ümidim az-çox var. Axı ümid ən sonda ölür!

***

Görürsünüzmü, hörmətli oxucular, Azərbaycanda dələduzlar, alıb-aldadanlar respublika hüquq-mühafizə orqanlarından daha güclüdür və prokurorlar, polis orqanları, məhkəmə sistemi - qəzetçi Rza bəy demiş, - onların arxasında durub dələduzlara, fırıldaqçılara, alıb-aldadanlara meydan verən nəhənglərdən - əjdahalardan, divlərdən, balinalardan ehtiyat edirlər. Belə olmasaydı, bir qocaman sənət adamına, yazıçı-publisistə kələk gəlib qanuni mənzilini satıb, min bir əzabla topladığı 33 300 (otuz üç min üç yüz) manatı yeyərək, üstündən də türk “rakı”sı içən dələduz Seymuru nəinki neçə ildir gizləndiyi Türkiyədən, lap cəhənnəmin yeddinci qatından tapıb gətirər və mənimlə qabaq-qənşər əyləşdirərdilər. Siz, möhtərəm oxucular da bilərdiniz kim haqlıdır. Mən - haqqın ətəyindən tutan 81 yaşlı qoca yazıçımı, yoxsa 8 ildir gününü göy əskiyə büküb yalan sata-sata dövran sürən dələduz Seymur İsayevdən və ondan (himayəçisindən) qorxan prokurorlar və polis orqanlarımı???

“Təzadlar”dan: Adı çəkilənlərin 3 müxtəlif mobil telefonlarına dəfələrlə zəng etsək də və mesaj göndərsək də hələ də reaksiya verilmir, zəngimizi cavablandırmırlar... Araşdırmamız isə davam edir.

Paylaş:
Digər xəbərlər

Araşdırma

9-06-2020, 15:11

Qalmaqallı “Sipark” hələ də mənzilləri təhvil vermir - GİLEY

Sosial

13-04-2020, 13:11

Lələtəpə döyüşçüsü nədən narazıdır? - Müraciət...

Təhsil

30-03-2020, 16:52

Qalmaqallı rektor məhkəməyə verildi - SƏBƏB

Video

23-03-2020, 11:32

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Siyasət

10-03-2020, 17:21

Parlamentin yeni rəhbərliyi onlardır - DOSYE

Video

9-03-2020, 12:39

Polis mayoruna yeni vəzifə verildi

Sosial

9-03-2020, 11:16

Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Araşdırma

5-03-2020, 14:31

“Sipark İnşaat”da ölüm işi necə ört-basdır edilib? – Şok təfərrüat

Hadisə

4-03-2020, 13:00

Bakıda səfirin otağından külli miqdarda pul oğurlandı

Son xəbərlər
  • Bugün, 02:33
    İran MAQATE-nin nüvə obyektlərinə girişini məhdudlaşdırdı
  • Dün, 16:07
    İranda generallar və nüvə alimləri dəfn olunur – Prezident Pazeşkian mərasimdə iştirak edib
  • Dün, 16:03
    Siqaret üstündə 20 illik dostunu qətlə yetirdi – Naxçıvanda şok hadisə
  • Dün, 01:52
    İddialar gündəmdə: Ayətullah Xomeyninin atası britaniyalı casusmu olub?
  • 27-06-2025, 21:57
    Avropa Parlamentindən Azərbaycana sərt çağırış: Yüksək vəzifəli şəxslərə sanksiyalar tələb olunur
  • 27-06-2025, 21:54
    Xamenei atəşkəsdən sonra üzə çıxıb: “ABŞ-a sərt şillə vurduq, İsrail məğlub oldu”
  • 27-06-2025, 21:47
    Qazi Hacı Vəliyev işgəncəyə məruz qalıb – ailəsi vəziyyətindən narahatdır
  • 27-06-2025, 21:45
    Avropa Parlamenti: “Azərbaycanda siyasi motivli şokedici sərt həbs cəzalarından dəhşətə gəlmişik”
  • 27-06-2025, 21:36
    “AbzasMedia” jurnalistləri Umbakı həbsxanasına köçürülməyə etiraz edir – Ülvi Həsənli aclıq aksiyasına başlaya bilər
  • 27-06-2025, 21:28
    Azərbaycan XİN: İran səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik
  • 27-06-2025, 18:01
    Pezeşkian: “İsrailin Azərbaycan səmasından istifadə məsələsi araşdırılmalıdır”
  • 27-06-2025, 17:58
    İsrailin hücumları nəticəsində daha bir iranlı nüvə alimi məhv edilib
  • 27-06-2025, 17:53
    Baş Prokurorluq: “Kinostudiya ərazisindəki partlayışda tikili dağılıb, inzibati bina və yaşayış evlərinə ziyan dəyib”
  • 27-06-2025, 17:49
    Prezident İlham Əliyev Sudanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • 27-06-2025, 17:47
    Eçmiədzində gərginlik: Maskalı xüsusi təyinatlılar katolikosun iqamətgahına daxil olub
  • 27-06-2025, 14:56
    Zaqatalada avtobusdan düşən qadını avtomobil vuraraq öldürüb
  • 27-06-2025, 14:54
    Prezident İlham Əliyev İranın yeni səfirinin etimadnaməsini qəbul edib
  • 27-06-2025, 14:51
    “Azərbaycanfilm” kinostudiyasında güclü partlayış baş verib — Xüsusi komissiya yaradılıb
  • 26-06-2025, 20:54
    Tovuzda dönərdən kütləvi zəhərlənmə: 35 nəfər xəstəxanaya düşdü
  • 26-06-2025, 15:28
    “AzerGold” QSC və Medianın İnkişafı Agentliyi jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
  • 26-06-2025, 15:22
    Ağsuda viza və iş vədi ilə vətəndaşları aldadan şəxs həbs edilib
  • 26-06-2025, 14:16
    Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
  • 26-06-2025, 11:16
    Ülviyyə Əli: “Polis protokolları saxtalaşdırıb”
  • 26-06-2025, 11:12
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandıracağını elan etdi
  • 26-06-2025, 11:06
    Ukrayna və Avropa Şurası Rusiya üzrə Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayıb
  • 26-06-2025, 11:03
    Ermənistanda müxalif arxiyepiskop Baqrat Qalstanyan həbs edilib
  • 26-06-2025, 10:46
    Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 117-ci ildönümüdür
  • 26-06-2025, 09:58
    ABŞ-də Təcrübə İmkanı: Gənc Liderlər üçün Peşəkar Təqaüdlər Proqramına Müraciətlər Açıqdır
  • 25-06-2025, 23:47
    Gəncədə daha bir gəncin intiharı: Nə baş verir?
  • 25-06-2025, 23:42
    Bəhruz Səmədov aclığı dayandırıb: “Dəri ekzeması ağırlaşıb, üzü qanamağa başlayıb”
  • 25-06-2025, 23:34
    Azər Qasımlı: “Heç bir fakt və şahid olmadan yarım ildən çoxdur həbsdə saxlanılıram”
  • 25-06-2025, 23:30
    AXCP daha bir üzvünün həbs olunduğunu açıqlayıb
  • 25-06-2025, 23:28
    Fəal Möhyəddin Orucovun atasının avtomobili 40 min manatlıq cərimə iddiası ilə müsadirə edilib
  • 25-06-2025, 23:24
    Nazir General rütbəsi alan hərbçilərlə görüşüb
  • 25-06-2025, 11:05
    “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin həbs müddəti uzadılıb
Daha çox
Çox oxunanlar
22-06-2025, 14:13
Xaçmazda iki qardaş ögey ailə üzvləri tərəfindən illərlə işgəncəyə məruz qalıb
23-06-2025, 01:44
Ülvi Həsənli: “Azərbaycanda doğru sistem olsaydı, burada biz yox, işgəncə kralları oturmalı idi”
23-06-2025, 01:28
Trampdan qalmaqallı paylaşım: “İranı yenidən böyük edə bilmirlərsə, rejim dəyişməlidir!”
23-06-2025, 01:32
İranın nüvə obyektlərinə hücum: ABŞ uğurdan danışır, İran təkzib edir
23-06-2025, 01:39
Sevinc Vaqifqızından son söz: “Ölümü gözə alanların həbsdən nə qorxusu?!”
22-06-2025, 19:59
ABŞ İsrail-İran münaqişəsinə müdaxilə etdi – Tramp: “Fordo tamamilə məhv edilib”
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Dün, 01:52
İddialar gündəmdə: Ayətullah Xomeyninin atası britaniyalı casusmu olub?
27-06-2025, 21:57
Avropa Parlamentindən Azərbaycana sərt çağırış: Yüksək vəzifəli şəxslərə sanksiyalar tələb olunur
27-06-2025, 21:47
Qazi Hacı Vəliyev işgəncəyə məruz qalıb – ailəsi vəziyyətindən narahatdır
27-06-2025, 21:45
Avropa Parlamenti: “Azərbaycanda siyasi motivli şokedici sərt həbs cəzalarından dəhşətə gəlmişik”
27-06-2025, 21:36
“AbzasMedia” jurnalistləri Umbakı həbsxanasına köçürülməyə etiraz edir – Ülvi Həsənli aclıq aksiyasına başlaya bilər
26-06-2025, 11:16
Ülviyyə Əli: “Polis protokolları saxtalaşdırıb”
Sosial
İranda generallar və nüvə alimləri dəfn olunur – Prezident Pazeşkian mərasimdə iştirak edib
Qazi Hacı Vəliyev işgəncəyə məruz qalıb – ailəsi vəziyyətindən narahatdır
Avropa Parlamenti: “Azərbaycanda siyasi motivli şokedici sərt həbs cəzalarından dəhşətə gəlmişik”
“AbzasMedia” jurnalistləri Umbakı həbsxanasına köçürülməyə etiraz edir – Ülvi Həsənli aclıq aksiyasına başlaya bilər
“AzerGold” QSC və Medianın İnkişafı Agentliyi jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
Ağsuda viza və iş vədi ilə vətəndaşları aldadan şəxs həbs edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə