USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Həbsdə olan Ələsgər Məmmədli ona qarşı irəli sürülən ittihamlara cavab verib

Gündəm / Siyasət / Hadisə / Araşdırma

10-03-2025, 17:59


 Həbsdə olan Ələsgər Məmmədli ona qarşı irəli sürülən ittihamlara cavab verib

“Dövlət büdcəsinə ödədiyimin onda birini ödəməyənlərin milyonlarla ölçülən mülkləri var”

Həbsdə olan “Toplum TV”nin həmtəsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədli ona qarşı irəli sürülən ittihamlara cavab verib.

Media hüquqları üzrə ekspert saxta ittihamlarla bir ildir qanunsuz həbsdə olduğunu bildirib.

“Bu “iş” üzrə 2024-cü il martın 9-da mənə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İstintaqa cəlb edilməyimin qanunsuz olmasına etiraz əlaməti olaraq 11 ay davam edən istintaq prosesində ifadə verməmişəm. İstintaq prosesinin qanunsuz olması, heç bir dəlil-sübuta söykənməməsi “işə” xitam verilməsini vacib etdiyi halda, 2025-ci il yanvarın 17-də də mənə və digər təqsirləndirilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. CM-nin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürülüb”, – Ələsgər Məmmədli bildirir.

Rəsmi istintaq materialları ilə tanış olan Ələsgər Məmmədli elan edilmiş ittihamlara münasibət bildirib.

“Birincisi, CM-nin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə irəli sürülən ittihamdır. Bu “ittiham” tamamilə uydurma və böhtandır. “Toplum TV”-də jurnalist kimi təcrübə toplayan, “YouTube” kanalında verilişlər aparan və digər funksiyaları icra edən heç kəs deyə bilməz ki, mən onları hansısa işə cəlb etmişəm. Nəinki işə cəlb etməklə bağlı hərəkətim, bu mövzuda heç kəslə söhbətim belə olmayıb. Heç kim bunu iddia və sübut edə bilməz. Çünki belə hal mövcud deyil”.

“İkincisi, CM-nin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 193-1.3.2 (…xeyli miqdarda törədildikdə) maddəsi ilə irəli sürülən ittiham da növbəti böhtandır. Bu ittihamı sübut edəcək heç bir dəlil-sübut yoxdur. 40 illik iş stajımın 18 ilini fərdi sahibkar kimi rəsmi qeydiyyatdayam. 2007-ci ildən qanunun bütün müddəalarına istisnasız olaraq əməl edən fərdi sahibkaram. Bu eyniləşdirici (VÖEN 3200121712) qeydiyyat nömrəsi ilə hər rübdə və ildə mütəmadi olaraq vergilərimi ödəmiş və sistemli şəkildə vergi bəyannamələrimi təqdim etmişəm. Vergi orqanlarına heç bir borcum olmadığı kimi hətta artıq ödənişim mövcuddur. Həbs edilmədən öncəki 2023-cü ildə dövlətə 3 min manatdan çox vergi ödəmişəm. Qanunsuz sahibkarlıqla məşğul olduğumu iddia etmək cəfəngiyyatdır”, – media hüquqları üzrə ekspert deyir.

Ələsgər Məmmədlinin sözlərinə görə, istintaqın digər saxta iddiası budur ki, o, “cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırıb və qanunsuz əldə etdiyi vəsaitlə” 2020-ci ildə dəyəri 33 min manat olan avtomobil və 4 “notebook” alıb.

“Bu iddia da tamamilə saxtadır, heç bir faktiki və qanuni sübuta söykənmir. Belə ki, 2007-ci ildən bəri fərdi sahibkar kimi, ondan öncə isə 2001-2015-ci illərdə fərdi əmək müqavilələri ilə işləmişəm və yüz min manatlarla qazancım olub. (Bütün bu yazdıqlarımı təsdiqləyən rəsmi sənədlər mövcuddur).

Mən 33 min manat dəyərində avtomobilimi, habelə tələbə kimi hazırda təhsil alan iki övladıma, müəllim kimi fəaliyyət göstərən həyat yoldaşıma və özümə onlayn formada “Amazon” üzərindən sifariş etdiyim “notebook”lar tamamilə qanuni gəlirlərimlə alınıb. Həmin illərin və öncəki illərin vergi bəyannamələri də sübut edir ki, mənim bu əmlak üçün ödədiyim vəsait qanuni vergisini ödədiyim halal qazancımın yalnız az bir hissəsini təşkil edir. Bu vəsaitlər qanuni halal gəlirlərimlə əldə edilib. “Cinayət yolu ilə” əldə edildiyinin iddiası belə çox çirkindir, böhtandır və insan ləyaqətini aşağılayıcıdır”, – Ələsgər Məmmədli deyir.

Əlavə edir ki, ona qarşı CM-nin 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə irəli sürülən ittiham da tamamilə uydurma və böhtandır:

“Vergi orqanlarından alınmış rəsmi sənədlərlə təsdiq olunur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq 18 ildir fasiləsiz vergilərimi və digər maliyyə öhdəliklərimi yerinə yetirmiş, vaxtında bütün dövrlər üzrə vergi bəyannamələrimi müvafiq vergi orqanlarına təqdim etmişəm. Əldə etdiyim elə bir maliyyə vəsaiti yoxdur ki, onun vergisini ödəmədiyimi təsdiq edən sənəd olsun”.

Media hüquqları üzrə ekspert ona qarşı irəli sürülən CM-nin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) ittihamlarını da böhtan və yalan adlandırıb.

“Qaçaqmalçılıq yolu ilə ölkəyə pul gətirməyimi sübut edəcək heç bir dəlil yoxdur və ola bilməz. Bu böhtanı inandırıcı etmək və saxta sübut yaratmaq üçün 2024-cü il martin 8-də yaşadığım mənzildə əməliyyatçılar “axtarış” apardı. Özləri ilə gətirdikləri 7300 avronun mənə məxsus olduğu görüntüsünü yaradaraq, vəkilimin, qonşuların, şahidlərin içəri girmələrinə icazə vermədən saxta əməliyyat şousu yaradaraq saxta protokol yazdılar. Mən həmin protokollara da bunun saxta iddia olduğunu, həmin vəsaitin mənə məxsus olmadığını, əməliyyatçıların özləri ilə gətirdiyini yazmışam”.

Ekspert beynəlxalq təşkilatardan qrant layihələri almasına dair ittihamları da rədd edir.

“Mən nəinki 2019-cu ildən, ondan öncə də heç bir vaxt qrant almamışam. Heç kimlə, o cümlədən xarici donorlarla qrant müqaviləsi bağlamamışam və belə bir sənədə imza atmamışam. Cinayət hüququnun ən önəmli prinsiplərindən biri iddia edənlərin iddialarını sübut edən dəlillər ortaya qoymalarıdır. Belə bir “qrant müqaviləsi”- sübutu yoxdur və ola da bilməz. İstintaqın vəzifəsi sübutlar toplayarkən, tədqiqat apararkən əldə olunan dəlilləri doğru ortaya qoymaq və öz təxəyyüllərindən deyil, sübutlardan, sənədlərdən iddia irəli sürməkdir”.

Ələsgər Məmmədli bildirir ki, 40 illik əmək fəaliyyətinin 15 ilini xarici qurumlarda işləyib.

“Xüsusilə də 10 il (2004-2014) ABŞ-nin İREX təşkilatında hüquqşünas işləyərkən aldığım aylıq əməkhaqqım 2660 dollar idi. Yəni, bu günkü kursla ayda 4522 manat əməkhaqqım olub. 10 ildə 319.200 dollar yaxud da 542.640 manat sadəcə vergilərini və Dövlər Sosial Müdafiə Fonduna ödənişləri etdiyim rəsmi maaşım olub. Eyni zamanda paralel olaraq ölkə qanunvericiliyinin verdiyi hüquqla fərdi sahibkar kimi 2007-ci ilin iyulundan vergi qeydiyyatındayam. 40 saat əmək müqaviləsi ilə, digər vaxtlar isə fərdi qaydada çalışaraq fəaliyyətimi sürdürmüşəm. Əldə etdiyim bütün gəlirlər qanuni olub və vergilərini ödəmişəm”.

“40 il əmək stajım və 2001-ci ildən əmək müqaviləsi ilə çalışsam da 49 yaşıma kimi kirayələrdə yaşamışam. Həyat yoldaşımla özümün ümumi iş stajımız 62 ildir. Bu qədər intensiv əmək fəaliyyətimizlə yalnız bir ev və üzərinə həbs qoyulmuş 11 yaşında bir maşınımızdan başqa heç bir əmlakımız yoxdur. Beynəlxalq təşkilatlarda çalışdığım illərdə aldığım maaş nazirlərin, deputatların, icra hakimiyyəti başçılarının maaşından xeyli yüksək olduğu halda yalnız bir ev və bir avtomobil ala bilmişik. Mənim dövlət büdcəsinə ödədiyimin onda birini ödəməyənlərin milyonlarla ölçülən mülkləri var və utanmadan məni qanunsuz əməldə ittiham edirlər. İndi məni ittiham edənlər, həbsimizi sifariş verənlər özlərinin son 19 ildə ödədikləri vergiləri və malik olduqları əmlakı ictimaiyyətə açıqlaya bilərlərmi? Əlbətdə ki açıqlamayacaqlar”, – Ələsgər Məmmədli bildirib.

Sonda səhhətinin ağırlaşdığını deyən ekspert mütləq cərrahi əməliyyata və müalicəyə ehtiyacı olduğunu vurğulayıb:

“Amma həbsxana şəraitində cərrahi əməliyyat mümkün deyil. Odur ki, istintaqın tam yekunlaşmasını nəzərə alaraq, prosesin məhkəmə müstəvisində baxışına qədər “ev dustaqlığına” buraxılmağımla bağlı yaxın günlərdə yenidən vəsatət verəcəyəm. Məhkəmə baxışına qədər cərrahi əməliyyatımın aparılması və reabilitasiya müddətini ev şəraitində keçirməklə səhətimdəki problemlərin kəskinləşməsini qismən zəiflətmək niyyətindəyəm. Ümid edirəm, əsassız olaraq 1 il həbsdə saxlanmağım kimlərinsə mənə qarşı olan hikkəsini müəyyən qədər azaldıb və məruz qaldığım hüquqi terror gec də olsa dayandırılacaq”.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

İyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib, redaksiyanın və əməkdaşların bütün avadanlıqları müsadirə olunub.

“Toplum TV”nin əməkdaşları Fərid İsmayılova, Elmir Abbasova, Müşfiq Cabbara və İDİ-nin rəhbəri, həmçinin ResPlatformanın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.

Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov isə yanvarın 17-də həbs edilib.

2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Fevralın 26-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.

Bunlardan başqa, “Toplum TV işi” ResPlatformanın spikeri Akif Qurbanovun mülkiyyətində olmayan bir avtomobilin və ittihamın əhatə etdiyi dövrdən əvvəl tikilmiş evinin, qurucu heyət üzvü Ruslan İzzətlinin, “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədlinin, İDİ-nin əməkdaşı Əli Zeynalın şəxsi avtomobilləri üzərinə həbs qoyulub.

Təzyiqlərin artması “Toplum TV”-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdiyindən, media qurumu fevral ayından sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirməyə qərar verib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-03-2025, 22:44

Ələsgər Məmmədli: “Mənim dövlət büdcəsinə ödədiyimin onda birini ödəməyənlərin milyonlarla ölçülən mülkləri var"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

22-01-2025, 13:30

Jurnalistləri Müdafiə Komitəsi “Toplum” TV-nin jurnalistlərinə qarşı yeni ittihamları qətiyyətlə pisləyir

Gündəm / Siyasət / Araşdırma

17-01-2025, 17:08

Toplum TV əməkdaşlarına qarşı irəli sürülən ittihamlar ağırlaşdırılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-09-2024, 18:26

Məhkəmə Abzas Media-nın işi üzrə jurnalistlərin həbs müddətini yenə uzatdı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-08-2024, 16:50

Abzas media işində həbs olunanlara qarşı yeni ittihamlar irəli sürülüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-06-2024, 15:59

“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-04-2024, 13:11

“Toplum TV” cinayət işi üzrə 9 nəfər həbs olunub

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-04-2024, 20:19

Ələsgər Məmmədli: “Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır”

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-03-2024, 15:33

Nəsimi Məmmədli: "Qardaşım Ələsgər Məmmədli təcridxanada həkim müayinəsindən keçirilib"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-03-2024, 14:19

Toplum TV-nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədli həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-08-2023, 23:33

Qubad İbadoğluna qarşı yeni ittihamlar irəli sürülüb

Son xəbərlər
  • Bugün, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • Bugün, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • Bugün, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • Bugün, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • Bugün, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • Bugün, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • Bugün, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • Dün, 15:03
    DYP sürücülərə müraciət etdi
  • Dün, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • Dün, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • Dün, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • Dün, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • Dün, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • Dün, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • 30-01-2026, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
  • 30-01-2026, 13:01
    Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
  • 30-01-2026, 12:52
    Ov mövsümünün müddəti uzadıldı
  • 30-01-2026, 12:46
    Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
  • 30-01-2026, 12:40
    Ali Məhkəmənin Plenumu şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı yeni qərar qəbul edib
  • 30-01-2026, 12:38
    Tarix və mədəniyyət abidələrinə qəsdən ziyan vurulmasına görə cəzalar sərtləşdirilib
  • 30-01-2026, 00:27
    Avropda yaşayan jurnalist təqib olunur
  • 29-01-2026, 20:09
    Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
  • 29-01-2026, 17:01
    Ciddi hesabat blankları ilə bağlı qaydalara dəyişiklik edildi
  • 29-01-2026, 16:58
    AŞPA-da Mirzoyanın çıxışı: Ermənistan regionda sülhün Bakı–İrəvan dialoqu ilə mümkün olduğunu etiraf edir
  • 29-01-2026, 15:45
    AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
  • 29-01-2026, 15:16
    PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
  • 29-01-2026, 14:19
    Ənənə, İrs və Qadın Əməyi ilə Gələcəyə Körpü - Fotolarla
  • 29-01-2026, 13:39
    Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
  • 29-01-2026, 13:36
    Qurban Qurbanov: Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək Azərbaycan futbolu üçün böyük uğurdur
  • 29-01-2026, 13:34
    Dövlət Sərhəd Xidmətində yüksək vəzifələrə yeni təyinatlar olub
  • 29-01-2026, 13:32
    Aİ-nin diplomatiya rəhbəri: ABŞ bir ildən çoxdur Ukraynaya dəstək göstərmir
  • 29-01-2026, 10:29
    Almaniya kansleri: Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyü qeyri-mümkündür
  • 29-01-2026, 10:25
    UEFA Çempionlar Liqasında liqa mərhələsinə yekun vurulub
  • 29-01-2026, 10:22
    Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib
Daha çox
Çox oxunanlar
26-01-2026, 16:06
Strasbourg, Fransa — Avropa Parlament Assambleyasında “Türkiyə Dokuma Atlası” Mədəniyyət Sərgisi Açııb
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
26-01-2026, 16:58
Bu gün Avropa Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb.
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Bugün, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
Bugün, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
Ov mövsümünün müddəti uzadıldı
Ənənə, İrs və Qadın Əməyi ilə Gələcəyə Körpü - Fotolarla

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə