USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47


İran mətbuatına istinadən yayılan məlumatlara görə, Tehran bölgədə enerji infrastrukturuna yeni hücumlar olacağı təqdirdə ABŞ və İsrailə məxsus neft və qaz obyektlərinə cavab zərbələri endirməyə hazır olduğunu bəyan edib.
Məlumata əsasən, mümkün hədəflər siyahısına Yaxın Şərqdə yerləşən ABŞ şirkətlərinə aid neft və qaz obyektləri də daxil ola bilər.
Eyni zamanda qeyd olunur ki, 8 iyun gecəsi İsrailin İranın Xuzistan əyalətində yerləşən Bəndər Mahşəhr şəhərindəki neft-kimya kompleksinə zərbələr endirdiyi, buna cavab olaraq isə İran tərəfinin İsrailin Hayfa şəhərindəki neft-kimya obyektlərini hədəf aldığı bildirilir.